Cini indeksi - jəmiyyətdə gəlirlərin bölgüsünün qeyri-bərabərliyini əks etdirən statistik göstəricidir.
Cini indeksindən cəmiyyətdə gəlirlərin diferensasiya dərəcəsini qiymətləndirmək üçün istifadə olunur. Onu gəlirlərin təmərküzləşməsi əmsalı da adlandırırlar.
Cini indeksinin qiyməti sıfırla vahid arasında dəyişir. Hər bir sosial qrup cəmiyyətin ümumi gəlirlərində özünün sayına proporsional paya malik olduqda Cini indeksi 0-a bərabər olur və bu, ideal variant sayılır. Cini indeksinin qiymətinin 0-dan uzaqlaşıb 1-ə yaxınlaşması cəmiyyətdə sosial bərabərsizliyin dərinləşməsini əks etdirir. İnkişaf etmiş ölkələrdə bu indeksin qiymətinin 0-a yaxınlaşma meyli üstünlük təşkil edir. Tədqiqatlar göstərir ki, Azərbaycanda Cini indeksinin qiyməti 1990-cı ildəki 0,346-dan 1997-ci ildə 0,703-dək artıb. Deməli, Azərbaycanda sosial bərabərsizlik dərəcəsi yüksək əmsalla ifadə olunur. Bu halda dövlət nə etməlidir? Problemi necə çözməli?
Dövlət yoxsul təbəqənin problemlərini pensiya və sosial təminat sistemi vasitəsilə həll edir. Belə olanda dövlət vergi şəklində topladığı vəsaitdən istifadə edərək yoxsullara maddi yardım edir. Beləliklə də gəlirlərin yenidən bölgüsünü həyata keçirir.
Dostları ilə paylaş: |