Folklor instituti


Abdulxamid Şarşembi ulu Canıbekov (1879-1955)



Yüklə 4,03 Mb.
səhifə91/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   87   88   89   90   91   92   93   94   ...   211
Abdulxamid Şarşembi ulu Canıbekov (1879-1955). Çağ­daş noqay ədəbiyyatının inkişafında və formalaşmasında bö­yük xidməti olan Abdulxamid etnoqrafik və tarixi materiallar toplamaqla, nəşriyyat işi və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1926-cı ildə Bakıda kecirilən Birinci Türkoloji Qurultayda iştirakı onu yaradıcılığına təsir etmiş, milli məsələyə diqqətini artırmış və o, türk xalqlarının latın qrafikalı vahid əlifba­sının yaradılması uğrunda çalışan aydınların sırasına qoşulmuşdur.

1928-ci ildə Moskvada “Karaydar man Qızılgül” lirik poeması işıq üzü görmüşdür. O, Moskvada, eləcə də Kazanda çap olunan “Beznen yol” (Bizim yol) jurnalında folklor materiallarını çap et­dirmişdir. Onun topladığı folklor nümunələri 1935-ci ildə Ma­haçqalada “Avıl poezyası”, 1940-cı ildə Pyatiqorskda (Beş tau) “Xalk yırları em erteqiler” (S. Dautovla birlikdə), 1949-cu ildə I.Kapayevin tərcüməsi ilə rus dilində Stavropolda çap olunmuş­dur. O, yaşlaşdıqca bədii yaradıcılıqdan daha çox elmi araşdır­malarla məşğul olmuşdur. Karaçay-Çərkəz Vilayətinin arxivində onun dördcildlik “Söz xazinası” və “Istoriceskiy oçerk noqays­koy literaturı” kitablarının əlyazması saxlanılır.

Abdulxamid Canıbeyovun 1918-ci ildə “Noqay toyu” adlı pyes yazdığı qaynaqlarda göstərilsə də, günümüzədək gəlib çat­mamışdır.

Abdulxamid Canıbeyov çoxsahəli ədəbi, elmi, pedaqoji fəa­liyyətlə yeni bir ədəbi nəsil yetişdirmişdir (Litеrаturа..., 1999:234).

Ədəbiyyata yeni gələn Musa Kurmanaliyev (1894-1972) və Zeit Kaybeliyev (1898-1979) kimi gənclər sinfi mübarizəni apa­rıcı mövzuya çevirməyə, ənənəvi poeziyanı yeniləşdirməyə çalışmışlar. Bununla yanaşı, Xasan Bulatıkov 1936-cı ildə yaz­dığı “Fatimat” pyesi ilə noqay ədəbiyyatında dramçılığın əsa­sını qoymuşdur.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin