Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə114/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   137
Biokimyanın əsasları I cild

 
4.8. ZÜLALLARIN TƏSNİFATI 
Zülalların struktur və funksiyaları hədsiz dərəcədə müxtəlif olduğuna görə, 
onların mükəmməl təsnifatını yaratmaq mümkün deyil. Adətən zülalların 
təsnifatında hər hansı bir əlamət (molekul strukturu, suda həllolma qabiliyyəti, 
bioloji funksiyaları və s.) ön plana çəkilir. Lakin belə təsnifatların hər birində 
digər əlamətlərə görə bir-birinə oxşar olan zülallar müxtəlif qruplara və ya bir-
birindən fərqli olan zülallar eyni qrupa düşür. Bu isə zülalların bütün 
xassələrinin həmin təsnifatlar üzrə izahatını çətinləşdirir. Zülalların struktur 
əlamətlərinə əsaslanan təsnifatdan nisbətən geniş istifadə edilir (cədvəl 4.11). 
Bu təsnifata görə, bütün zülalları 3 qrupa bölmək olar: 1) qlobulyar zülallar; 2) 
fibrillyar zülallar; 3) keçid formalar (cədvəl 4.11). 


166 
Cədvəl 4.11
Zülalların strukturlarına görə təsnifatı 
 
Zülal 
qrupu
 
Xassələri
 
Bioloji funksiyaları
 
Qlobulyar 
zülallar
Birincili 
strukturu 
daha 
böyük əhəmiyyət kəsb edir. 
Polipeptid zənciri kompakt 
kürəcik 
və 
ya 
ellips 
formasında olur. 
Suda həll olaraq, kolloid 
məhlul əmələ gətirir.
Ferment, 
antitel 
(qan 
serumu 
qlobulinləri), bəzi növləri isə hormon 
(məsələn, insulin) funksiyası daşıyır. 
Protoplazmada olan qlobulinlər burada 
suyun və bəzi başqa maddələrin 
saxlanmasına şərait yaradır.
Fibrillyar 
zülallar
İkincili strukturu böyük 
əhəmiyyətə 
malikdir 
(üçüncülü 
strukturu 
ya 
olmur, ya da zəif olur). 
Suda həll olmur. Mexaniki 
möhkəmliyinə 
görə 
fərqlənir. Paralel surətdə 
yerləşən uzun polipeptid 
zəncirləri 
köndələn 
istiqamətdə 
bir-birilə 
birləşib lifli və ya təbəqəli 
struktur əmələ gətirir.
Hüceyrələrdə və hüceyrəarası sahədə 
struktur funksiyasını yerinə yetirirlər
bu 
qrupa 
kollagen 
(vətərlərdə, 
hüceyrəarası 
sahədə, 
sümük 
toxumasında olur), miozin (əzələ 
zülallarının bir növü), fibroin (ipəkdə 
və hörümçək torunda olur), keratin 
(tüklərdə, buynuz və dırnaqlarda, quş 
lələklərində olur) aiddir. 
Keçid 
formalı 
zülallar
Fibrillyar struktura malik 
olsalar da, suda həll ola 
bilirlər.
Bu qrupa fibrinogeni misal göstərmək 
olar. Fibrinogen qanın laxtalanması 
zamanı həllolma qabiliyyətini itirib
fibrinə çevrilir.
Qlobulyar zülalların molekulları kürə və ya ellips şəklində olur. Təbiətdə 
rast gəlinən zülalların müxtəlif növlərinin öyrənilməyə başlandığı ilk vaxtlarda 
qlobulyar zülalları suda həllolma qabiliyyətlərinə görə qruplara bölməyə cəhd 
edirdilər. Müasir dövrdə belə təsnifat yalnız tarixi baxımdan maraq doğurur. 
Bu təsnifata görə, qlobulyar zülalların suda yaxşı həll olan növlərinə a l b u-
m i n l ə r, adi şəraitdə zəif həll olan, lakin xörək duzunun (NaCl) zəif 
məhlullarında asanlıqla həll olan növlərinə isə q l o b u l i n l ə r deyilir. Bu 
terminlərdən hazırda yalnız müəyyən bir zülal növünün adı kimi istifadə edilir. 
Fibrillyar zülallar qlobulyar zülallardan molekullarının uzunsov olmasına 
görə fərqlənir. Onların uzunluğu diametrinə nisbətən dəfələrlə artıq ola bilər. 
Bu qrupa əsasən birləşdirici toxumanın və əzələlərin struktur (plastik) zülalları, 
həmçinin dərinin, tüklərin və dırnaqların suda həll olmayan zülalları aiddir. Bu 
zülalların konkret növləri haqqında dərsliyin müvafiq bölmələrində məlumat 
verilir. 
Zülalların müxtəlif növlərinin bioloji funksiyalarına əsaslanan təsnifatı 
elmi cəhətdən müəyyən maraq doğurur. Lakin nəzərə almaq lazımdır ki, təbii 
zülalların saysız-hesabsız növlərindən olduqca az hissəsinin bioloji funksiyası 
öyrənilmişdir. Bu baxımdan yalnız zülalların bir qrupunu təşkil edən ferment-
lərin təsnifatını müəyyən dərəcədə mükəmməl hesab etmək olar. Ümumiyyətlə, 


167 
müxtəlif müəlliflərin təklif etdikləri təsnifatlarda zülallar funksional əlamət-
lərinə görə müxtəlif sayda qruplara bölünür. Bu isə həmin təsnifatların əhə-
miyyətini azaldır və onların öyrənilməsini çətinləşdirir (bax: cədvəl 4.1).
4.1-ci cədvəldən göründüyü kimi, funksional təsnifatda eyni xassəli zülal-
lar müxtəlif qruplara düşə bilər. Məsələn, ferment xassəsinə malik olan lizosim 
mühafizəedici funksiyaya malikdir, ilan zəhərinin tərkibində olan müxtəlif 
fermentlər isə toksinlər qrupuna daxil edilmişdir. Cədvəldə göstərmədiyimiz 
membran zülallarını, struktur genlərin fəaliyyətinin tənzimləyicilərini, ferment-
lərin inhibitorlarını və b. zülal təbiətli maddələri də funksional baxımdan 
müstəqil qruplara daxil etmək olar. 
Zülalların (xüsusən qlobulinlərin) əksəriyyətinin molekul strukturuna 
aminturşu qalıqlarından başqa, prostetik qrup adlanan və strukturuna görə 
aminturşulardan fərqlənən əlavə komponent də daxildir. Prostetik qruplar 
zülalların öz spesifik bioloji funksiyalarını yerinə yetirməsində mühüm rol 
oynayır. Zülalların prostetik qruplarının təbiətinə əsaslanan təsnifatı onların 
funksiyalarının da asanlıqla dərk edilməsinə imkan verdiyinə görə, biz tədris 
prosesində bu təsnifata daha geniş yer ayırmağı məqsədəuyğun hesab edirik. 
Bu baxımdan zülalları 2 böyük qrupa bölmək olar: 1) s a d ə z ü l a l l a r 

hidroliz məhsulları yalnız aminturşulardan ibarət olan zülallardır; 2) m ü r ə k- 
k ə b z ü l a l l a r 

hidroliz məhsulları arasında həm aminturşular, həm də 
aminturşu strukturu daşımayan birləşmələr olan zülallardır. Bu qrupların hər 
biri yarımqruplara bölünür. Sadə zülalların yarımqruplara bölünməsində on-
ların müxtəlif həlledicilərə münasibəti əsas götürülür. Qeyd etmək lazımdır ki, 
sadə zülalların təsnifatı çox əhəmiyyətli olmayan əlamətlərə əsaslandığına 
görə, mükəmməllikdən uzaqdır; ətraflı tədqiqat zamanı əvvəllər sadə zülallar 
qrupuna daxil edilən bəzi zülalların (qan serumu qlobulinləri, yumurta albu-
mini, kollagen və s.) tərkibində qeyri-zülali komponent olduğu aşkar edilmiş-
dir. Buna baxmayaraq, sadə zülalların həllolma qabiliyyətinə əsaslanan təsnifa-
tından indiyə qədər istifadə edilir. Bu baxımdan sadə zülalların protaminlər, 
histonlar, albuminlər, qlobulinlər, prolaminlər, qlütelinlər və digər növləri ayırd 
edilir.
Mürəkkəb zülalların təsnifatında onların strukturuna daxil olan qeyri-zülal 
komponentin kimyəvi tərkibi əsas götürülür. Bu baxımdan mürəkkəb zülalların 
müxtəlif növləri n u k l e o p r o t e i n l ə r (nuklein turşusu ilə birləşmiş 
zülallar), f o s f o p r o t e i n l ə r (prostetik qrupu fosfat turşusu qalıqlarından 
ibarət olanlar), x r o m o p r o t e i n l ə r (tərkibinə piqment maddəsi daxil olan 
zülallar), q l i k o p r o t e i n l ə r (karbohidrat qalıqları ilə birləşmiş zülallar),
l i p o p r o t e i n l ə r (tərkibində lipid olan zülallar) və m e t a l l ı p r o t e i n- 
l ə r adlanan qruplara bölünür. Uzun müddət ərzində sadə zülalları p r o t e i n -
l ə r, mürəkkəb zülalları isə p r o t e i d l ə r adlandırırdılar; lakin son vaxtlarda 
bütün zülalların adlarına “in” sonluğu əlavə edilməsi daha məqsədəuyğun 
hesab edilir. Çünki “proteid” termini əslində “zülalabənzər maddə” mənası 
verir.
Orqanizmdə sadə və mürəkkəb zülallardan əlavə, strukturuna görə zülallara 
bənzəyən, lakin onlardan tərkibindəki aminturşu qalıqlarının azlığına görə fərq-
lənən peptidlərə də rast gəlinir. Təbii peptidlərin bəzilərinin molekul zəncir-


168 
lərində zülalların tərkibində təsadüf edilməyən (qeyri-proteinogen) aminturşu 
qalıqları olur.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin