4.9. TƏBİİ PEPTİDLƏR İnsan və heyvan orqanizmində sintez edilən və müəyyən bioloji aktivliyə
malik olan təbii peptidlər mənşəyinə və təsir spesifikliyinə görə 4 qrupa
bölünür: 1)
hormonal aktivliyə malik olan peptidlər (vazopressin, oksitosin,
adrenokortikotrop hormon, qlükaqon, kalsitonin, melanositstimulyasiyaedici
hormon, liberinlər, statinlər və s.);
2)
həzm sisteminin fəaliyyətinin tənzimində iştirak edən peptidlər (qastrin,
sekretin, pankreozimin və s.);
3)
qan serumunun
2 -qlobulin fraksiyasına daxil olan zülalların və ya toxuma zülallarının hissəvi proteolizi nəticəsində əmələ gələn peptidlər (angiotenzin, bradikinin, kallidin və s.);
4)
neyropeptidlər. Təbii peptidlərin hormonal aktivliyə malik olan və həzm sisteminin
funksiyalarını tənzim edən növləri haqqında dərsliyin müvafiq bölmələrində
məlumat verilmişdir.
Təbii peptidlərin əksəriyyəti zülalların tərkibinə daxil olmur və onların
sintezində aralıq məhsul kimi əmələ gəlmir. Lakin onlardan bir qrupu
orqanizmdə sintez edilən müəyyən zülalların dəyişikliyə uğraması nəticəsində
əmələ gəlir; angiotenzin və kininlər belə peptidlərə misal misal ola bilər.
Məsələn, damar tonusunun təbii tənzimləyicilərindən biri
–
a n g i o t e n z i n
qan serumu zülallarının
2
- qlobulinlər fraksiyasına daxil olan angioten-
zinogenin biokimyəvi dəyişikliklərə uğraması nəticəsində əmələ gəlir. Bu
proses 2 mərhələdən ibarətdir. Birinci mərhələdə angiotenzinogen molekuluna
tripsinin və böyrək parenximinin yukstaqlomerulyar hüceyrələrində sintez
edilən reninin təsiri nəticəsində, 10 aminturşu qalığının birləşməsindən
(dekapeptid) ibarət olan I angiotenzin ayrılır. Bundan sonra qaraciyərdə sintez
edilən karboksikatepsin adlı spesifik fermentin katalizatorluğu şəraitində qeyri-
aktiv I angiotenzin molekulundan 2 aminturşu qalığı ayrılır və yüksək bioloji
fəallığa malik olan II angiotenzin əmələ gəlir. Təbii vazopressor (damar
tonusunu artıran) maddələrdən ən qüvvətlisi olan II angiotenzin 8 aminturşu
qalığının birləşməsindən ibarətdir:
a n g i o t e n z i n o g e n