Фуат рясулов



Yüklə 4,2 Mb.
səhifə174/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   176
İ qtisadi fikir tarixindən




David Rikardo (1772-1873)
İngilis iqtisadçısı David Rikardo klassik siyasi iqtisad elminin görkəmli nümayəndələrindən sayılır. O, Londonda birja maklerinin ailəsində doğulub. D.Rikardo əmək-dəyər nəzəriyyəsini yaradıb. Onun fikrincə, məhsulun dəyərinin yeganə mənbəyi işçinin əməyi hesab olunur, onun da əsasında cəmiyyətin müxtəlif siniflərinin gəlirləri durur. Buradan da əmək haqqı ilə kapitalistin gəliri arasında tərs mütənasibliklə asılılıq qanunu formalaşır.

Davidin 12 yaşı olanda atası onu Amsterdama dayısının yanına göndərir. O, burada iki il ticarət məktəbində təhsil alır və atasının yanına qayıdandan sonra onun birja və ticarət əməliyyatlarına kömək edir.

16 yaşlı David yenidən Hollandiyaya qayıdır və Amsterdamda birja əməliyyatlarının dövriyyəsindəki rəqəmlərlə işləmək bacarığına malik olur. Belə ki, XİX əsrdə London birjasının Avropada oynadığı rolu XVIII əsrdə Amsterdam birjası oynamışdır. Bu şəxsi səfər Rikardonun həyatını dəyişir və onun biliklərini xeyli dərəcədə zənginləşdirir.

Rikardo bir müddət atasının yanında çalışandan sonra sərbəst şəkildə maklerlik edib, maliyyə imkanlarını xeyli yaxşılaşdırıb. Riyaziyyatın tədrisi ilə məşğul olub, iki dəfə şerif vəzifəsinə seçilib. 1819-1823-illərdə ingilis parlamentinin üzvü olduğu dövrdə özünün iqtisadi baxışlarını təbliğ etməyə başlayıb, parlament tribunasından həmişə azad ticarətin müdafiəsinə qalxıb, proteksionizmin əleyhinə çıxış edib. Onun tədqiqatının nəticələri Rikardonun 40 yaşı olandan sonra işıq üzü görüb. Belə ki, o, 1817-ci ildə əsas elmi əsərini – «Siyasi iqtisadın əsasları və vergi qoyuluşu» kitabını dərc etdirib. Rikardo dövlətin pul-kredit siyasətinə də xüsusi diqqət yetirib. Azad ticarətin lehinə xeyli arqumentlər gətirən Rikardo müqayisəli üstünlüklər nəzəriyyəsinin inkişafında xüsusi xidmətlərə malikdir.



Xülasə
1

. Beynəlxalq ticarətin əsası –ixtisaslaşmadır. Nə vaxt ki, insanlar və ya ölkələr onların ticarət tərəfdaşlarına nisbətən aşağı alternativ dəyərlə məhsul istehsal edirsə, bu o deməkdir ki, ticarət onlar üçün sərfəlidir.

2. Zəngin təbii resurslarına və əlverişli iqlim şəraitinə görə bir ölkə digər ölkə ilə müqayisədə daha çox məhsul istehsal edə bilirsə, bu onun təbii üstünlüyü hesab olunur.

3. İstehsalatda –texnoloji üstünlüklərə və imkanlara söykənərək bir ölkə digər ölkə ilə müqayisədə daha çox məhsul istehsal edə bilirsə, bu onun qazanılmış üstünlüyü hesab olunur.

4. Resursların miqdarından asılı olaraq bir ölkə digər ölkə ilə müqayisədə daha çox məhsul istehsal edə bilirsə, bu onun mütləq üstünlüyü hesab olunur.

5. Bir ölkə digəri ilə müqayisədə aşağı alternativ dəyərlə daha çox məhsul istehsal edə bilirsə, bu onun müqayisəli üstünlüyü hesab olunur.


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin