Folklor instituti


(Çimpoeş L., 2005: 262-263)



Yüklə 4,03 Mb.
səhifə68/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   64   65   66   67   68   69   70   71   ...   211
(Çimpoeş L., 2005: 262-263)

Petr Trifon oğlu Yalancı (1964, indiki Moldova Respub­likası Qaqauz Yeri MV Taraklı rayonunun Kıpçak kəndi-2002). Şeir­lərini yerli qəzetlərdə rusca və qaqauz türkcəsində çap etdirməklə ədəbiyyata gələn Petr Yalancı 1994-cü ildən çap olunan “Qaqau­zun səsi” qəzetinə redaktorluq etmişdir. Ilk şeirlər kitabı “Süün­məz yıldızlar”ı 1995-ci ildə Kişinyovda la­tın qrafikalı yeni qa­qauz əlifbası ilə nəşr etdirmişdir. Nə yazıq ki, istedadına böyük ümidlər bəslənilən bu insanı əcəl vaxtsız aramızdan aparmışdır.

Şair “Ana dilim” şeirində yazır:

Paalı ana dilim

Girdi canıma sessiz

Urää verdi ilinnik,

Sevinçlää-bitkinsizlik.

Ana dilsiz diil insan

Onu läzım korumaa.

Ana dilnän biz tamanız,

Bunu olur annamaa!

“Türk halkına” şeirində isə deyir:

Türklüü severim-biz kardaşız:

Hepimizidä bir ecel,

Biz, bezbelli, peydalanmışız

Bir amurdan hem bir gecä.

Halkıma geridä qalmışız

Yaşamakta, işit kardaş!

Kardaşsız necä yalnızız,

Ko ensesin birlää savaş!

Petr Yalancı lirik şeirləri ilə də qaqauz oxucularına özünü sevdirə bilmişdir. Onun şeirlərinə bəstəkarlar mahnı qoşmadan da gənclər nəğmə kimi oxuyurlar. Şair lirik şeirlərinin birində deyir:

Sana, yarım, türkü çalerem,

Kızğın ederem canını.

Tenini canıma dayerım,

Severim herbir saçını.

Şair böyük maraq və həvəslə Bakıya gəlmişdi. Burada rast­laşdığı nöqsanlar onu hövsələdən çıxarır, əsəbiləşdirirdi. Bu­nun səbəbini də belə izah edirdi: “Başqa yerlərdə də bu nöq­sanlar, çatışmazlıqlar var. Amma Azərbaycanda bunların olma­sını mən istəmirəm. Hamımız buraya ümid yerimiz, göz dikdi­yimiz yer, sabahımıza yol göstərən mayak kimi baxırıq”.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin