2.2. Sovet dönəmində yaradılan ədəbiyyat
1925-ci ilin aprelində dağlı xalqların (Qafqazın quzeyində yaşayan azsaylı xalqlara XX yüzilin əvvəllərində verilən ümumiləşdirici ad) konfransı keçirildi. Bu konfransın əsas mövzusu mədəni-maarif məsələsi oldu. Inzibati muxtariyyəti olmayan xalqlara mədəni muxtariyyət verildi. Quzey Qafqazda Mərkəzi Nəşriyyat quruldu. Azsaylı xalqların dillərində dərs kitablarinın yazılmasına başlandı. 1927-ci ildən isə “Krasnaya Çerkasiya” qəzetinin yanında bir səhifəlik “Noqay bet” (Noqay səhifəsi) yayına başladı.
Sovetlər Birliyində gedən ideoloji mübarizə noqay ədəbiyyatından da yan keçmir. Nəinki Sovet ideoloji mərkəzlərində hazırlananlar, hətta xalq arasında məşhur olan dastanları aul-aul, qışlaq-qışlaq gəzərək dinləyicilərə çatdıran, özü də yeni dastanlar qoşan Ajı Molla Noğman ulu kimiləri belə 1917-ci il devrimindən sonra Sovet hökumətinin tərənnümçüsünə çevrilir. Molla Noğman ulunun Ası ləqəbinə görə araşdırıcıların bəziləri onun as nəslindən olduğunu və 1884-cü ildə doğulduğunu, bəziləri isə 1887-ci ildə Qaranoqaydakı Kurqan Acı kəndində doğulduğunu yazırlar.
Dostları ilə paylaş: |