Qiymət dəyişməsinə nisbətdə tələbin dəyişməsinin ölçüsü qiymət üzrə tələbin elastikliyi adlanır.
Əgər tələbin dəyişməsi qiymətlə müqayisədə daha üstün nisbətlə ifadə olunarsa, onda tələb elastik adlanır. Yox əgər, tələbin dəyişməsi qiymətlə müqayisədə nisbətən az faizi ifadə edərsə, onda tələb qeyri-elastik adlanır. Tələbin elastikliyi nədən asılıdır? Nəyə görə bir məhsulda tələb elastik, digərində isə qeyri - elastikdir?
Adətən ən zəruri mallar, eləcə də əvəzləyicisi olmayan məhsullar qeyri-elastik olur.
Bunu konkret misallarla aydınlaşdıraq. Tələbin elastikliyini iki müxtəlif malın satışı əsasında müəyyənləşdirək. Çörək və alma misalını. Çörək insanlar üçün ən vacib qidadır və onun əvəzləyicisini tapmaq çətindir. Alma da insanlara lazımdır, amma onun əvəzləyicisi çoxdur.
Fərz edək ki, çörək və alma satıcılarının hər ikisi eyni vaxtda mallarının qiymətini qaldırırlar. Bu hala alıcılar necə reaksiya verəcəklər? Onlar əvvəlkitək çörək almaq barədə düşünəcəklər. Ola bilər ki, bir neçə gün əvvəlki ilə müqayisədə nisbətən az sayda alver olsun, lakin sonradan istehlakçılar əvvəl olduğu qədər çörək alacaqlar. Almaya münasibətdə isə vəziyyət əksinə olacaq. Çox keçməyəcək ki, onu alanların sayı kəskin azalacaq. Onları almaqdan imtina edənlər qiyməti hələ bahalaşmayan armuda, şaftalıya, gavalıya üstünlük verəcək. Adətən çoxlu əvəzləyiciyə malik olan mallara tələb nisbətən elastik olur. Gəlin, qiymət üzrə tələbin elastikliyini hesablamaq üçün düstur tərtib edək
Burada Er - qiymətin elastikliyi;
Q/Q miqdarın faizlə nisbi dəyişməsi;
P/P-qiymətin faizlə nisbi dəyişməsi.
Qiymət üzrə tələbin elastikliyini bir neçə məhsul üzrə hesablayaq.
Fərz edək ki, malın başlanğıc qiyməti 1000 manat olanda alıcı ondan 200 ədəd alır. Sonra qiymət 1500 manata qalxanda, alıcı 170 ədəd almağa başlayır. Qrafik vasitəsilə bu dəyişikliyi təsvir edək (bax: şək.17)
Dostları ilə paylaş: |