Folklor instituti


Bahautdin Acı oğlu Astemirov



Yüklə 4,03 Mb.
səhifə174/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   170   171   172   173   174   175   176   177   ...   211
Bahautdin Acı oğlu Astemirov (17.10.1898, Tersk vilayə­tinin Yaxsay kəndi - 03.04.1967). Mədrəsə təhsili almış Bahautdin zülmə, haqsızlığa qarşı olmuş, xalqını xoşbəxt günlərə çıxar­maq arzusu ilə yaşamışdır. Zeynalabidlə dostluq etmiş, onunla bir­likdə ailə kitabxanalarındakı kitabları oxumuşdur. 1917-ci ildə Teymurxanşuradakı müəllimlər hazırlayan kursda oxuyan Ba­hautdin 20 yaşında ikən Zeynalabid Batırmurzayevin başçilıq etdiyi partizan dəstəsinə qoşularaq əldə silah ağqvar­dıya­çılara qarşı vuruşmuşdur. Onun ilk publisistik məqalələri də həmin illərdə çap olunmuşdur. 1920-ci ildə isə Z.Batırmur­za­ye­vin əsasını qoyduğu teatr truppası onun mövzusunu bol­şe­viklərin qələbəsindən almış “Hücum” pyesini səhnəyə qoymuşdur.

Bolşeviklər Dağıstanı işğal edəndə onlarla sıx əməkdaşlıq etmişdir. Gənclər təşkilatı yaratmış, qumuq dilində çap olunan “Dağıstan gəncləri” qəzetinin redaktoru olmuşdur. 1928-ci ildə SSRI-də Proletar Yazıçılar Cəmiyyəti yaradılanda B.Astemiro­vu Dağıstan MSSR-in Proletar Yazıcılar Cəmiyyətinə sədr təyin edirlər. “Dəniz yagada” (Dəniz sahilində), “Qartligina, vö­re, etme mükürlük” (Qocalığı qəti qəbul etmə), “Qart emen” (Qoca palıd) və b. şeirləri onun lirik duyğularından xəbər verir.

Bədii yaradıcılıqla yanaşı, ardıcıl təşkilati işlər də aparan B.Astemirov 1932-ci ildə “Dağstan şairləri” toplusunu, bir il sonra isə özünün “Mübarizə” adlı şeir kitabını çap etdirir. 1934-cü ildə yazıçılar təşkilatını formalaşdırır və Moskvada keçirilən SSRI Yazıçılar Ittifaqının I qurultayında iştirak edir. Əsərlərində sosializmi təbliğ edən, rus ədəbiyyatının təsiri al­tında yazıb yaradan şair-publisisti Dağıstan MSSR-in Yazıçılar Ittifaqına sədr təyin edirlər.

Dağıstan MSSR Maarif Komissarı, Sov.IKP Dağıstan Ölkə Komitəsində məsul vəzifədə işləmiş ədib “Qılınc və qələm”, “Tan çolpan”, “Kim bilir”, “Ildırım”, “Yabuşuv” (Savaş) kimi şeir və poemalarını yazmışdır.

Əsərlərində sosializm realizminin, rus ədəbiyyatının və mə­dəniyyətinin tərənnümçüsü kimi görünən B.Astemirov rəhbər vəzifələrdə işləməsinə baxmayaraq içdən cəmiyyətdəki haqsız­lıqdan narazı qalır, idarəetmədəki nöqsanları görür və onu aradan qaldırmağa çalışır. Onun gizli fəaliyyəti Sovet xüsusi xidmət orqanları tərəfindən diqqətlə izlənilir. 1937-ci ildə vətən xainliyində ittiham olunaraq həbs edilir.

Sov.IKP-nin XX qurultayında Stalin şəxsiyyətə pərəstişdə ittiham edilir və 1937-ci il qurbanlarına bəraət verildiyi elan edilir. 18 il həbsdə yatdıqdan sonra B.Astemirov 1957-ci ildə həbsdən azad edilsə də, aldığı mənəvi və fiziki zərbələrdən çox yaşamamış, 1967-ci ildə dünyasını dəyişmişdir.

B.Astemirov (şairin adı Azərbaycan qaynaqlarında Vahab kimi yazılır. Onun “Partiya”, “Dağlarla söhbət” şeirləri B.Adil tərəfindən Azərbaycan türkcəsinə çevrilərək Bakıda nəşr edilmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:39-40).


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin