Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə118/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   137
Biokimyanın əsasları I cild

4.10. SADƏ ZÜLALLAR (PROTEİNLƏR) 
 
Sadə zülalların təsnifatı onların həllolma qabiliyyətinə əsaslanır. Məhz 
həllolma qabiliyyətindəki fərqlərə görə, bu zülalların albuminlər, qlobulinlər, 
prolaminlər, qlütelinlər, histonlar, protaminlər, proteinoidlər (skleroproteinlər) 
adlanan qrupları ayırd edilir (cədvəl 4.12).
 
Cədvəl 4.12 
Sadə zülalların həllolma qabiliyyətinə əsaslanan təsnifatı 
 
Zülalın növü
 
Əsas əlamətləri
 
Albuminlər
Suda və duz məhlullarında həll olurlar. Aminturşu qalıqlarının 
növlərinə görə fərqləndirici əlamətləri yoxdur.
Qlobulinlər
Suda zəif, duzların duru məhlullarında yaxşı həll olurlar. 
Aminturşu qalıqlarının növlərinə görə fərqləndirici əlamətləri 
yoxdur.
Prolaminlər
70-80%-li etil spirtində həll olurlar, suda və mütləq spirtdə isə 
həll olmurlar. Prolin və qlutamin qalıqları ilə zəngindirlər.
Qlütelinlər
Qələvilərin duru məhlullarında (0,2-2%-li NaOH) yaxşı həll 
olurlar. Hidroliz məhlulları arasında qlutamin turşusunun 
miqdarı xüsusilə çox olur.
Histonlar
Zəif turşuların məhlullarında və duzların duru məhlullarında 
yaxşı həll olurlar, ammonyakın və spirtin təsirindən çökürlər. 
Hidroliz məhsulları arasında 20-30% diaminmonokarbon 
turşuları olur, triptofan isə olmur.
Protaminlər
Turşu məhlullarında asanlıqla həll olurlar. Hidroliz məhsulları 
arasında 80%-ə qədər diaminmonokarbon turşuları (xüsusən 
arginin) olur, triptofan, sistein və asparagin turşuları isə olmur.
Proteinoidlər 
(skleropro 
teinlər)
Suda və duz məhlullarında həll olmurlar. Polipeptid 
zəncirlərində qlisin, alanin və prolin qalıqlarının miqdarı 
xüsusilə çox olur. 
Adı çəkilən zülal qrupları arasında ciddi sərhəd yoxdur. Məsələn, albumin 
və qlobulinləri bir-birindən fərqləndirmək olduqca çətindir. Bu baxımdan on-


172 
ların həllolma qabiliyyətinə görə albuminlərə bənzəyən növlərini 
psev-
doqlobulinlər
, bu baxımdan albuminlərdən kəskin surətdə fərqlənən növlərini 
isə 

euqlobulinlər
adlandırırlar. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin