Vergilər büdcəyə ödənilmə əlamətinə görə 2 qrupda təsnifləşdirilir:
- Birbaşa vergilər;
-Dolayı vergilər.
Birbaşa vergilər - vergi ödəyicilərinin bilavasitə gəlirlərindən və əmlaklarından müvafiq dərəcələrlə dövlət büdcəsinə, habelə yerli büdcələrə alınan vergilərdir. Belə vergilərə fiziki şəxslərdən gəlir vergisi, müəssisənin mənfəətindən vergi, əmlak vergisi, torpaq vergisi və s. aiddir.
Dolayı vergilər - vergi ödəyicisinin gəlirlərindən asılı olmayaraq müəyyənləşdirilən vergilərdir. Məsələn, əlavə dəyər vergisi, aksiz vergisi, gömrük rüsumları və s. Belə vergilər müvafiq mərkəzi və yerli orqanların qərarları ilə müəyyən əmtəələrin qiymətlərinə və ya xidmətlərin tariflərinə artımlar şəklində daxil edilərək sonradan həmin artımlar məbləğində tutulur. Əslində, bu vergilərin ödəyiciləri son istehlakçılardır. Buna görə də onları istehlak vergiləri də adlandırırlar. Burada istehsalçı və satıcılar bir növ "vergi toplayanlar" rolunda çıxış edirlər.
Vergi dərəcəsi - vergi tarifinin ən əsaslı ünsürüdür. Vergi dərəcəsi vergitutma vahidinə (məsələn, gəlir vahidinə, torpaq sahəsi vahidinə, mal ölçüsünə və s.) düşən vergi məbləüini əks etdirir. Vergi dərəcələri sərt (gəlirlərin məbləüindən asılı olmayaraq vergitutma vahidinə görə mütləq məbləüdə təyin edilir), proporsional (gəlirlərin səviyyəsi nəzərə alınmadan sabit faizlə hesablanır), reqresiv (vergi tutulan gəlir artdıqca vergi dərəcəsi də azalır) və proqressiv (vergi tutulan gəlir artdıqca vergi dərəcəsi də artır) ola bilər.
Proporsional vergi tutma zamanı məbləğin artmasından asılı olmayaraq vergi dərəcəsi sabit olur. (Bax şək.39)