Folklor instituti


Sovet ideologiyasının yeni ədəbiyyatı formalaşdır­ma­sı



Yüklə 4,03 Mb.
səhifə128/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   124   125   126   127   128   129   130   131   ...   211
3.3. Sovet ideologiyasının yeni ədəbiyyatı formalaşdır­ma­sı
Təbliğat maşını elə qurulmuşdu ki, ədəbiyyata yeni gələn gənclərlə birlikdə Qasbot Qoçqarov, Appa Canıbekov, Kazim Meçiyev kimi bolşevik inqilabından öncə də məşhur olan şairlər belə, Sovet rejimini keçmiş dövrlə qarşılaşdıraraq tə­rif­ləyirdilər. Onlar kasıbların varlı zülmündən qurtardığını se­vinc­lə bildirən, sinfi mübarizəni önə çəkən, hər şeyə sinfi mü­barizə baxımından yanaşan əsərlər yazmağa başladılar.

Artıq 1927-ci ildə Islam Xubiyevin rəhbərliyi, Abidat Bo­taşov və çərkəzlərdən Maqomed Dışekovun, Xalid Astecyevin üzvlüyü ilə Qaraçay-Çərkəz Proletar Yazıçılar Cəmiyyəti fəaliyyətə başladı. Cəmiyyətin şeir bölməsinə Issa Qarakötov ilə Asxat Biciyev, nəsr bölməsinə Abdulkerim Batçayev, teatr və pyes bölməsinə Qemma Qebenova ilə Abidat Botaşov rəh­bərlik edirdilər. Bu təşkilat 1934-cü ildə SSRI Yazıçılar Itti­fa­qının Qaraçay-Çərkəz şöbəsinə çevrildi. Təşkilat ətrafında bir­ləşən ədiblərdən Xasan Appayev, Issa Qarakötov, Asxat Bici­yev, Abidat Botaşov, Azret Örtenov, Abdulkerim Batçayev, Xa­san Bostanov və Daut Bayqulovun təşəbbüsü ilə 1936-cı ildə Mikoyan (Maykop) şəhərində “Almanax-Karaçay Sovet xudejestvo literaturanı ülgüləri” və 1937-ci ildə qaraçay şair­lərinin şeirlərindən ibarət “Nazmula” kitabı çap olundu.

1930-cu illərdə ölkənin hər yerində olduğu kimi, Quzey Qafqazda da aydınların “tərkibi”ndə dəyişikliklər baş verdi. Malkar xalqının poetik imkanlarının fəallaşması, intellektual gücünün artması- onun mədəni yaşamına şairlərin böyük bir dəstə­sinin gəlişi ilə müşahidə olundu. Bert Qurtuyev (Qurtulanı), Qaysın Quliyev (Qulilanı), Kerim Otarov (Otarlanı), Salx Qur­tuyev (Qurtulanı) və b. buna misal göstərmək olar. Onlar yara­dıcılıqlarını sosial sifariş əsasında formalaşdırdılar. Adət-ənə­nə­dən, keçmişdən bəhs edəndə ifrata varır, milli dəyərləri al­çaldır, dini mədəniyyətin inkişafına əngəl olan vasitə kimi təsvir edirdilər. Onlar kimi düşünməyən ədiblərə qarşı açıq mübarizədə “Bizdən deyilsənsə, bizə qarşısan!” (“Ktо nе s nаmi, tоt prоtiv nаs”) şüarını irəli sü­rürdülər. Bədii dəyərlərə o qədər də diqqət yetirməyən ədiblər Sovet rejimini xalqa təbliğ etməyə və deyilənlərə inan­dırmağa çalışırdılar. Azret Budayev, Xamit Temmo, Omar Ete­zov, Salix Xoçuyev, Xaci-Mussa Quliyev, Ahmadiya Malkarlı (Ulubaş) və b. dövrün öndə gedən yazıçı və şairlərindən idi.

Yaradıcılığa 1930-cu illərdə başlayan Qaysın Quliyev və Kerim Otarov kimi parlaq fərdlər başqa yolla getdilər. Sənət­kar borcuna ciddi münasibət, axtarışların intensivliyi ona gə­tirib çıxardı ki, onların ilkin lirikasında formaların rəngarəng­liyinə, şeir texnikasına, obrazlı, estetik təkmilləşməyə meyl artdı.

Onlar keyfiyyətcə yeni yaradıcılıq düşüncəsinə, ətrafın ob­yektiv təsviri və dərk edilməsinə gəlib çatmışdılar. Malkar şei­rinin inkişafı haqqında danışarkən, yada salmalıyıq ki, onun əsas milli xüsusiyyətlərindən biri - qəhrəmanın daxili aləmi ilə dünyanın gedişinin uyğunsuzluğunu doğuran səbəbləri axtar­maq idi. Malkar poetik düşüncəsinin ünsürləri 1940-cı illərdə yeni bədii cizgilər kəsb edirdi.

Qaraçay-Çərkəz bölgəsinin Sovetləşmənində iştirak edənlərin bəziləri yazıçı, şair, jurnalist olsa da Qaraçay Sovet poeziyasının özülünü qoyanlar sırasında Issa Qarakötov (Qarakötlanı) (1900-1942), Daut Bayqulov (Bay­qullanı) (1902-1942), Azret Örtenov (Örtenlanı) (1907-1955) və b. adları çəkilir.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin