Фязлуллащ компани


ƏLİNİN (Ə) ƏDALƏTİ VƏ HAQPƏRƏSTLİYİ



Yüklə 1,55 Mb.
səhifə45/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   41   42   43   44   45   46   47   48   ...   58

ƏLİNİN (Ə) ƏDALƏTİ VƏ HAQPƏRƏSTLİYİ


Həzrət Əli (ə) haqq və ədalət kişisi idi. Həzrət bu baxımdan o qədər ciddi idi ki, öz sevimli oğlunu həbəş qoşunu ilə bir tuturdu. İmam öz işçilərinə ciddi nəzarət edir, zalımları cəzalandırırdı ki, məzlumların haqqı itməsin. Həzrət buyurur: «Mənim nəzərimdə məzlumlar əziz, sitəmkarlar isə zəlildirlər». Həzrət Əlinin (ə) hökuməti ədalət, təqva, bərabərlik üzərində qurulmuşdu. O öz mühakimələrində yalnız haqqa əsaslanırdı. Heç bir çətinlik onu tutduğu haqq yoldan döndərə bilməzdi. Həzrət bəndələrin haqqına riayət olunmasında özünü Allah qarşısında məsul sayırdı. Həzrət sözün əsil mənasında ictimai ədaləti bərpa etməyə çalışırdı. Həzrət haqqa münasibətdə ən yaxın adamlarına belə ən kiçik işlərdə güzəştə getməzdi. Onun qardaşı Əqil öz maaşını artırmaq üçün nə qədər çalışdısa da, həzrət müsəlmanların beytül-malına toxunmadı. Həzrət bu məsələ ilə bağlı buyurur: «And olsun Allaha, əgər gecəni tikan üstə başa vursam da, məni tikanlar üstə zəncirləsələr də, bu iş bəndələrə zülm etmiş halda qiyamət günü Allah və onun Peyğəmbəri ilə görüşməkdən yaxşıdır . . . And olsun Allaha, Əqil yoxsulluğun son həddində ikən sizin malınızdan bir qədər buğda istədi. Onun körpələrini səliqəsiz və çirkin halda gördüm. Onların çöhrələri torpağa bulaşıb qaralmışdı. Əqil öz xahişini təkidlə təkrarladı. O elə güman edirdi ki, dinimi ona satacaq, öz yolumdan dönəcəyəm. Mən bir parça dəmiri qızdırıb, ona yaxınlaşdırdım ki, ibrət götürsün. Onun ağrısından xəstə tək fəryad çəkdi. Az qaldı dəmirin hərarətindən yansın. Dedim ki, ey Əqil, analar əzanda ağlasın. Sən insanların oyun üçün düzəltdiyi bir parça dəmirə görə nalə çəkirsən. Amma məni Allahın öz qəzəbindən şölələndirdiyi oda çəkirsən. Sən bu kiçik ağrıdan nalə çəkirsənsə, mən cəhənnəm odundan nalə çəkməyim?! Bundan da maraqlısı bir şəxsin (Əşəs ibn Qeys) bir payla yanımıza gəlməsi oldu. Hədiyyə halva idi. Bu halva məndə ikrah yaratdı. Sanki ağız suyu ilə yoğrulmuşdu. Ona dedim: «Bu hədiyyədir, yoxsa zəkat, sədəqə? Sədəqə biz Əhli-beytə haramdır. Dedi: «Yox, nə sədəqədir, nə də zəkat, hədiyyədir». Ona dedim: «Anan əzanda ağlasın, din pərdəsi altda bizi aldatmaqmı istəyirsən?.»

And olsun Allaha, səma altda olanlarla birlikdə yeddi iqlimi mənə versələr ki, arpa qabığı aparan qarışqanın haqqını pozum, bu işi etmərəm. Sizin bu dünyanız mənim nəzərimdə çəyirtkənin ağzında yarpaqdan da dəyərsizdir. Əlinin (ə) ötəri dünya nemətləri, davamsız ləzzətlərlə nə işi?!»1

Abdullah ibn Əbu-Rafe həzrətin vaxtında beytül-malın xəzinadarı idi. Həzrət Əlinin (ə) qızı qurban bayramında iştirak etmək üçün müvəqqəti olaraq Abdullahdan bir boyunbağı götürmüşdü. Həzrət qızının boynunda mirvari boyunbağını görüb, fəryad qopardı: «Bu boyunbağı haradandır?» Qız qorxu içində əsərək ərz etdi: «Bu boyunbağını Əbu-Rafedən bir neçə saatlıq götürmüşəm». Həzrət Əli (ə) Abdullahı çağırıb buyurdu: «Ey Əbu-Rafe, müsəlmanların malına xəyanətmi edirsən?» Əbu Rafe dedi: «Allaha pənah aparıram, əgər müsəlmanların malına xəyanət etmişəmsə!» Həzrət buyurdu: «Necə olur ki, beytül-maldakı boyunbağını məndən icazəsiz, müsəlmanların razılığı olmadan mənim qızıma verirsən?» Əbu-Rafe ərz etdi: «Ya Əmirəl-möminin, o sizin qızınızdır. Onu məndən əmanət götürüb. Mən özüm həmin boyunbağıya zaminəm». Həzrət buyurdu: «Elə bu gün onu yerinə qaytar. Məbada ikinci dəfə belə bir iş görəsən. Belə etsən, bil ki, səni cəzalandıracağam. Əgər qızım onu əmanət götürməmiş olsaydı, əli kəsilmiş ilk haşimi qadın olacaqdı». Həzrətin qızı bu sözləri eşidib ərz etdi: «Ya Əmirəl-möminin (ə), mən sənin qızınam. Bu şeylərdən istifadə etməkdə məndən də ləyaqətlisi varmı?» Həzrət buyurdu: «Ey Əlinin (ə) qızı, nəfs istəyin səni doğru yoldan azdırmasın. De görüm, bütün mühacir qadınlarmı bayramda belə boyunbağı taxmışdı?» Sonra həzrət boyunbağını ondan aldı və yerinə qaytardı.2

Təlhə və Zübeyr həzrət Əlinin (ə) xilafəti dövründə varlı olsalar da, həzrətdən umacaqları vardı. Həzrət onların bu istəklərini təəccüblə qarşılayıb, hansı dəlilə əsaslandıqlarını soruşdu. Ərz etdilər: «Ömərin xilafəti dövründə bizim maaşımız daha çox idi». Həzrət buyurdu: «Deyin görüm, Peyğəmbərin dövründə sizin maaşınız nə qədər idi?» Ərz etdilər: «Başqaları kimi». Həzrət buyurdu: «İndi də sizin alacağınız başqaları qədər olacaq. Mən Peyğəmbərin yolunu gedim, yoxsa Ömərin yolunu?» Həzrətin məntiqi qarşısında cavab tapmayan Təlhə və Zübeyr dedi: «Bizim xidmətlərimiz var». Həzrət buyurdu: «Mənim xidmətlərim sizdən də çoxdur. Mən xəlifə olduğum halda ən fəqir adamla mənim aramda nə fərq görürsünüz?» Bir sözlə, Təlhə və Zübeyr ümidlərini üzüb geri döndülər.

Həzrət Əli (ə) bütün sahələrdə ədaləti qoruyurdu. Həqiqət nəyi tələb edirdisə, onu da yerinə yetirirdi. Onun öz əyalət hakimlərinə göndərdiyi məktublar hüquqi və əxalqi nəsihətlərlə zəngin idi. Mütəxəssislər həzrətin bu məktublarından xeyli istifadə etmişlər. Corci Zeydan «İslam mədəniyyəti tarixi» kitabında belə yazır: «Biz ki, nə Əlini (ə), nə də Müaviyəni görmüşük, onların haqqında necə mühakimə edə bilərik?» Xeyir belə deyil! Həzrət Əli (ə) və Müaviyədən qalmış məktublar on dörd əsr sonra onların haqqında mühakimə yürütməyə ciddi əsas verir.

Müaviyənin öz hakimlərinə yazdığı əksər məktublarından belə görünür ki, onun məqsədi xalqı əsarət altına almaq, var-dövlət toplamaq olmuşdur. Hakimlər xalqdan topladıqları məbləğin bir hissəsini özlərinə götürür, bir hissəsini isə Müaviyəyə göndərirdilər. Həzrət Əli (ə) isə bütün məktublarında öz hakimlərini pərhizkar olmağa, Allahdan qorxmağa, namaz və digər vacib əməlləri yerinə yetirməyə, oruc tutmağa, əmr be məruf və nəhy əz münkərə, yoxsullarla mərhəmətli davranmağa, fəqirlərdən muğayət olmağa, imkansızlardan xəbərsiz qalmamağa çağırır. Həzrət tabeliyində olanlara bildirir ki, Allah onların bütün əməllərini görür və həyatın sonu bu dünyadan köçdür.1

Dar baxışlı insanlar belə düşünürlər ki, həzrət Əli (ə) siyasətçi olmamışdır. Onlar həzrətin Müaviyəni işdən dərhal kənarlaşdırmamasını, altı nəfərlik şurada Əbdürrəhman ibn Ovfun təklifi ilə razılaşmamasını, Süffeyn döyüşündə Əmr Ası azad buraxmasını onun siyasətlə tanış olmaması ilə izah edirlər. Amma unutmaq olmaz ki, həzrət Əli (ə) səxavətli, nəcib, mərhəmətli, haqq-ədalət tərəfdarı olan bir insan idi. O, xalqa Müaviyə və onun kimi dünyapərəstlər tək rəhbərlik edə bilməzdi. Çünki həzrətin xilafəti ilahi bir xilafət idi. Bu xilafətdə ilahi əxlaq, haqq-ədalət prinsipləri əsas götürülmüşdü. Hiylə işlətmək, tələ qurmaq həzrət Əliyə (ə) yaraşmayan işlər idi. Onun belə yollara əl atmaması bu işləri bacarmaması demək deyildi. Həzrət özü bu barədə buyurur: «And olsun Allaha, Müaviyə məndən zirək, bacarıqlı deyil. O sadəcə hiylə işlədir, günaha batır». Başqa bir məqamda həzrət buyurur: «Əgər təqva olmasaydı, mən bütün ərəbdən zirək olardım. Amma Əlini (ə) başdan ayağa haqqın təcəllası bürümüşdü. O, haqqı deyirdi, haqqı görürdü, haqqı axtarırdı, haqqı müdafiə edirdi.

Həzrət Əlinin (ə) ədaləti haqqında belə bir əhvalat nəql olunur: «Əmarə Həmdaninin qızı Sudə həzrət Əlinin (ə) şəhadətindən sonra Müaviyəyə onun hakimi Bosr ibn Ərtatdan şikayət etdi. Müaviyə onu Siffeyn döyüşündə Əlini (ə) müdafiə etdiyi üçün qınadı və dedi: «İstəyin nədir ki, bura gəlmisən?» Sudə dedi: «Bosr bizim var-dövlətimizi aldı, kişilərimizi öldürdü. Sən Allah yanında hakimlərinə görə məsulsan. Biz nizam-intizamı qorumaq üçün sənə görə ona toxunmadıq. İndi mənim şikayətimə baxsan, sənə təşəkkür edərik, yoxsa səndən üz döndərərik». Müaviyə dedi: «Ey Sudə, məni hədələyirsən?» Sudə başını aşağı salıb dedi:



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin