Folklor instituti


Key words: The Nogays, Kipchak-Nogay literature, folk­lore, epos “Edigey”, modern literature



Yüklə 4,03 Mb.
səhifə107/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   103   104   105   106   107   108   109   110   ...   211
Key words: The Nogays, Kipchak-Nogay literature, folk­lore, epos “Edigey”, modern literature.

QARAÇAY-MALKAR (BALKAR) TÜRKLƏRI

ƏDƏBIYYATININ INKIŞAF YOLU
Özət: Uzun illər qaraçay-malkar (balkar) ədəbiyyatı tarixini araşdıranlar onun 18-ci yüzildən başladığını yazırdılar. Son za­manlar isə qaynaqlara dayanaraq Mikail Şamsi Baştu (835-900), Tram xan (X-XII yüzillər), Zurum Biyçe (XIV), Aq­bilek Biyçe (XIV), Qoşayax Biyçe (XVI-XVI yü­zil­lər), Qaltur Semenov (XVIII yüzil) kimi yaradıcı şəxsiyyətlər haqqında bilgi verməklə qaraçay-malkar yazılı ədəbiyyatının tarixinin 9-cu yüzildən başladığını bildirirlər. Gənc araşdirıcıların bəziləri isə ədəbiyyat tarixlərini Orxon-Yenisey abi­dələri ilə başlayırlar. Bu da təbiidir. Xalq özünü tanıdıqca, ta­rixini öyrəndikcə milli şüuru artır, tarixinə də, ədəbiyyatına da, mədəniyyətinə də yiyə çıxır.

Rusiya işğalçılarının yeritdiyi ayrı-seçkilik siyasəti gücünü itirdikcə qaraçay-malkarlar (balkar) arasında əski qıpçaq ədə­biyyatının, ümumtürk mədəniyyətinin öyrənilməsinə və təbli­ğinə da maraq artır. 20-ci yüzildə yaratdıqları ədəbi nümunə­ləri yeni gözlə saf-çürük edir, Sovet dövründə yasaqlananlar üzə çıxarılır, dəyərlilərini yenidən çap edərək gənc nəslin ix­tiyarına verirlər.

Qaraçay-malkarlar (balkar) günümüzədək zəngin folklorla­rını qoruyub saxlaya bilmiş və onları toplayaraq çap etdir­miş­lər. Bunlara daxil olan nartları, tanrılar haqqında nəğmələri, uşaq folkloru nümunələrini öyrənmək ümumtürk folkloruna, mədəniyyətinə, dünyagörüşünə yiyələnmək baxımından olduq­ca vacibdir. Bu zəngin xəzinə vaxtında öyrənilməsə dünya mədəniyyəti bir parçasını itirmiş olar.

Qaltur Semenov (Semenlanı) (1751-1851), Küçük Bayra­mu­kov (Bayramuklanı) (1772-1862), Qasbot Qoçqarov (Qoç­qar­lanı) (1834-1940), Kazım Meçilanı (Meçiyev) (1859-1945), Islam Kırımşamxalov (Kırımşamxallanı-Teberdiçi) (1864-1910), Ismayıl Akbayov (Akbaylanı) (1874-1937) və b. qara­çay-malkar klassikləri ilə yanaşı 20-ci yüzildə ədəbiyyata gəl­miş Ismail Semenov (Semenlanı) (1891-1981), Ömər Əliyev (Aliy­lanı) (1895-1938), Islam Xubiyev (Xubiylanı) (1896-1938), Issa Qarakötov (Qarakötlanı) (1900-42), Daut Bayqulov (Bayqullanı) (1902-42), Abdulkerim Bayqulov (Bayqullanı) (1902-42), Abidat Botaşov (1902-82) Asan (Xasan) Appa­yev (Appalanı) (1904-38), Azret Örtenov (Örtenlani) (1907-37), Bert Qurtuyevin (Qurtulanı) (1910-2001), Axmat Bilim­ğotov (1910-60), Kerim Otarov (Otarlanı) (1912-74), Toxtar Bor­lakov (Borlaklanı) (1914-42), Maqomet Urusov (Urusla­nı) (1916-42), Xabu Xatsiyev (Xatsilanı) (1916-74), Maksim Qıttıvanov (Qıttıvanlanı) (1916-86), Qaysın Quliyev (Quli­lanı) (1917-85), Xalimat Bayramukova (Bayramuklanı) (1917-96), Osman Xubiyev (Xubiylanı) (1918-2001), Ibraqim Ma­qam­matov (1919), Azret Semenov (Semenlanı) (1924-2008), Tanzila Zumakulova (Zumakullanı) (1934), Jağafar Tokumayev (Tokumalanı) (1935), Xusey Cay­ba­yev (Caybalanı) (1936-99), Salix Qurtuyev (Qurtulanı) (1938), Salix Xoçuyev (Xoçulanı) (1910-42), Axmat Sozayev (Sozalanı) (1941), Muradin Ölmezayev (Ölmezlanı) (1949) və b. yaradıcılıqlarında bu zəngin söz xəzinəsindən yararlanmağa çalışmışlar.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin