118
Əvəzedilməyən aminturşular orqanizmdə başqa
üzvi maddələrdən sintez
edilmir. Buna görə, belə aminturşular orqanizmə yalnız xarici mühitdən
–
qida
vasitəsilə
–
daxil olmalıdır. Proteinogen aminturşulardan valin, leysin, izoley-
sin, treonin, lizin, metionin, fenilalanin və triptofan insan üçün əvəzedilməyən
aminturşular hesab edilir. Qeyd etmək lazımdır ki, yuxarıda adları
sadalanan
8 aminturşu bütün heyvan növləri üçün əvəzedilməyən qida amilləridir. Lakin
başqa canlılar üçün əvəzedilməyən aminturşuların siyahısı nisbətən fərqli ola
bilər. Məsələn, siçan və siçovul orqanizmi üçün əvəzedilməyən aminturşuların
sayı 9-dur (bu heyvanların orqanizmində yuxarıda siyahısı verilən 8 amintur-
şudan başqa, histidin də sintez edilmir). İnsan orqanizmində qismən əvəz edilə
bilən histidin, arginin və tirozin aminturşuları
toyuq orqanizmində qətiyyən
sintez edilmir. Beləliklə, toyuq orqanizmi üçün əvəzedilməyən aminturşuların
sayı 11-dir.
4.5.1. PROTEİNOGEN AMİNTURŞULARIN ÜMUMİ XARAKTERİSTİKASI
1.
Monoaminmonokarbon turşuları
(qlisin, alanin, valin, leysin, izoley-
sin). Bu turşuların molekullarında amin qruplarının sayı karboksil qruplarının
sayına bərabərdir. Buna görə onların məhlulları neytral reaksiyalı olur və
lakmus kağızının rəngini dəyişmir. Bu qrupun ən sadə nümayəndəsi qlikokol
və ya qlisindir.
Q l i s i n
–
optik aktivliyə malik olmayan yeganə aminturşudur. Şirin dadlı
maddə olan qlisin təbiətdə olduqca geniş yayılmışdır.
Kollagen və elastirin
zülallarının tərkibində qlisinin miqdarı xüsusilə çox olur. Qlisin müxtəlif
canlıların toxumalarında purinlərin, hemoqlobinin tərkibinə daxil olan porfirin
nüvəsinin, hemin fermentlərinin və xlorofilin sintezinə sərf edilir;
bakteriya-
ların hüceyrə qişasının əmələ gəlməsində iştirak edir; sərbəst şəkildə qlisinə
onurğa beynində və baş beyni kötüyünün müxtəlif
nüvələrində rast gəlinir;
qlisin sinir sisteminin adı çəkilən strukturlarında tormozlayıcı mediator
funksiyasını yerinə yetirir.
L-A l a n i n ə bütün zülalların tərkibində rast gəlinir. Bu aminturşu
orqanizmdə karbohidratların, yağların, karotinoidlərin (bitkilərdə)
sintezinə
sərf edilir.
L-V a l i n zülalların əksəriyyətinin tərkibinə daxil olur, lakin onun miq-
darı nisbətən azdır. Bu aminturşu müxtəlif canlıların toxumalarında alkaloid-
lərin, tsiklopeptidlərin,
pantoten turşusunun, penisillin antibiotikinin [Peni-
cillinin chrysogenum (notatum) tipli mikroorqanizmlərdə] sintezinə sərf edilir.
L-L e y s i n və l-i z o l e y s i n zülalların tərkibində az miqdarda olur,
insan orqanizmində sintez edilmir. Hidrofob xassəyə malik olan leysin və
izoleysin zülalların molekul strukturunun sabit şəkildə saxlanılmasına yardım
göstərir.
Dostları ilə paylaş: