Mühazirə 1
Butadien-nitril kauçukları
Butadien-nitril kauçuku (BNK) butadien və akrilnitrilin sopolimerləşmə
məhsuludur. Sopolimerləşmə prosesi emulsiyada aparılır və komponentlərin
nisbətini dəyişdirməklə alınan polimerlərin xassələrini lazım
olan istiqamətə
dəyişdirmək olar.
Sopolimerləşmə prosesini yüksək və ya aşağı temperaturlarda həyata keçirmək
mümkündür.
Sopolimerin makromolekulu statik biri-birini əvəz butadien və akril turşusunun
nitrili manqalarından tərtib edilmişdir.
BNK-nun orta molekula kütləsi geniş molekulyar kütlə paylanması ilə 100-
300-mindir. Bu kauçuklar amorf olub saxlanma və dartılma zamanı şüşələşir.
Tərkibində miqdarı aşağı (17-20%), orta (27-30%), yüksək (36-40%) və çox yüksək
(50%) akril turşusunun nitrili olan polimerlər buraxılır və onlar müvafiq olaraq
SKN-18, SKN-26, SKN-40, SKN-50 kimi işarə olunur.
Əgər kauçuka rəngləməyən qocalmaya qarşı maddə qatıkarsa, kauçukun
işarəsinə N hərfi əlavə edilir (məsələn SKN-18N).
Fiziki xassələri.
BNK fiziki xassələri tərkibində olan akril-nitrilin miqdarından
əhəmiyyətli dərəcədə asılıdır:
SKN-18
SKN-26
SKN-40
Sıxlığı, kq/m3
943
962
986
Şüşələnmə temperaturu, °C
-55
-42
-32
Dielektrik keçiriciliyi
6,4
10,2
12,0
Xüsusi həcmi elektrik müqaviməti, Om
m
6,5
10
8
3
10
7
1
10
7
Dielektrik itkilərinin bucaq tangensi
0,205
0,310
0,315
Həllolma parametri, (MC/m
3
)
1/2
19
19,4
20,2
BNK ketonlarda, aromatik və xlorlu karbohidrogenlərdə,
mürəkkəb efirlərdə
yaxşı, alifatik karbohidrogenlərdə və spirtlərdə çox pis həll olur.
Polimerdə birləşmiş akrilnitrilin miqdarı artdıqca polimer zəncirləri arasında
molekullararası qarşılıqlı əlaqə və sıxlıqı əhəmiyyətli artır, şüşələnmə temperaturu
yüksəlir, dielektrik xassələri aşağı düşür, aromatik həledicilərdə həllolma azalır və
alifatik karbohidrogenlərdə şişməyə davamlılığı artır.
Texnoloji xassələri
. Sopolimerləşmə prosesinin nizamlanmasından asılı olaraq
müxtəlif plasto-elastiki xassələrə malik: çox bərk - Defoya görə bərkliyi 21,5-27,5N
və yaxud Muniyə görə qatılığı 120 ş.v.-dən çox; bərk - Defoya görə bərkliyi 17,5-
21,5N və yaxud Muniyə görə qatılığı 50-70 ş.v. olan BNK buraxılır.
Buna müvafiq olaraq çox bərk kauçukların işarələrinə T, yumşaq kauçuklarm
işarələrinə M hərfi əlavə edilir. Kauçukların alınması zamanı emulqator kimi
alkilsulfonatlardan
istifadə edilərsə, onun işarəsinə S hərfi əlavə edilir. Məsələn:
SKN-18MS göstərir ki, kauçukun tərkibində 18% birləşmiş akril turşusunun nitrili
vardır, yumşaqdır və onun alınması zamanı bioloji parçalanan alkilsulfonat
emulqatorundan istifadə edilmişdir.
BNK emal olunmasına onun molekullararası qarşılıqlı əlaqədən asılı olan
böyük bərkliyi çətinlik yaradır. Müxtəlif markalı kauçukların emalı onların ilk
qatılığından və həmçinin nitril qrupunun miqdarından asılıdır.
Bütün tip bərk
kauçuklar üçün qabaqcadan plastikasiya vacibdir və ən effektli plastikasiya 30-
40°C-də vərdənələrdə mexaniki plastikasiyanın aparılmasıdır. Plastikasiya sürətinə
görə BNK aşağıdakı sıra üzrə yerləşdirilə bilər:
SKN-40>SKN-26>SKN-18
BNK kauçukları üçün istilik oksidləşmə destruksiya az effektivlidir və praktiki
olaraq tətbiq edilmir. BNK əsasında rezin qarışıqlarını rezinqarışdırıcılarda
hazırlayan zaman böyük çətinliklər əmələ gəlir və buna səbəb qarışdırma zamanı
böyük istiliyin əmələ gəlməsi ilə temperaturun artması nəticəsində kauçukların
vaxtından əvvəl vulkanizasiyası və istilikdən tikilməsi nəticəsində qarışıqların
bərkliyinin artmasıdır.
Adətən BNK emal edərkən soyudulma ilə çox pilləli qarışdırma rejimlərindən
və yaxud pillələr arası ana qarışığın saxlanılması tətbiq edilir.
BNK əsasında rezin qarışıqları az konfeksiya yapışqanlığına malikdir.
Qarışıqların formalaşması kauçukların yüksək bərkliyi və böyük elastiki bərpa
olunması səbəbli çətinləşir. Aşağı temperaturlu sopolimerleşmə
üsulu ilə alman
kauçulclar «isti» sopolimerləşmə üsulu ilə alman kauçuklardan fərqli olaraq yaxşı
texnoloji xassələrə malikdir.