Folklor instituti


Qədriyə (Kadriya) Orazbay qızı Temirbulatova



Yüklə 4,03 Mb.
səhifə101/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   97   98   99   100   101   102   103   104   ...   211
Qədriyə (Kadriya) Orazbay qızı Temirbulatova (14.12.1948, Dağıstan Respublikası Tepekli Məktəb-30.06.1979). Gənc yaşlarında faciəli ölümü ilə noqay xalqının yaddaşında dərin iz buraxmışdır. Çoban ailəsində doğulan Qədriy­yə kəndlərindəki orta məktəbi bitirdikdən sonra, 1965-ci ildə Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji Institutunun filologiya fakültəsinə daxil olmuşdur. “Şöllük mayakı” (Çöllük ma­yakı) adlı rayon qəzetində çap olunan ilk şeiri Dağıstan Ya­zıçılar Ittifaqının diqqətini çəkmişdir. “Komsomolets Daqestana”, “Daqestanskaya Pravda”, qumuq türkcəsində çap olunan “Le­nin yolu” qəzetlərində, qumuq türkcəsində çıxan “Dostluq” jur­nalında müntəzəm şeir və məqalələrini nəşr etdirən Qəd­riyəni üçüncü kursdan sonra avar şairi Rəsul Həmzətovun zə­ma­nəti ilə Moskvadakı M.Qorki adına Ədəbiyyat Institutunda oxu­mağa göndərirlər.

Ədəbiyyat Institutunun tələbəsi ikən onu SSRI Yazıçılar It­ti­faqına üzv qəbul edirlər və yazıları Moskva qəzetlərində çap olunmağa başlayır.

Ilk qələm təcrübələri olan “Qumlu tastar şöllüqim”, alle­qo­rik “Gələ zaman”, “Men tuvqanda” (Mən doğulanda) şeirləri ədə­biyyata xalqını ürəkdən sevən, onun tarixinə və ənənəsinə bağlı istedadlı bir gəncin gəldiyindən xəbər vermişdir. Doğma kən­dinə həsr etdiyi “Tereklidə (Dirəkli) üç gün”, “Menim xalkima”, “Ayıtdılar”(Dedilər), “Güclü yellər əsdilər çölümdə”, “Am­zatxanqa”, “Almirağa” və b. şeirində noqay ədəbiyyatına gə­tirdiyi yeni ifadə vasitələri ilə seçilirdi. O, şeiri şüarçılıqdan uzaqlaşdıraraq poeziyaya klassik Doğu şeirində olduğu kimi dərin fəlsəfi məna vermək istəyirdi.

1971-ci ildə Mahaçqalada ilk şeirlər toplusu olan “Tav da­nıldan baslanadı”(Dağ düzənlikdən başlanır) nəşr edilir. Iki il sonra isə Qədriyə Temirbulatovanın “Yaslık yırları” (Gənclik nəğmələri), “Tav danıldan baslanadı”, “Ayındırık yarıqı” (Il­dırım işığı) və “Yatlablar” (Şeirlər) adlı kitabları çap olunur. (Suyunova N., 2006: 240) Bu milli azlıqlardan olan gənc bir şair üçün olduqca böyük bir uğur idi.

1975-ci ildə isə Moskvadakı “Molodoy qvardiya” nəşriy­yatı Qədriyənin rus dilinə çevrilmiş “Ulıbka lunı” (Ayın tə­bəs­sümü) kitabını nəşr edir. Məşhur malkar şairi Qaysın Quli­ye­vin ön söz yazdığı bu kitab müəllifinə böyük uğur qazandırır. Kitabın birinci nüsxəsi gənc şairə Moskvada Gənc Yazıçıların VI Ümumittifaq müşavirəsində təqdim olunur və Dağıstan Komsomolu Mükafatına layiq görülür.

Q,Temirbulatova Qamzat Acıgəldiyevin ana dilində yazdığı şeirləri rus dilinə çevirməklə onu daha geniş aidutoriyada təbliğ etməyə çalışmışdır.

1978-ci ildə Moskvada SSRI Yazıçılarının qurultayında və Daşkənddə Asiya Afrika Ölkələri şairlərinin forumunda iştirak edən, Mahaçqalada ana dilində “Xayran” (Heyran) kitabı çap olunan Qədriyə həmin ilin iyulunda Kubanın paytaxtı Hava­na­da keçiriləcək XI Ümumdünya Gənclər Festivalına hazırlaşır. Lakin bu ona nəsib olmur. Iyun ayının 30-da, gündüz onun öldürüldükdən sonra yandırılmış meyidini öz evində tapırlar (Suyunova N., 2006:239-241).

Qədriyənin şeirləri “Əsmə saxlan” və “Peşiman yırları” ki­tab­larında toplanmışdır (Suyunova N.X., 2003:235-243).




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin