Fayda- maddi rifah halının arzu olunan səviyyəsinə nail olarkən şəxsi güc və vaxtın qənaətlə qorunmasını tələb edir.
Rasionallığa cəhd insanları tələbatlarının ödənilməsindən daha çox həzz almaqla həyatlarını qurmaüa kömək edir.
Hər bir insan ömür müddətində müəyyən fiziki və zehni imkanlar əldə edir. Hər bir insan həm də əvvəlcədən qeyri-müəyyən olan ömür müddətinə malikdir.
Mümkün olan təbii resurslardan rasional istifadə imkanları insan ömrünün orta uzunluğundan asılıdır. Ölkəmizdə orta ömür müddətinin 74 il olduğunu və onun üçdə birini biz yuxuda keçirdiyimizi nəzərə alsaq, yerdə qalandan da uşaqlıq və qocalıq illərini çıxsaq, onda bizim imkanlarımızı reallaşdırmaq üçün 24-25 ilimiz qalır. Bu illər ərzində görəcəyimiz işlərə özünün dolanışıüının, ailənin rifahının təmin edilməsi, bir sözlə, həyatdan alınacaq zövqlərin təminatı da daxildir.
Təqdim olunmuş sxem üzrə cəmiyyətin iqtisadi mexanizminin əsas elementlərini aşaüıdakı formada təsvir etmək mümkündür.
Gəlin, bu sxemə nəzər salmaqla bu suala cavab axtaraq. Görəsən, sərvət hansı mərhələdə yaranır. Bəlkə "İstehsalın təşkili" və ya "Kooperasiyalaşma" mərhələsində . Bu suala cavab vermək üçün, əvvəlcə onu aydınlaşdıraq ki, əməyin bölgüsü və ixtisaslaşması əsasında hazırlanan hər bir məhsul sərvət yaradırmı?
Sualı daha asanlıqla dərk etmək üçün misallara müraciət edək. Fərz edək ki, zavod əməyin ixtisaslaşmasından, istehsalın konveynerləşməsindən, xammalın ən keyfiyyətlisindən istifadə etməklə minik avtomobilləri üçün kvadrat formada təkər hazırlayır.
Çox ehtimal ki, bu təkərləri heç kim almayacaq. Beləliklə də bu məhsuldan sərvət də qazanmaq mümkün olmayacaq. Əksinə, tezliklə istehsalçılar müflisləşəcək və başa düşəcəklər ki, resursları, enerjini, insanların fiziki və zehni əməyini nahaq yerə sərf ediblər.
Dostları ilə paylaş: |