119
proteolitik fermentlərin aktiv mərkəzlərinin
strukturunda iştirak edir, sfinqo-
lipidlərin tərkibinə daxil olan sfinqozin adlı aminspirtin sintezinə sərf edilir.
Serin bəzi zülalların (südün tərkibində olan kazein zülalı, yumurta sarısının
tərkibində olan vitellin və s.) tərkibində fosfat efiri şəklində (serin-fosfat) olur.
L-Treonin zülalların tərkibinə daxil olmaqdan əlavə,
bəzi bakteriyalarda B
12
vitamininin və aktinomisin D adlanan antibiotikin sintezinə sərf edilir.
3.
Kükürdlü aminturşular
(sistein, sistin, metionin). L-sistein maddələr
mübadiləsində kükürd mənbəyi kimi mühüm rola malikdir; bundan əlavə,
sisteinin tərkibində olan sulfhidril (
−
SH) qrupu reduksiyaedici funksiyası
daşıyır. Bu aminturşu böyük bioloji əhəmiyyətə malik olan qlutation adlı
tripeptidin və bir sıra fermentlərin aktiv mərkəzlərinin
tərkibinə daxil olur;
koenzim A-nın tərkibinə sisteinin karboksilsizləşmiş törəməsi (merkapto-
etilamin) daxildir. Bir sıra zülalların və peptidlərin (insulin, AKTH və s.)
molekul strukturuna daxil olan sistein qalıqları bir-birilə disulfid körpücükləri
əmələ gətirməklə, molekul zəncirinin bir hissəsini digərilə birləşdirir və bu
yolla zülalların üçüncülü strukturunun formalaşmasında iştirak edirlər.
Oksidləşmə reaksiyaları nəticəsində 2 sistein
molekulu sulfhidril qrupu
hidrogenlərini itirib, sistinə çevrilir; bu reaksiya asanlıqla geriyə dönə bilir:
Sistein Sistin
Bu reaksiya canlı orqanizmdə baş verən bir sıra oksidləşmə-reduksiya
reaksiyalarının əsasını
təşkil edir; hüceyrə membranlarının oksigenin zərərli
təsirindən mühafizə edilməsində yuxarıdakı reaksiyanın mühüm rolu vardır.
Zülalların tərkibində sistinin miqdarı sisteinə nisbətən çox olur. Bu
aminturşu tük, buynuz və dırnaq toxumalarında olan zülallar arasında xüsusilə
geniş yayılmışdır.
L-Metionin
toxumalarda bir sıra üzvi maddələrin (xolin, adrenalin,
digər
kükürdlü aminturşular, kreatin, sterinlər və b.) sintezi zamanı metil qrupunun
donoru
kimi iştirak edir; bitki və mikroorqanizmlərdə tiaminin (B
1
vitamini)
sintezi üçün istifadə edilən kükürd atomları da əsasən metionindən alınır.
Metionin süd zülalının (kazein) tərkibində xüsusilə çox olur. Ondan hazırlanan
dərman preparatından qaraciyərin piy infiltrasiyasının və aterosklerozun
müalicəsində lipotrop amil kimi istifadə edilir.
Dostları ilə paylaş: