166
Cədvəl 4.11
Zülalların strukturlarına görə təsnifatı
Zülal
qrupu
Xassələri
Bioloji funksiyaları
Qlobulyar
zülallar
Birincili
strukturu
daha
böyük əhəmiyyət kəsb edir.
Polipeptid zənciri kompakt
kürəcik
və
ya
ellips
formasında olur.
Suda həll olaraq,
kolloid
məhlul əmələ gətirir.
Ferment,
antitel
(qan
serumu
qlobulinləri), bəzi növləri isə hormon
(məsələn, insulin) funksiyası daşıyır.
Protoplazmada olan qlobulinlər burada
suyun və bəzi başqa maddələrin
saxlanmasına şərait yaradır.
Fibrillyar
zülallar
İkincili strukturu böyük
əhəmiyyətə
malikdir
(üçüncülü
strukturu
ya
olmur, ya da zəif olur).
Suda həll olmur.
Mexaniki
möhkəmliyinə
görə
fərqlənir. Paralel surətdə
yerləşən uzun polipeptid
zəncirləri
köndələn
istiqamətdə
bir-birilə
birləşib lifli və ya təbəqəli
struktur əmələ gətirir.
Hüceyrələrdə və hüceyrəarası sahədə
struktur funksiyasını
yerinə yetirirlər;
bu
qrupa
kollagen
(vətərlərdə,
hüceyrəarası
sahədə,
sümük
toxumasında olur), miozin (əzələ
zülallarının bir növü), fibroin (ipəkdə
və hörümçək torunda olur), keratin
(tüklərdə, buynuz və dırnaqlarda, quş
lələklərində olur) aiddir.
Keçid
formalı
zülallar
Fibrillyar struktura malik
olsalar da, suda həll ola
bilirlər.
Bu qrupa fibrinogeni misal göstərmək
olar. Fibrinogen qanın laxtalanması
zamanı
həllolma qabiliyyətini itirib,
fibrinə çevrilir.
Qlobulyar zülalların molekulları kürə və ya ellips şəklində olur. Təbiətdə
rast gəlinən zülalların müxtəlif növlərinin öyrənilməyə başlandığı ilk vaxtlarda
qlobulyar zülalları suda həllolma qabiliyyətlərinə görə qruplara bölməyə cəhd
edirdilər. Müasir dövrdə belə təsnifat yalnız tarixi baxımdan maraq doğurur.
Bu təsnifata görə, qlobulyar zülalların suda yaxşı həll olan növlərinə a l b u-
m i n l ə r, adi şəraitdə zəif həll olan, lakin xörək duzunun (NaCl) zəif
məhlullarında asanlıqla həll olan növlərinə isə q l o b u l i n l ə r deyilir. Bu
terminlərdən hazırda yalnız müəyyən bir zülal növünün adı kimi istifadə edilir.
Fibrillyar zülallar qlobulyar zülallardan molekullarının uzunsov olmasına
görə fərqlənir. Onların uzunluğu diametrinə nisbətən dəfələrlə artıq ola bilər.
Bu qrupa əsasən birləşdirici toxumanın və əzələlərin struktur (plastik) zülalları,
həmçinin dərinin, tüklərin və dırnaqların suda həll olmayan zülalları aiddir. Bu
zülalların konkret növləri haqqında dərsliyin müvafiq
bölmələrində məlumat
verilir.
Zülalların müxtəlif növlərinin bioloji funksiyalarına əsaslanan təsnifatı
elmi cəhətdən müəyyən maraq doğurur. Lakin nəzərə almaq lazımdır ki, təbii
zülalların saysız-hesabsız növlərindən olduqca az hissəsinin bioloji funksiyası
öyrənilmişdir. Bu baxımdan yalnız zülalların bir qrupunu təşkil edən ferment-
lərin təsnifatını müəyyən dərəcədə mükəmməl hesab etmək olar. Ümumiyyətlə,
167
müxtəlif müəlliflərin təklif etdikləri təsnifatlarda zülallar funksional əlamət-
lərinə görə müxtəlif sayda qruplara bölünür. Bu isə həmin təsnifatların əhə-
miyyətini azaldır və onların öyrənilməsini çətinləşdirir (bax: cədvəl 4.1).
4.1-ci cədvəldən göründüyü kimi, funksional təsnifatda eyni xassəli zülal-
lar müxtəlif qruplara düşə bilər. Məsələn, ferment xassəsinə malik olan lizosim
mühafizəedici funksiyaya malikdir, ilan zəhərinin tərkibində olan müxtəlif
fermentlər isə toksinlər qrupuna daxil edilmişdir.
Cədvəldə göstərmədiyimiz
membran zülallarını, struktur genlərin fəaliyyətinin tənzimləyicilərini, ferment-
lərin inhibitorlarını və b. zülal təbiətli maddələri də funksional baxımdan
müstəqil qruplara daxil etmək olar.
Zülalların (xüsusən qlobulinlərin) əksəriyyətinin molekul strukturuna
aminturşu qalıqlarından başqa, prostetik qrup adlanan və strukturuna görə
aminturşulardan fərqlənən əlavə komponent də daxildir. Prostetik qruplar
zülalların öz spesifik bioloji funksiyalarını yerinə yetirməsində mühüm rol
oynayır. Zülalların prostetik qruplarının təbiətinə əsaslanan təsnifatı onların
funksiyalarının da asanlıqla dərk edilməsinə
imkan verdiyinə görə, biz tədris
prosesində bu təsnifata daha geniş yer ayırmağı məqsədəuyğun hesab edirik.
Bu baxımdan zülalları 2 böyük qrupa bölmək olar: 1) s a d ə z ü l a l l a r
–
hidroliz məhsulları yalnız aminturşulardan ibarət olan zülallardır; 2) m ü r ə k-
k ə b z ü l a l l a r
–
hidroliz məhsulları arasında həm aminturşular, həm də
aminturşu strukturu daşımayan birləşmələr olan zülallardır. Bu qrupların hər
biri yarımqruplara bölünür. Sadə zülalların yarımqruplara bölünməsində on-
ların müxtəlif həlledicilərə münasibəti əsas götürülür. Qeyd etmək lazımdır ki,
sadə zülalların təsnifatı çox əhəmiyyətli olmayan əlamətlərə əsaslandığına
görə, mükəmməllikdən uzaqdır; ətraflı tədqiqat zamanı
əvvəllər sadə zülallar
qrupuna daxil edilən bəzi zülalların (qan serumu qlobulinləri, yumurta albu-
mini, kollagen və s.) tərkibində qeyri-zülali komponent olduğu aşkar edilmiş-
dir. Buna baxmayaraq, sadə zülalların həllolma qabiliyyətinə əsaslanan təsnifa-
tından indiyə qədər istifadə edilir. Bu baxımdan sadə zülalların protaminlər,
histonlar, albuminlər, qlobulinlər, prolaminlər, qlütelinlər və digər növləri ayırd
edilir.
Mürəkkəb zülalların təsnifatında onların strukturuna daxil olan qeyri-zülal
komponentin kimyəvi tərkibi əsas götürülür. Bu baxımdan mürəkkəb zülalların
müxtəlif növləri n u k l e o p r o t e i n l ə r (nuklein turşusu ilə birləşmiş
zülallar), f o s f o p r o t e i n l ə r (prostetik qrupu fosfat turşusu qalıqlarından
ibarət olanlar), x r o m o p r o t e i n l ə r (tərkibinə piqment maddəsi daxil olan
zülallar), q l i k o p r o t e i n l ə r (karbohidrat qalıqları ilə birləşmiş zülallar),
l i p o p r o t e i n l ə r (tərkibində lipid olan zülallar) və m e t a l l ı p r o t e i n-
l ə r adlanan qruplara bölünür. Uzun müddət ərzində sadə zülalları p r o t e i n -
l ə r, mürəkkəb zülalları isə p r o t e i d l ə r adlandırırdılar; lakin son vaxtlarda
bütün zülalların adlarına “in” sonluğu əlavə
edilməsi daha məqsədəuyğun
hesab edilir. Çünki “proteid” termini əslində “zülalabənzər maddə” mənası
verir.
Orqanizmdə sadə və mürəkkəb zülallardan əlavə, strukturuna görə zülallara
bənzəyən, lakin onlardan tərkibindəki aminturşu qalıqlarının azlığına görə fərq-
lənən peptidlərə də rast gəlinir. Təbii peptidlərin bəzilərinin molekul zəncir-