Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə119/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   137
Biokimyanın əsasları I cild

Albuminlər

qan serumunun, yumurta ağının, bitkilərin yaşıl hissəsinin
südün, paxlalı bitkilərin toxumlarının tərkibində geniş yayılmışdır. İnsanın qan 
serumu zülallarının 50%-ə qədərini albuminlər təşkil edir; yumurta ağının quru 
kütləsinin 50%-ə qədəri albuminlərdən ibarətdir. Südün tərkibində olan 
albumin xassəli zülallara l a k t a l b u m i n, yumurta ağının tərkibində olanlara 
isə 

o v a l b u m i n deyilir. 
Albuminlər suda yaxşı həll olur: onları çökdürmək üçün məhlulu doymuş 
vəziyyətə çatana qədər duzlaşdırmaq lazım gəlir. Lakin duzlardan yalnız 
(NH
4
)
2
SO
4
-ün doymuş məhlulu albuminləri çökdürə bilir, digər duzlar isə 
ayrılıqda bu zülallara çökdürücü təsir göstərə bilmir; bundan ötrü bir və 
ikivalentli kationların qarışığından (ya NaCl və MgSO
4
, ya da Na
2
SO
4
və 
MgCl
2
) istifadə etmək tələb olunur. Məhlulda ammonium-sulfatın qatılığı 
doyma səviyyəsinin 65%-nə çatdıqda albuminlərin bir hissəsi, 100%-nə 
çatdıqda isə 

hamısı çökür. 
Qan serumu albuminlərinin tərkibində qlikokol olmur; süd albuminində 
(laktalbumin) 0,44%-ə qədər, yumurta albuminində (ovalbumin) isə 1,9%-ə 
qədər qlikokol olur. 
Albuminlərin molekul kütləsi 40 mindən 70 minə qədər olur. Qan serumu 
albumininin izoelektrik nöqtəsi pH=4,7-yə bərabərdir. Bu zülallar elektroforez 
zamanı anoda doğru digər zülallara nisbətən yüksək sürətlə hərəkət edirlər. 
Qan plazmasının onkotik təzyiqinin 70-80%-ə qədərini albuminlər yaradır. Bu 
zülallar qan serumunda sərbəst üzvi turşularla, lipidlərlə və bəzi hormonlarla 
kompleks birləşmə əmələ gətirərək, onların nəql olunmasında iştirak edir. 
Qlobulinlər

hidrolizatının tərkibinə görə albuminlərə yaxın olan və 
adətən onlarla eyni toxumalarda rast gəlinən zülallardır. Lakin bu zülalların 
molekul kütləsi albuminlərə nisbətən çox olur (100-150 min və daha artıq); 
əsas fərqlərdən biri də qlobulinlərin tərkibində qlikokolun miqdarının bir qədər 
artıq olmasından ibarətdir (3,5%-ə qədər). Toxumaların əksəriyyətində albu-
minlərlə qlobulinlər müəyyən kütlə nisbətində olur. Məsələn, insanın qan 
serumunun zülal əmsalı (yəni albimin/qlobulin nisbəti) 1,5-lə 2,3 arasında olur 
(burada albumin və qlobulinlərin ümumi miqdarı isə qan serumunun ümumi 
kütləsinin orta hesabla 7%-ə qədərini təşkil edir). Bəzi xəstəliklər zamanı zülal 
əmsalı dəyişdiyinə görə, bu göstəricinin təyin edilməsinin diaqnostik əhəmiy-
yəti vardır. Qan serumundan başqa, əzələlər, süd, yumurta ağı və heyvan 
toxumalarının əksəriyyəti qlobulinlərlə zəngindir. Bitkilərin toxumalarında 
(xüsusən paxlalılarda) çoxlu miqdarda qlobulin olur. Məsələn, noxudun tərki-
bində olan 
lequmin
və lobyanın tərkibində olan 
fazeolin
adlı zülallar qlobu-
linlər qrupuna aiddir.
Qlobulinlər neytral duzların duru məhlullarında yaxşı həll olur, qatı 
məhlullarda isə asanlıqla çöküntü verirlər. Qlobulinlərin təmiz suda həll ola 
bilməməsi onları digər zülallardan ayırmaq məqsədilə dializ üsulundan istifadə 
etməyə imkan verir. XIX əsrin sonlarında qlobulinləri həllolma qabiliyyətinə 
görə bir-birindən fərqlənən 2 fraksiyaya bölmüşlər. Ammonium-sulfatın 33%-li 


173 
məhlulunda çökən fraksiyaya 
euqlobulinlər
, 50%-li məhlulda çöküntüyə keçən 
fraksiyaya isə 
psevdoqlobulinlər
adı verilmişdir.
Qan serumu zülallarının elektroforezi zamanı qlobulinlər albuminlərdən 
sonra ayrılır; onların 3 fraksiyası (





) və bir neçə yarımfraksiyası (

1


2


1


2
) ayırd edilir. Bu fraksiyaların miqdar nisbətinin dəyişmələrindən bir sıra 
xəstəliklərin diaqnostikasında istifadə edilir.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin