Фуат рясулов



Yüklə 4,2 Mb.
səhifə47/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   176

Gəlin nəzərə alaq ki, yoxsulluq hər yerdə yayılmasına baxmayaraq, özünü müxtəlif ölkələrdə fərqli şəkildə büruzə verir. Bu aşağı gəlir, kəskin insani mərhumiyyətlər, resurslarla pis təminat, imkanların reallaşdırıla bilinməməsi və s. xarakterizə olunur.Yoxsulluq faktiki olaraq fərdlərin şəxsi tələbatlarını qarşılaya bilmədiyi, sosial-iqtisadi tərəqqi üçün imkanlara çıxışın məhdud olduğu şəraitdə geniş yayılır.


Dünya ölkələri sırasında daha çox inkişaf etməkdə olan ölkələr, o cümlədən də keçid iqtisadiyyatlı dövlətlər üçün xarakterik olan bu problemin yaratdığı obyektiv və subyektiv çətinliklər Azərbaycan Respublikasında da qabarıq görünür.

2003-2005-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət proqramının icrası ilə əlaqədar birinci mərhələdə nəzərdə tutulan işlərin gedişi haqqında hesabatda göstərilir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 % səviyyəsindən 2002-ci ildəki 46.7 % və 2003-cü ildəki 44.7%-ə qədər azalıb. Göründüyü kimi, 2001-ci ilə nisbətən 2003-cü ildə yoxsulluğun səviyyəsi 4.3% bənd aşağı düşüb. Yeri gəlmişkən, müqayisə üçün qeyd edək ki, 1996-cı ildə Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda yoxsulluq səviyyəsi 61% olub.

Azərbaycanda yoxsulluğun səviyyəsi Dövlət Statistika Komitəsinin «Ev Təsərrüfatlarının Müayinəsi» layihəsi üzrə 5000 ev təsərrüfatı arasında sorğuların nəticəsində müəyyənləşdirilir. Bu zaman müqayisəyə gələn göstəricilər ev təsərrüfatlarının orta aylıq gəlirləri ilə istehlak səbətinin dəyəri hesab olunur. Belə ki, rəsmi statistik məlumatlara görə 1996-2001-ci illərdə istehlak səbətinin aylıq dəyəri orta hesabla 120 min manat, 2002-ci ildə 175 min manat, 2003-cü ildə 180 min manat olub.

Dünya Bankı tərəfindən qəbul edilmiş populyar istehlak yanaşmasına görə, gündəlik qazancı ABŞ dollarının 1985-ci il məzənnəsi ilə 1 dollardan aşağı olanlar yoxsul sayılırlar. Hazırda bir sıra ölkələrdə bu göstərici minimum yaşayış indikatoru olaraq qəbul edilmişdir. Bununla belə bu göstərici özündə qeyri-dəyər göstəricilərinin əhəmiyyətini əks etdirə bilmir və yalnız kalorik yanaşma əsasında qurulur. Məsələn, yaşayış standartlarına daxil olan həyatın psixoloji keyfiyyəti, özünəhörmət və s. bu kimi göstəricilər nəzərə alınmır. Yoxsulluğun müəyyənləşdirilməsi ilə bağlı olan obyektiv və subyektiv baxışlarda ehtiyac içərisində yaşamağın müxtəlif aspektləri qabardılır.Bura insanın minimal inkişafı, sosial ayrı-seçkilik, yaşayış vasitələrinin dözülməzliyi, zəif qabiliyyət göstəriciləri daxildir.

Yoxsulluq səviyyəsini xarakterizə etmək üçün göstəricilərdən biri də sosial bərabərsizlik əmsalıdır. Sosial bərabərsizliyi ölçmək üçün Cini indeksindən istifadə olunur.


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin