Folklor instituti


Abdurihim Teleşov Ötkür (



Yüklə 4,03 Mb.
səhifə20/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   16   17   18   19   20   21   22   23   ...   211
Abdurihim Teleşov Ötkür (?.06.1923, Qumulda kəndi). Onun 1940-cı illərdə yazmış olduğu “Muzulqan şəhər” (Donan şəhər), “Bahar çillaymən” (Baharı çağırıram), “Cənubka xət” (Gü­neyə məktub), “Tan zibasi yokmidur” (Dan gözəli yox­mu­dur) adlı şeirləri, “Yeni Çunqo Gülistanina” (Yeni Çin Gülis­tanına), “Keşker geçəsi” (Kaşqar gecəsi) dastanlarını, “Tamçə kandin miliyonlaran çeçəklər” (Damla qandan milyonlarca çiçək), “Çin moden” dramlarını, “Dənizdin sada” (Dənizdən səda), “Baş egim” (Baş geyim) kimi hekayələri vardır.

1946-ci ildə “Yürək munliri” (Ürək fəryadları), 1948-cı ildə “Tarim boyliri” (Tarım boyları) şeirlər kitabları çap olunub. 1950-1970-ci illərə qədər “Vicdan boyliri” (Vicdan boyları), “Səcdiqahımqa” (Səcdəgahıma), “Tova dep tuttum yaka” (Töv­bə deyərək yaxa cırmaq), “Küz keçisi” (Payız gecəsi), “Nəvai gəzəligə muxəmməs” (Nəvainin qəzəlinə muxəmməs), “Ak emes saçimdiki” (Ağ deyil saçımdaki), “Iz”, 1970-ci ildən sonra isə “Yaxşi”, “Sərlevhisiz şeirlar”, “Ömür hekkidə mu­xəmməs” (Ömür haqqında muxəmməs), “Keşker güzəligə” (Kaşqar gözəlinə), “Mən ağ bayraq emes” (Mən ağ bayraq deyiləm) kimi lirik şeirlər yazıb.

“Uluq ana hekkidə çöçək”, (Ulu ana haqqında çiçək), “ Gül və azqan” (Gül və yabanı gül), “Şeir və şair”, “Kaştişiqa məd­hiyə” (Süs daşına mədhiyə) kimi əsərləri, “Iz” və “Oyqanqan zəmin” adlı romanları yazmış ədib 1995-ci ilin oktyabrın 5-də Urumçidə dünyasını dəyişmişdir.

Turqun Almas (?.10.1924, Kaşqar şəhəri). Şair və tarixçi kimi tanınmışdır. Ilk təhsilini doğulduğu şəhərdə alan şair sonra Qulca şəhərinə gedərək orada oxuyur.

Urumçi şəhərindəki Darülmuəllimini bitirən Almas Qaraşə­hərə müəllim işləməyə göndərilir. 1947-ci ilin mayında Turqun Almas və dostları Kaşqarda mitinq təşkil edirlər. Mitinqin təşkilatçılarını həbs edirlər. 1948-ci ilin aprelin 8-də xalqın təzyiqi altında Turqun Almas və yoldaşlarını həbsdən burax­maq məcburiyyətində qalırlar. Həbsdən çıxan şair həmin il Qulca şəhərinə gedərək orada “Alma” qəzetində işə girir. Son­ra da isə Urumçi şəhərindəki “Tarım” jurnalında əmək fəa­liyyətini davam etdirir.

Turqun Almas “Pıçaq” dramını yazmış, “Tarım şamalları” (Ta­rım yelləri), “Tan səhər” (Dan səhəri) kimi şeir kitablarını və “Hun tarihi”, “Uyğurlar” adlı tarix kitaplarını çap etdirmişdir.

1922-ci ilin avqustun 22-də Qulca şəhərinin Xudyar Yüzi kəndində doğulan Elkem Ehtəm 1930-cu ildə Korqas qəsə­bəsində doğulan Tayipcam Ali və başqaları da yeni uyğur ədə­biyyatının seçilən nümayəndələrindən sayılır. Elkem Ehtem “Tan” (Dan), “Tanq atti” (Dan attı), “Tan atkanda” (Dan atar­kən), “Könüllər güldi” (Gönüllər güldü), “Ümid dolkunliri” (Ümid dalğaları), “Küreş dolkunliri” (Savaş dalğaları), “Yeniş dolkunliri” (Zəfər dalğaları) kimi şeirləriylə yanaşı “Saadet­xan”, “Alvasti” kimi lirik dastanları, Tayipcan Ali isə “Şark nah­şısı” (Şərq mahnısı), “Tıçlık nahşısı” (Sülh mahnısı), “Tü­qümes nahşa” (Bitməz mahnı), “Vətənimni köyləymən” (Vətə­nım üçün yanıram), “Zepmu çıraylık gəldi bahar” (Nə qədər xoş gəldi bahar) adlı şeir kitablarıyla tanınır. Tayipcan Ali 1989-cu ildə dünyasını dəyişmişdir.

1950-1980-ci illər uyğur ədəbiyyatının tanınmış yazıçı və şairləri sırasında Erşiddin Tatlık, Turdi Samsak, Abdul­kə­rim Xoca (1928-1988), Zordun Sabir, Sultan Mahmut (Kaş­qarlı), Muhəmmətcan Sadiq, Cebbar Əxmət, Muhəm­mət Ali Zunun, Ehad Turdi, Boğda Abdulla, Abdulhamid Sabir, Mırzayit Kərim, Mamut Zayit, Tursunay Hüseyin, Dilbər Keyum və b. adı çəkilir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin