Folklor instituti


Qamzat Yusup ulu Acıgeldiyev



Yüklə 4,03 Mb.
səhifə98/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   94   95   96   97   98   99   100   101   ...   211
Qamzat Yusup ulu Acıgeldiyev (21.12.1939, Dağıstan Res­publikası Noqay rayonu Orta Töbe kəndi-?.07.1966). Atasını savaşda, anasını savaşın doğurduğu aclıq və xəstəlikdə itirən Qamzat çətin bir ömür yaşamış, uşaq evinin ağır şəraiti onun psixologiyasını pozmuşdur. Savaş başa çatdıqdan sonra yaxın qohumu Badiya Acıgəldiyev onu ailə­sinə almışdır. “Səlimət” hekayələr kitabının müəllifi olan, Qarano­qay kəndlərini (Dağıstan) gəzərək folklor nümunələrini çap etdirən, partiya işçisi Badiya Acıgəldiyev Qamzatın ədəbiyyata maraq göstərməsində böyük rol oynamışdır.

Tepekli (Dirəkli) Məktəb kəndindəki in­ter­nat məktəbdə oxuyan Qamzat Belarusiya Hərbi Dairəsində əsgəri xidmətdə (1958-61) olarkən də ikiillik Marksizm-Leni­nizm Universitetinin axşam şöbəsində təhsil almışdır. Bədii yara­dicılığa da həmin illərdən gəlmişdir. Mahaçqaladakı “Şöllik mayakı” (Çöllük mayakı”) və Çerkesskdəki “Lenin yolu” qəzetləri ilə mün­təzəm əlaqə saxlamışdır.

Əsgəri xidməti başa vurduqdan sonra fəal bədii yaradıcılıqla məşğul olmuş, noqay ədiblərindən F.Abdulcəlilov, S.Kapayev, K.Kumratovla görüşmüşdür. Ədəbiyyata gəlişi ilə diqqəti özünə cəlb edə bilmişdir. Moskvadakı M.Qorki adına Ədəbiyyat Institu­tuna oxumağa göndərilən ilk noqay olmuşdur.

1962-ci ildə Mahaçqalada “Sokpak” (Cığır) adlı ilk şeir ki­tabı çap edilmişdir. Badiya Acıgəldiyevlə birlikdə Dağıstanda ya­şayan noqay ədiblərinin Ikinci Dünya Savaşından sonrakı ya­radıcıliğından nümunələri seçərək 1964-cü ildə “Karlıgac” (Qa­­ran­quş) adlı topluda çap etdirmişlər. Bu təşəbbüsü araşdirıcılar noqaylarda ədəbi mühitin canlandırılması kimi qiymətləndirirlər.

Qəzetlərdə çoxlu ədəbi tənqidi məqalələr, tərcümələr çap etdirən, ədəbi mühitin canlanması üçün var gücü ilə çalışan gənc şair bədbinliyə qapılmış, vəziyyətdən çıxış yolu tapa bilmə­diyindən içkiyə qurşanmışdır. “Kuşlar kaydan kelesiz” (Quşlar ha­ra­dan gəlirsiniz?), “Mennen başqa bar bolsa...” (Məndən başqa varsa...), “Izleyemen seni” (Səni axtarıram), “Dördlüklər” şeir­ləri oxucular tərəfindən məhəbbətlə qarşılanan şair 1966-cı ildə, 27 yaşı tamam olmamış intihar etmişdir. Şairi intihara aparan yol onun şeirlərində öz əksini tapmışdır. “Yayapsız soraclar”(Cavapsiz suallar) şeirində yazır:

Yazayıma yatlavlardı yanıdan?

– Yenidən yazmağa davam edimmi?



Tek korkman redaktorlar kapıdan

– Pək qorxuram redak­torlar qapıdan



Ketşi deek, kaqıtlardı körgende

– Getsin deyər, yazılarımı görəndə.



Koyayıma taslap yazqan zatlardı

– Hər şeyi atmaq, unutmaq,

Otı sönip, suvıp kalqan küllerdey

– Yoxsa yandırmaq, külə döndərmək.



Tars yumayım körmes uşin közimdi

– Gözüm görməməsi üçün yumummu



Ya salayım korkaylandan külledi

– Kömək edər mənə güllələr

Söndürmege ürügimnin yallavın

– Söndürməyə ürəyimin alovun



Yazayıma yatlavlardı yanıdan?

– Yenidən yazmağa davam edimmi?

“Kuy, Rosiya”(Araq tök, Rusiya!) və b. şeirləri onun sər­xoşluqla keçirdiyi günlərin əhval-ruhiyyəsini özündə yaşadır. Şeir sanki Rusiyaya, rus mühitinə bir ittihamdır. Sərxoş olan, sərxoş yürüyən Rusiya! Araq içməyi mənə də sən öyrətdin. Bloka da sən içki verdin, Yesenini də sərxoş etdin. Sən məyər özün, Yox, sən sərxoşsan!

“Lenin yolu” qəzeti 15 iyul 1966-ci il sayında şairin “Və­siyyət” şeirini çap etmişdir.

1988-ci ildə Mahaçqalada T.Akmanbetovun ön sözü ilə Qamzat Acıgəldiyevin “Urlanqan suyub” (Oğurlanmış sevgi) adlı şeirlər toplusu çap olunmuşdur (Suyunova N., 2006:237-238).


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin