Fxslxgghpxn ncplhkxn ncpxl



Yüklə 3,89 Mb.
səhifə1/20
tarix02.06.2018
ölçüsü3,89 Mb.
#52407
  1   2   3   4   5   6   7   8   9   ...   20





İSLAM

VƏ QƏRB MƏDƏNİYYƏTİ



SEYYİD MÜCTƏBA MUSƏVİ LARİ


Entesharate Darul-bashir


Kitabın adı:...…İslam və qərb mədəniyyəti

Müəllif:…......Seyyid Müctəba Musəvi Lari

Çap tarixi:...................................................2004

Mündəricat



MÜQƏDDİMƏ 4

İNSAN MƏDƏNİYYƏTİ VƏ HƏYATINA ÜMUMİ BİR BAXIŞ 10

MİS DÖVRÜNDƏN SONRA TARİXİN YENİ BİR MƏRHƏLƏSİ 13

MÜASİR QƏRB MƏDƏNİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 15

XRİSTİANLIĞIN İNKİŞAF SƏBƏBLƏRİ 28

KİLSƏ RƏHBƏRLİYİNİN TÖRƏTDİYİ FACİƏLƏR 29

XRİSTİANLARIN İSLAM ƏLEYHİNƏ TƏBLİĞATI 45

QƏRB DÜNYASINDA ƏXLAQ 51

KİLSƏDƏ İBADƏT 61

SPİRTLİ İÇKİLƏRİN DƏHŞƏTLİ ŞƏKİLDƏ YAYILMASI 65

MÜASİR DÜNYA HƏYATINDAKI ZİDDİYYƏTLƏR 70

MƏDƏNİ ƏSRDƏKİ VƏHŞİLİKLƏR 74

İRQİ AYRI-SEÇKİLİK 81

AİLƏ TƏMƏLİNİN SARSILMASI 85

HEYVANLARI SEVMƏK 90

QAYĞI VƏ MƏHƏBBƏTİN OLMAMASININ NƏTİCƏLƏRİ 93

İKİNCİ HİSSƏ 102

ÜMUMBƏŞƏRİ PROBLEMLƏRƏ QARŞI İSLAM DİNİNİN CAVABI 102

İSLAM DİNİNƏ ÜZ TUTAQ 102

DAR DÜŞÜNCƏLİLƏR 115

İSLAM VƏ İQTİSADİ ÇƏTİNLİKLƏR 123

İSLAMIN QƏRB MƏDƏNİYYƏTİNDƏKİ İZLƏRİ 132

MƏDƏNİ-MAARİF SAHƏSİNDƏKİ İNQİLAB 135

TƏBABƏT 140

ƏCZAÇILIQ 144

XƏSTƏXANALAR 145

KİMYA ELMİ 146

SƏNAYE 149

RİYAZİYYAT 150

COĞRAFİYA 151

SƏNƏTKARLIQ 153

İSLAM VƏ ALKOQOLLU İÇKİLƏR 159

İSLAM VƏ HƏR NÖV AYRISEÇKİLİYİN RƏDDİ 167

İSLAM AZADLIQ VƏ ƏDALƏT DİNİDİR 169

İSLAMDA CİHADIN SƏBƏBLƏRİ 182

İSLAM NÖQTEYİ-NƏZƏRİNDƏN AİLƏNİN MÖVQEYİ 205

İSLAMDA BOŞANMA 223

MÜVƏQQƏTİ EVLƏNMƏ 235

ZÖVCƏLƏRİN SAYI 242



MÜQƏDDİMƏ


Bəşəriyyəti hər gün yeni-yeni üfüqlərlə tanış edən, zahiri bərli-bəzəkli görünən «mədəni dünya»mız artıq, həyat gerçəkliklərindən kənara çıxıb, iqtisadiyyat və maddiyyata əsaslanan öz məntiqi ilə insani dəyərlərin mahiyyətini dəyişdirir. Xalqın mə᾽nəvi və ideoloji inkişafının keyfiyyəti onu əbədiyyət aləmindən xəbərsiz edir. Daxili xüsusiyyətləri əsasında gözünü mə᾽nəvi dünyaya dikən insan, diqqətini yalnız maddi aləmə yönəldir və təbiətin qeyri-maddi cəhətini habelə, səmavi həqiqətləri xəyali məfhumlarla əvəz edir. Ona görə də mümkün qədər çox sərvət toplamaq və maddi rifaha malik olmaq onun ali məqsədinə çevrilir. Fərdi və ictimai münasibətlərdə hökmranlıq edən, müxtəlif şəkillərdə zahir olan belə təfəkkür tərzi ilə bəşəriyyətin həqiqi səadətə nail olacağını təsəvvür etmək düzgün deyildir. İnsan öz əli ilə düzəltdiyi maddiyyat bütlərini sındırmaqla, təfəkkürünü büsbütün dəyişməklə və mə᾽nəvi həqiqətləri axtarıb tapmaqla nicat tapa bilər.

Biz bu sözlərlə heç də müasir mədəniyyətin bütün imkanlarını, rabitələrin sür᾽ətliyini və texnikanın inkişafını inkar etmirik; onun məziyyətlərinə və faydalarına göz yummuruq. Çünki, bu yolla insanın həyat və məişəti daha yaxşı tə᾽min edilir, onun normal yaşayış şəraiti daha da asanlaşır. Amma, insan ruhunun dərinliyi nəhayətsiz bir gerçəkliyin qarşısında qərar tapdığıdan, mə᾽nəvi səadəti maddi rifahla qurmağın qeyri-mümkün olmasını başa düşməliyik. İnsan batini rahatlığa çatmaq üçün yalnız maddi rifahla kifayətlənə bilməz. O, dinin əhəmiyyətini, onun nə üçün göndərildiyini unutmamalı və zatən ehtiyaclı olduğu şeylərdən xəbərsiz qalmamalıdır.

Ümumbəşəri qanunların, insan haqları və vicdan azadlığının müdafiəsi iddiaları ilə çıxış edən tərəqqipərvər əsrimizdə ictimai-siyasi məktəblər tam soyuqqanlılıq və rəhimsizliklə milyonlarla adamın ölümünə səbəb olan iki böyük dünya müharibəsinin tonqalını qalayıblar. Hal-hazırda dünya ictimaiyyətini ümumi bəlalardan qorumaq məqsədi ilə yaradılan beynəlxalq təşkilatlar da ehtimal verilən digər təhlükələrin qarşısını almaq üçün ağlabatan yollar göstərə bilmirlər. Son dövrlərdə daha bir müharibə alovunun şö᾽lələnmək ehtimalı heç kəsə gizli deyildir. Müasir kütləvi qırğın silahlarının dəhşətli dağıdıcı gücünü nəzərə alsaq, başa düşə düşərik ki, belə bir ocağın qalanması ilə bəşəriyyət tamamilə yanıb külə dönə bilər.

Təəssüflər olsun ki, uzun illərdir şərq xalqları qərbin texnoloji və iqtisadi tərəqqisi qarşısında həqarət hissi ilə dayanmış, özünə e᾿timad və inam hissini əldən verib, ruhsuz və tüfeyli bir cəmiyyətə çevrilmişdir. Onlar müasir mədəniyyətlə kifayət qədər tanış olmadıqları üçün qərbdən gələn hər bir şeyi zamanın hökmü kimi qəbul edirlər. Qərb təfəkkür tərzi insanlara hakim olmuşdur və onlar elə düşünürlər ki, insan günün «tələblərinə» təslim olmalıdır. Hətta həmin «tələblər» səhv və məntiqsiz olsalar belə, onları qəbul etmək lazımdır.

Şübhə yoxdur ki, özündə zəiflik və çatışmazlıq hiss edən bir cəmiyyət bu mürtəce əqidənin tə᾽siri altına düşərək, heç vaxt həyatını yeniləşdirmək, geriliyini aradan qaldırmaq üçün sə᾽y etməyəcək. Xalqın iste᾽dad və bacarığını inkişaf etdirmək, cəmiyyətdə müstəqil düşüncə tərzini bərqərar etmək üçün insani dəyərləri dirçəltmək və bütün imkanları səfərbər etməkdən savayı başqa bir yol yoxdur.

Başqa bir tərəfdən isə gənc nəslin düşüncə tərzi müasir dövrün zərərli ideoloji hücumlarına mə᾽ruz qalıb, hər gün bu zəhərli ideyalar ona öz ziyanlı tə᾽sirini göstərməkdədir. Belə bir şəraitdə İslam alimlərinin vəzifəsi çox şərəfli və həyat bəxşedicidir. Onlar gərək elmi anlayışlar və məntiqi yollarla gənclər və yeniyetmələr üçün hidayət yolunu göstərsinlər, böyük İslam mədəniyyəti və maarifini onlara təqdim etsinlər.

Son illərdə alimlər tərəfindən bu istiqamətdə diqqətəlayiq işlər görülməsinə baxmayaraq, hələ də İslam ideologiyası cavanların bütün təbəqələrinin düşüncə və təfəkkürünə yol tapmayıb; bu böyük və çox qiymətli mə᾽nəvi irs kifayət qədər tanıtdırılmayıb. Bu kitabda qərb dünyasının maddi fikirlərə əsaslanan düşüncələri güclü islami məntiqlə üzləşdirilib, yetərli müqayisələr edilib və qərb mədəniyyəti ictimai, siyasi, iqtisadi zəminlərdə islami baxışlarla təhlil olunub. Mənbələrdən və dəlillərdən istifadə etməklə, İslamın ictimai asayişi bərqərar etmək, cəmiyyətin inkişaf yollarını göstərmək proqramları oxucuların nəzərinə çatdırılır. Çünki İslam, müxtəlif millətləri bir-birinə yaxınlaşdırmaq, mədəniyyəti inkişaf etdirmək və dünyada kamil bir maarifin əsasını qoymaq üçün bütün müsbət elementləri səfərbər etməyə qadirdir.

Xristianlığın əksinə olaraq, islamda heç vaxt elm və din arasında çəkişmələr mövcud olmayıb. Daha doğrusu, alimlər İslam dininin sayəsində elmdə çox yüksək nəticələr əldə etmişlər. Onlar elmi tədqiqatlar, yaşayışın təkamülü və hamının qəbul edə biləcəyi təbii və fitri qanunlar baxımından, beş əsr ərzində bəşəriyyətin öncülləri olmuşlar. Müsəlmanlara maddi və mə᾽nəvi tərəqqi bəxş edən, onları elm öyrənməyə təşviq edən məhz İslam dininin özüdür. İslam, müasir dövrdə hakim olan təəssüblü fikirlərdən uzaq olub, insanlar arasında qarşılıqlı həmkarlıq ideyasını təbliğ edir.

Maddi me᾽yar və dəyərlərin əsiri olmuş müasir dünyada hələ də yalnız İslam dini öz əbədi tə᾽limlərini çəkinmədən göstərə bilir. İslamın mahiyyət və özülü həqiqətdən yoğrulub; o, həmişə olub və olacaq; İslam tə᾽limləri həmişə təravətlidir və bütün dövrlərlə ayaqlaşa bilir.

Hər bir əsrdə insan öz hədəfini və həyatının mə᾽nasını İslam dini ilə müəyyənləşdirə bilər; onun qanunlarına tabe olaraq, maddi həyatın tufanlarından xilas olar.

Əgər cəmiyyət bu ali səmavi proqramları tətbiq etmək üçün çalışsa, həqiqi səadət qapılarını öz üzünə açar və məntiqli, sağlam həyat tərzini əldə etmiş olar.

Müxtəlif təbəqələrdən olan insanların bu kitabı yüksək rəğbətlə qarşılamaları belə bir həqiqəti sübuta yetirir ki, xoşbəxtlikdən gənc nəslin bir hissəsi haqqa tərəf addım atmaqdadır. Onların müasir mədəniyyət və onun müxtəlif cəhətlərini tanıması, qərb mədəniyyətinin mahiyyətini düzgün dərk etmələri bu gün çox mühüm bir işdir. Ümid edirəm ki, bu kitab insanların ümumi mə᾽lumatlarının artırılmasına kömək edəcək, onlara qərb mədəniyyətinin nə olduğunu daha yaxşı başa salacaq və gənc nəslin hidayət və islah olunmasına tə᾽sir edəcək.



Əl-həmdu lillahi Rəbbil aləmin.

Qum şəhəri-Seyyid Müctəba Musəvi Lari

Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin