Фуат рясулов


Təbii və əldə edilmiş üstünlüklər



Yüklə 4,2 Mb.
səhifə169/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   176
Təbii və əldə edilmiş
üstünlüklər


Biz hər gün televiziya ekranlarında nümayiş etdirilən onlarla reklamlarda xarici malların təbliğ edildiyinin şahidi oluruq. Biz, bununla yanaşı həmçinin qonşularımızın, dost və tanışlarımızın maşın alarkən əvvəlkitək rus modelinə deyil, alman, yapon, koreya, amerikan və digər ölkələrin avtomobillərinə üstünlük verdiyini də görürük. Qəzetlərdə də tez-tez xarici firma və şirkətlərin ölkəmizdə fəaliyyət göstərdiyi, filiallar və nümayəndəliklər açdığı haqqında məlumatlarla rastlaşırıq.

Belə xəbərlər bəzən bir qrup adamları qıcıqlandırır, narahat edir. Lakin iqtisadçılar bir az fərqli düşünür və hesab edirlər ki, beynəlxalq ticarət ölkələr üçün faydalıdır. Heç bir ölkə özünü dünyadan tədric etməklə yaşaya bilməz.

Buna oxşar siyasəti Sovetlər Birliyi Stalinin hakimiyyəti dövründə aparırdı. Lakin belə siyasət iqtisadi cəhətdən səmərəli deyil. Axı ayrı-ayrı ölkələr iqlim şəraitinə, təbii ehtiyatlarının zənginliyinə, vətəndaşlarının təhsil səviyyələrinə və digər cəhətlərinə görə biri-birindən fərqlənir. Ona görə də ölkələr arasında beynəlxalq əmək bölgüsünün nəticələri əsasında ticarət mübadiləsi hökm sürür. Beləliklə də beynəlxalq və ya xarici ticarət qurulur. Ölkənin göndərdiyi malların və xidmətlərin məbləği onun ixracını, kənardan gətirdikləri isə idxalını təşkil edir. (Təəccüblənməyin xidməti də idxal eləmək mümkündür. Məsələn, əgər xarici nəqliyyat şirkəti Azərbaycan firmasına öz məhsullarının digər ölkəyə daşınması işini təşkil edirsə, bu artıq xidmətin idxalı sayılır ).

İdxal və ixracın cəmi xarici ticarət dövriyyəsini təşkil edir.İdxal və ixrac arasındakı fərqə xarici ticarətin saldosu (qalığı) deyilir. Əgər ixrac idxaldan çoxdursa saldo müsbət və ya aktiv, əksinə olduğu halda, yəni ixrac idxaldan az olduqda saldo mənfi və ya passiv adlanır.

Saldonun müsbət və ya mənfi olmasına istinadən ölkənin inkişaf səviyyəsinə qiymət vermək düzgün deyil.

Tələb və təklif qanunu xarici ticarət sferasında da fəaliyyətdədir. Əgər ölkədə xarici ticarət siyasəti tələb və təklifə əsasən qurulursa və bu siyasət təşkilatlararası münasibətlər sistemindən ibarət olaraq minimum dövlət müdaxiləsinə məruz qalırsa, onda belə siyasəti azad ticarət (free trade) siyasəti adlandırırlar. Əksinə gedən proseslər isə himayəçilik prinsiplərinə əsalandığından ona xarici ticarətdə himayədarlıq siyasəti deyilir.

Himayədarlıq (proteksionizm) dövlətin tarif və qeyri-tarif tənzimləmə alətlərinə söykənərək, yerli firmaları xarici şirkətlərin rəqabətindən qorumaq məqsədilə apardığı xarici ticarət siyasətidir.

Bəs, görəsən xarici ticarətə qoşulmaq, beynəlxalq əmək bölgüsündə iştirak etmək üçün ölkə hansı siyasətə üstünlük verməli və hansı məhsulların istehsalı üzrə ixtisaslaşmalıdır?

Adam Smit hesab edir ki, bu suala bazar cavab verə bilər, lakin bu zaman hər bir ölkənin təbii və qazanılmış üstünlüklərini nəzərdən qaçırmaq olmaz. Belə ki, hələ vaxtilə Smit də əsərlərində sübut edirdi ki, əgər ticarət məhdudlaşdırılmırsa azaddırsa, onda hər bir ölkə rəqabətdə üstünlük qazandığı malların istehsalı üzrə ixtisaslaşır. Beləliklə də bu ölkələrin resursları rentabelli sahələrə axır və nəticədə ölkə qeyri-rentabelli sahələrlə rəqabət apara bilmir.

Bu sualın cavabını taparkən ilk növbədə müxtəlif malların istehsalı ilə əlaqədar olan məsrəflərə nəzər yetirməli və o məhsulu seçmək lazımdır ki, onun həmin ölkədə buraxılışı ucuz başa gəlir. Məsələn, biz hamımız təsdiq edərik ki, Azərbaycanda ananasın istehsalına çəkilən xərc Ekvadordan xeyli çoxdur. Çünki, ananası Azərbaycanda yalnız istixanalarda yetişdirmək olar ki, bu da çoxlu xərc və xüsusi qulluq tələb edir. Amma Ekvadorda ananas təbii yetişir. Bu o deməkdir ki, Ekvador ananas istehsalında mütləq üstünlüyə malikdir. Azərbaycanın isə Ekvador qarşısında mütləq üstünlüyü neft hasilatı hesab olunur. Bu çox sadə haldır. Deməli, isti tropik ölkələrə biz neft, sənaye məhsulları ixrac edə, ordan isə banan, ananas və digər tropik meyvələr gətirə bilərik. Bunu ilk dəfə olaraq məhşur ingilis iqtisadçısı David Rikardo müqayisəli üstünlüklər vasitəsilə sübuta yetirmişdir.

Beləliklə, Adam Smitin əsasını qoyduğu bu nəzəriyyəni sonradan David Rikardo inkişaf etdirərək müqayisəli üstünlüklər nəzəriyyəsini yaratdı. O təsdiq edirdi ki, ticarətdə onsuz da uduş var, lakin bunun üçün ölkə daha effektiv məhsulların istehsalı üzrə ixtisaslaşmalıdır.



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin