Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə139/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   135   136   137   138   139   140   141   142   ...   211
Axmat Sozayev (Sozalanı). (1941, Kabarda-Malkar Res­pub­likasının Xolam-Bızgi bölgəsinin Aksu kəndi) Sürgündən döndükdən sonra yaradıcılığa başlayan gənclərdən biri olmuşdur. Kabarda-Malkar Dövlət Universiteti filologiya fakültəsinin malkar dili şöbəsini bitirən A. Sozayev ilk əmək fəaliyyətinə qəzetdə baş­lasa da, sonradan uzun müddət Kabarda-Malkar Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsində işləmişdir. Ilk şeirlər kitabı olan “Künnü köremem” (Günəşi görürəm) 1968-ci ildə çap olunmuşdur. Jurnalistlik fəaliyyəti ilə yanaşı, məhsuldar bədii yaradıcılıqla da məşğul olan şairin 1972-ci ildə “Gün avanala” (Günəşin kölgəsi), 1978-ci ildə “Kırdık avazla” (Se­ment səsləri), 1983-cü ildə “Aq suv” (Ağ su), 1987-ci ildə “Kol­la” (Qollar), 1991-ci ildə “Ertdenlikni aça­ma” (Sabahı açiram), 1995-ci ildə “Allah aytsa” (Allah qoysa), 1998-ci ildə “Tanımı avazı” (Dan yerinin səsi) və b. kitablarını çap et­dir­mişdir. Bundan başqa şairin ruscaya tərcümə edilmiş şeirləri də iki kitab halında nəşr edilmişdir. Axmat haqqında “Tanıdığım insanlar” kitabında geniş bilgi verilmişdir. (Şamil Ə., 2000:118)


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin