Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə122/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   137
Biokimyanın əsasları I cild

Proteinoidlər (skleroproteinlər)

istinad toxumalarının (sümük, qığır-
daq, vətər, bağ, dırnaq, tük və s.) zülallarıdır. Digər zülallardan suda həll 
olmadıqlarına görə fərqlənirlər. Bunların bütün növləri (kollagen, elastin, 
keratin, fibroin) fibrillyar zülallar qrupuna aiddir.
 
4.11. MÜRƏKKƏB ZÜLALLAR 
 
Molekuluna zülali hissədən başqa, qeyri-zülal komponenti də daxil olan 
birləşmələrə 
mürəkkəb zülallar
deyilir. Onların qeyri-zülali hissələrinə 
prostetik qrup
deyilir (yunanca: 
prostheto 

birləşdirmək, əlavə etmək). 
Mürəkkəb zülalın tərkibində prostetik qrup funksiyasını müxtəlif üzvi və 
mineral maddələr daşıya bilər. Bu zülalların təsnifatı prostetik qruplarının 
kimyəvi təbiətinə əsaslanır. Aşağıda mürəkkəb zülalların müxtəlif qruplarının 
kimyası və bioloji funksiyaları haqqında məlumat veririk. 
4.11.1. METALLI PROTEİNLƏR 
Metallı proteinlər molekul strukturuna müxtəlif metallar daxil olan 
mürəkkəb zülallardır. Bunların tərkibində metal ionları bilavasitə zülal 
molekulları ilə birləşmiş vəziyyətdə olur. Bu baxımdan metallı proteinlər 
tərkibində metal atomu ilə birləşmə şəklində prostetik qruplar olan mürəkkəb 
zülallardan (xromoproteinlər) fərqlənir. Metallı proteinlərin molekullarında 
metal atomları zülalın strukturunun tərkib hissəsini təşkil edir və onların 
ayrılması molekulun strukturunun pozulması ilə nəticələnir. 


175 
Metallı proteinlərin müxtəlif növlərinin tərkibində dəmir, mis, kalsium, 
maqnezium, kobalt, sink, molibden, qurğuşun və b. ionlar ola bilər.
Tərkibinə dəmir ionları daxil olan ferritin, transferrin və hemosiderin 
metallı proteinlərin ən tipik və nisbətən geniş yayılmış növləridir.
F e r r i t i n

ümumi kütləsinin 17-23%-i üçvalentli dəmir ionlarından 
ibarət olan irimolekullu zülaldır; molekul kütləsi 400 minə yaxındır. Bu zülalın 
tərkibində dəmir empirik kimyəvi düsturu (FeO
·
OH)
8
·
(FeO
·
O
·
PO
3
H
2
) olan 
kompleks birləşmə şəklindədir, burada O=Fe

OH. . .O=Fe

OH. . . strukturuna 
və tək-tək fosfat turşusu qalıqlarına malik olan qeyri-üzvi komponent 
apoferritin
adlanan zülali hissənin peptid qruplarındakı azot atomları ilə 
koordinasiya rabitəsində olur. Ferritin orqanizm üçün dəmir deposu funksiyası 
daşıyır və buna görə qaraciyərdə, dalaqda və sümük iliyində toplanır. 
Bağırsaqlardan dəmirin sorulması selikli qişa hüceyrələrində ferritinin sintezi 
ilə müşayiət edilir.
T r a n s f e r r i n 

suda yaxşı həll olan xırdamolekullu zülaldır (molekul 
kütləsi 90 minə yaxın, tərkibindəki dəmirin miqdarı 0,13%-dir). Hər transferrin 
molekulunda 2 ədəd üçvalentli dəmir atomu olur. Dəmir atomları transferrinin 
zülal hissəsinə (apotransferrinə) tirozin qalıqlarının hidroksil qrupları vasitəsilə 
birləşir. Transferrinə əsasən qan serumu zülallarının 

-qlobulinlər fraksiya-
sında rast gəlinir. Bu zülal dəmirin orqanizm daxilində bir orqandan digərinə 
daşınmasında iştirak edir.
H e m o s i d e r i n i n molekuluna dəmir atomlarından əlavə, nukleotidlər 
və karbohidratlar da daxildir. Bunların miqdarı hemosiderinin ümumi 
kütləsinin 25%-ə qədərini təşkil edir. Hemosiderin adətən qaraciyərin və 
dalağın mononuklear faqositlərində (retikulo-endotelial hüceyrələrdə) toplanır. 
Bu zülalın bioloji rolu kifayət qədər öyrənilməyib. Güman edilir ki, hemoside- 
rin ferritin kimi, orqanizmin dəmir ehtiyatının saxlanmasına xidmət edir.
Metallı proteinlərin böyük bir qrupunu tərkibinə metal atomları daxil olan 
fermentlər təşkil edir. Məsələn, karboanhidraza və alkoholdehidrogenaza fer-
mentlərinin tərkibinə sink, seruloplazminin (dəmirin ikivalentli ionlarını 
üçvalentliyə və əksinə çevirən ferment) tərkibinə mis, amilazanın tərkibinə 
kalsium, ksantinoksidazanın tərkibinə molibden ionları daxildir. 
Bəzi fermentlərin tərkibində müxtəlif metal ionları ola bilər. Məsələn, 
superoksiddismutaza fermentinin tərkibində eyni zamanda mis, kobalt və sink 
atomları olur, sitoxromoksidaza və fenilalaninhidroksilaza molekullarına isə 
dəmir və mis atomları daxildir. Aşağıtəkamüllü heyvanların orqanizmində 
oksigenin nəql edilməsində iştirak edən (hemoqlobin funksiyasını yerinə 
yetirən) metallı proteinlər aşkar edilmişdir. Bunlara hemosianin, hemeritrin və 
hemovanadin aiddir. H e m o s i a n i n (yunanca: 
haima

qan + 
kyanos

mavi) 

mollyuksların qanında olan mavi rəngli piqment zülalıdır. Bu zülalın 
submolekulyar vahidləri ilə birləşmiş vəziyyətdə olan mis ionları oksigen 
akseptoru funksiyası daşıyır. H e m e r i t r i n 

qurdlarda təsadüf edilən 
dəmirli proteindir. Bu zülalın molekulu hər biri 1 ədəd dəmir ionu ilə birləşən 8 
submolekulyar struktur vahidindən ibarətdir. Oksigenin 1 molekulu bu zülalın 
tərkibində olan 2 dəmir ionu ilə birləşir. Bəzi dəniz heyvanlarının orqa-
nizmində oksigendaşıyıcı funksiyasını yerinə yetirən h e m o v a n a d i n
 


176 
indiyə qədər məlum olan yeganə vanadiumlu zülaldır. Hemovanadinin 
molekulu 1 ədəd vanadiumla birləşmiş yeganə polipeptid zəncirindən ibarətdir. 
Hər vanadium atomu özünə 1 molekul oksigen birləşdirə bilir.
Prostetik qrupuna qeyri-metallar (flüor, brom, selen və s.) daxil olan 
mürəkkəb zülallar da aşkar edilmişdir. Bunlara sinir toxumasının bromlu 
zülallarını və əzələlərdə müşahidə edilən selenli zülalları (selenproteinlər) 
misal göstərmək olar. Görünür, bunları 
metalloidli proteinlər
adlandırmaq daha 
məqsədəuyğundur. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin