Folklor instituti


Tarixi özündə yaşadan xalq mahnılarının yaranma səbəbləri



Yüklə 4,03 Mb.
səhifə109/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   105   106   107   108   109   110   111   112   ...   211
1. Tarixi özündə yaşadan xalq mahnılarının yaranma səbəbləri
Çar Rusiyası bölgədəki mövqeyini möhkəmlətmək üçün 1838-ci ildə Peterburqda “Qafqaz komitəsi” adlı bir təşkilat qurdu. Bu təşkilatın planına görə Quzey Qafqazda yaşayan xalq­ların üçdə biri köçürülməli və onlardan boşaldılan ərazi­lərə rus kazakları yerləşdirilməli idi. Ilk baxışda könüllülük prin­sipi əsasında həyata keçirilən bu tədbir haqqında general K.A.Fadayev 1899-cu ildə “Qafqaz məktubları” əsərində yazır: … “Qafqazın yerli xalqları dəstə-dəstə Qara dəniz sahillərinə gətirilərək zorla gəmilərə doldurulub Anadoluya doğru yola salınırdı”. (Hayatı B., 1991:46)

Qafqazdakı köçləri araşdıran Hayati Bice yazır: “1850-ci illərin ilk yarısında bəzi qafqazlı ailələrin könüllü olaraq Os­manlı torpaqlarına köç etdiyi bilinməkdədir. Kırım savaşı za­manı məcburi bir hərəkat halına gələn köç hadisəsi, 1862-1865-ci illər arasındakı müddətdə zirvəyə çatmış və 1877-78, 1890-1908-ci illərdə artaraq 1920-ci illərə qədər davam etmiş­dir” (Türkiye dışındakı..., 2002:45, 22-ci cild). Osmanlı döv­lətinə köçlərə dair müxtəlif qaynaqları tutuşduran Bedri Ha­cıoğ­lu bu qənaətə gəlir: “Böylece 1865-1907 yılları arasında yal­nız Kafkasya’dan gelen göçmenlerin mevcudu 165.000-i bul­du. Böylece 1855’den 1907’ye kadar olan dönemde Os­man­lı topraklarına ulaşabilen kafkasyalı göçmenlerin sayısı (orta­lama olarak) 600.000’in üzerindedir” (Hacaloğlu B.,1993:73).

Bu köçlərin dəqiq rəqəmləri olmadığı kimi, köç zamanı yol­da xəstəliklərdən ölənlərin, dənizdə batanların sayı da dəqiq bəlli deyildir. Üzləşdiyi faciəyə xalq biganə qala bilməzdi. “Al emina” (birinci vəba), “Ekinci emina” (ikinci vəba) adlı şərqi­lə­rində 1790-1800, 1808-14-cü illərdə vəba xəstəliyinin yayıl­ma­sından bəhs edilir. “Hasavka”, “Bagatır oğlu Umar” (bu yır­ların oxunması və nəşri nəinki çar Rusiyasında, hətta Sovetlər Birliyi zamanı da yasaqlanmışdır) şərqilərində qaraçaylıların rus əsgərlərinə qarşı dirənişləri, “Ullu Hoj” şərqisində isə rus kazaklarının Hoj kəndində törətdikləri vəhşiliklər təsvir olunur. “Tatarqan”, “Sarıbiy bla Karabiy”, “Candar”, “Zavur biy”, “Qo­­banldanı qöy bölek” və başqa mahnılarda qaraçay-mal­kar­lara edilən basqınlardan söz açılırsa, “Güyeldi”, “Bekmırzalar, Qaysınlar”, “Zağoştoq oğlu Çöpellev”, “Cansohların yırı” və s. mahnı və nəğmələrdə isə onların başqaları üzərinə basqınları, çapqınçılıqları öyülür.

Vəba kimləri aparmış, xalqı kimlərdən məhrum etmişdir? Bu suallara yırlarda aydın cavab verilir. Düşmənlərin yenə bil­mədiyi, məğrur igidi vəba yenir. Onun ölümünə xalq belə təəs­süflənir:



Candetli bolsun Söyünçlanı Bekmırza,

- Cənnətlik olsun Sö­yünçlanı Bekmırza,



Atha minse, atnı belin bügedi,

- Ata minsə atın beli bükülür,



Suvğa kirse, suv çabaklay cüzedi,

- Suya girsə balıq kimi üzür,



Arkan atsa, atnı boynun üzedi,

- Örkən (kəmənd) atsa atın boynunu üzərdi,



Sadak atsa, tiyer cerin biledi,

- Ox atsa, vuracağı yeri bilərdi,

Kamçı ursa cerni carıb kiredi.

-Qamçı vursa yeri yarıb icərisinə girərdi.

Döyüşlərdə qəhrəmanlıq göstərən, ov etməkdə mahir igidlər haqqında da onlarla yır qoşulmuş və az zamanda dillər əzbə­ri­nə çevrilmişdir. Xalqın yaddaşına hopmuş, çox oxunan yırlardan biri də Toxçukların Acı Murata həsr edilmişdir. Yırda deyilir:

Kafkaz tavladan carık gün batadı,

- Qafqaz dağlarında par­laq günəş batır,



Xurzuk özende bir tav aslan catadı,

- Xurzuk vadisində bir dağ aslanı yatır.



Atı aytılsa barğan Kobannı tohtathan,

- Adı söylənsə, Kuban çayını durduran,



Ma ol allay cigit tavlu edi.

- Bax, o belə igid dağlı idi.



Toxçukların Acı Murat Xurzuk eldə biy edi,

- Toxçukların Hacı Muratı Xurzuk elində bəy idi,



Xurzuk özenden bir katı suvuk cel uradı,

- Xurzuk vadisində bir şiddətli soyuq yel əsdi,



Candetleni ceti eşigi sannğa boş bolsun,

- Cənnətlərin yeddi qapısı sənə açıq olsun,



Toxçuk ulu cigit tuvğan Acı Murat.

- Toxçuk oğlu, igid doğulan Hacı Murat




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin