Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə69/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   65   66   67   68   69   70   71   72   ...   211
Tina Petrov qızı Sürme (1965, indiki Ukrayna Respublika­sı Odessa vilayəti Bolqrad rayonunun Kurcu kəndi). Pedaqoji məktəbi bitirdikdən sonra Komrat Dövlət Universitetinə daxil olmuş, yeniyetməlik çağlarından şeir yazmağa başlamışdır. Yaradicılığında lirik şeirlər və uşaqları təlim-tərbiyəyə, elmə həvəs­ləndirən əsərlər çoxluq təşkil edir. Aldığı pedaqoji təhsil ona uşaq dünyasını anlamağa kömək etdiyi kimi, uşaqlara təsir gös­tərə bilmə yollarını tapmaqda da yardımçı olur. Əsərlərinin əksəriyyəti qaqauz türkcəsində nəşr edilən qəzet və jurnallarda çap olunmuşdur. Ilk şeir kitabı 1996-cı ildə “Kır çiçeği” adı ilə çixmışdır. Çapa hazırladığı iki şeir kitabı da vardır.

Çağdaş qaqauz şairləri arasında istedadı ilə seçilən Tina Sür­meli hansı mövzuda, hansı təbəqə üçün yazmasından asılı olmayaraq milli düşüncəni həmişə öndə saxlayır. “Türklər bizə qardaş” şeirində yazır:

Sölardı dädular bizim –

Türklär bizä kardaş!

Inanmeenm, ani buluştuk-

Gözlerimdän aker yaş.

Sevinmeliktän Kurcu uçer havada,

En paalı musaafirlär

Onun topraanda.

Bizä siz nasıl saadıç,

Paalı dostlarımız,

Sizä oynaycez karşı,

-Hiç yorulmaycez.

Te neredä haliz yortu,

Birerdä kardaşlar toplu,

Kol-kola tutunuk

Oyneerlar horu büük.

Bu misralar qaqauz şairlərinin əksəriyyətində olduğu kimi, Tina Sürmenin də böyük müstəmləkəçilərin millətini “əridə­cəyi” qorxusunu ifadə edir. Onlar bundan qurtarmağın yolunu da soydaşları, qardaşları ilə yaxınlaşmaqda, eyni dilin və mə­dəniyyətin daşıyıcısı olduqları xalqlarla sıx birlikdə görürlər.



Tanas (Afanasi) Dmitri oğlu Karaçoban (21.08.1965, in­di­ki Moldova Respublikası Qaqauz Yeri MV Komrat rayonu­nun Beşalma kəndi). Tanas Karaçobanın əsas işi heykəltəraş­lıq­dır. Görünür, bədii yazılarını az-az və gec-gec oxucu müha­kiməsinə verdiyindən onun adını bu dövrün ədibləri ilə birgə çəkirlər.

Ikinci dövr ədibləri qaqauz ədəbiyyatına fəlsəfə, mistik möv­zular gətirdilər. Onlardan sonra gələnlər də həmin möv­zuları daha da dərinləşdirdilər. Şairlər həyatdan aldıqları duy­ğuları içlərindəki ruhlar aləminin mühakiməsinə verməyə, ora­dan gəl­dikləri nəticələri oxucu ilə bölüşməyə başladılar. Bu, Ta­nas Ka­raçobanın da yaradıcılığında özünü göstərir. T.Kara­ço­ban sər­bəst şeirlərindən birində fikirlərini oxucuya belə çatdırır:
Te “sud” gider,

Te su serperlar

Bitti..

Yalın iki oldu...

Birisini, ya, bak

Gömerlär


Ikincisi kendi sündü.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin