ÜDM= C+I+G+(X-M)
Burada, C-əmtəə və xidmətlərin alınmasına istehlakçıların çəkdiyi xərcdir;
I - yeni binaların tikilməsinə, mexanizmlərin alınmasına və ehtiyatların miqdarının dəyişməməsinə yönələn investisiya xərcləridir;
G - əmtəə və xidmətlərin əldə edilməsinə yönələn dövlət xərcləridir;
(X-M) – xalis ixracdır.
Bu ixracla (X) idxalın (M) fərqinə bərabərdir. Yəni, xarici ölkələrə satılan əmtəə və xidmətlərlə başqa ölkələrdən alınan əmtəə və xidmətlərin qiymət fərqidir. Əgər, ixrac idxaldan çoxdursa fərq müsbət olub, ÜDM-i artıra bilər. Əksinə, idxal ixracdan çoxdursa onda fərq mənfi olub, ÜDM-i azalda bilər. Deyilənləri daha yaxşı başa düşmək üçün, mütləq nəzərdən qaçırmaq olmaz ki, ÜDM real vəziyyəti xarakterizə etmək üçün göstərici deyil. Belə ki, ölkədə istehsal edilən, lakin ÜDM-in hesablanmasında nəzərə alınmayan çoxlu sayda əmtəə və xidmət növü də mövcuddur. Bu göstəriciyə yalnız bazar üçün nəzərdə tutulan əmtəə və xidmətlər daxil edilir. Eyni zamanda, öz avtomobilinin radiatorunu təmir edən mexanikin və ya mənzilini təmir edən rəngsazın xidmətləri nəzərə alınmır. ÜDM-in hesablanmasında həmçinin transfert ödənişləri (pensiya, müavinət, təqaüd və digər sosial ödənişlər) də nəzərə alınmır.
Gəlin, deyilənlərin daha yaxşı başa düşülməsi üçün bir neçə suala cavab verməyə çalışaq. Aşağıda sadalananlardan hansıları ÜDM-in tərkibinə daxil edilir?
1. Dövlətin tələbəyə ayırdığı təqaüd? (Xeyr! Bu transfert ödənişidir)
2. Ordu üçün yeni hərbi vertolyotun alınması? (Bəli! Bu dövlət xərcləridir)
4. Bərbərin gəliri? (Bəli! O xidmət göstərir)
5. Şirkətin səhmlərinin satılmasından gələn gəlir? (Xeyr! Bu təmiz maliyyə sövdələşməsidir)
6. İşçilərə işlənmiş avtomobilin alınması? (Xeyr! Bu istifadə olunmuş əmtəədir)
7. Şirkət tərəfindən yeni dəzgahların alınması? (Bəli! Bu investisiyadır)
Beləliklə, nəticələrə yekun vuraraq demək olar ki, ÜDM və ÜMM-in hesablanmasında aşağıdakılar nəzərə alınmır:
A) Aralıq əmtəələrin alınması.
B) İstifadə olunmuş əmtəələrin alqısı və satışı.
C) Səhmlərin alqısı və satışı.
D) Sosial transfertlər (işsizliyə görə müavinət, pensiya və s.)
E) Ev təsərrüfatlarının daxili istehlakı üçün nəzərdə tutulan, o cümlədən dövlət nəzarətindən kənarda qalan “gizli iqtisadiyyat”a aid edilən əmtəə və xidmətlər.
Dostları ilə paylaş: |