4.11.4. LİPOPROTEİNLƏR VƏ PROTEOLİPİDLƏR
Zülallarla yağabənzər maddələrin kompleks birləşmələri l i p o p r o t e i n-
l ə r adlanır. Bunlar şərti olaraq 2 qrupa bölünür: 1) sərbəst lipoproteinlər və
2) struktur proteolipidləri.
S ə r b ə s t l i p o p r o t e i n l ə r (qan plazması lipoproteinləri, süd
lipoproteinləri və s.) həlledicilərə münasibətlərinə görə, adi lipidlərdən
fərqlənir. Bunlar suda həll olur, üzvi həlledicilərdə (benzol, efir, xloroform və
s.) həll olmur. Lipoprotein molekulunda kompleks birləşmənin daxilində lipid,
xarici təbəqəsində isə zülal yerləşir. Bunlardan fərqli olan p r o t e o l i p i d
molekulları zülal tərkibli nüvəni əhatə edib, onunla kompleks birləşmə əmələ
gətirən lipidlərdən ibarətdir. Buna görə proteolipidlər üzvi həlledicilərdə yaxşı
həll olur, suda isə həll olmur. Proteolipidlər hüceyrə membranlarında beyin
toxumasında, yumurta sarısında, bitkilərdə geniş yayılmışdır.
Lipoproteinlər zəif, davamsız birləşmələrdir. Asanlıqla parçalandıqlarına
görə, onların molekullarında lipidlərlə zülallar arasındakı birləşmələrin
xarakterini aydınlaşdırmaq olduqca çətindir. Belə mülahizələr vardır ki, lipid-
zülal komplekslərinin əmələ gəlməsində əsasən qeyri-kovalent rabitə növləri
iştirak edir; bu birləşmələrin möhkəmliyi lipid komponentinin tərkibində olan
ion qruplarından da asılıdır. Neytral lipidlərdən (triasilqliserinlər) fərqli olaraq,
fosfolipidlər zülal molekulu ilə ion rabitəsi sayəsində də birləşə bilir. Bundan
əlavə, lipid komponentinin qeyri-polyar qrupları ilə zülal molekulları arasında
hidrofob xassəli rabitələr də olur. Beləliklə, zülallarla lipidlər arasındakı rabitə-
lər müxtəlif xarakterli olduğuna görə, lipid-protein komplekslərinin möhkəm-
liyi bir-birindən fərqlənir.
Qanda olan lipoproteinlərin əksəriyyəti ya bağırsaqların selikli qişasının
epitel hüceyrələrində, ya da qaraciyərdə sintez edilir. Onların molekulları
hidrofob lipid nüvəciyini əhatə edən polyar xassəli lipidlərdən və xarici örtüyü
təşkil edən zülallardan ibarətdir. Lipoproteinlərin zülal hissəsinə apolipoprotein
deyilir. Apolipoproteinlərin 8 tipi aşkar edilmişdir: A-I, A-II, B, C-I, C-II, C-
III, D və E tipli apolipoproteinlər. Bunların bir qrupunun tərkibində karbohidrat
komponentləri də olur. Buna görə bəzi lipoproteinlər eyni zamanda qliko-
protein xarakterli zülallardır.
İnsanın qan plazmasında lipoproteinlərin ümumi qatılığı 7-11 q/l-dir.
Lipoproteinlərin müxtəlif fraksiyalarının sıxlığı (xüsusi çəkisi) 0,92 q/sm
3
ilə
1,21 q/sm
3
arasında olur. Onların müxtəlif fraksiyalarının sıxlıqları arasındakı
fərqlər əsasən lipid komponentinin xarakteri ilə əlaqədardır. Ultrasentrifuqa-
182
laşdırma zamanı lipoproteinlərin müxtəlif fraksiyaları bir-birindən ayrılır; bu
zaman hər bir fraksiyada bir-birinə oxşar olan lipoprotein molekulları toplanır
(qarışıqda olan bir maddə növünün bir yerə toplaşması flotasiya
–
zənginləşmə
adlanır). Lipoproteinlərin flotasiyasının sürəti onların molekullarında olan
lipidlərin ölçülərindən asılıdır. Flotasiyanın sürəti ilə lipoproteinlərin elektrofo-
rez zamanı ayrılma sürəti (mütəhərrikliyi) arasında uyğunluq vardır. Bu gös-
təricilərdən asılı olaraq, qan lipoproteinlərinin aşağıdakı fraksiyaları ayırd
edilir:
1. X i l o m i k r o n l a r
–
ən aşağı sıxlıqlı zülal-lipid kompleksləridir
(xüsusi sıxlığı 0,96 q/sm
3
və daha az). Bunların ümumi kütləsinin 98%-ə qədəri
lipidlərdən ibarətdir. Beləliklə, xilomikronlar zərif zülal təbəqəsinin köməyi ilə
nisbi sabitlik əldə etmiş lipid damlacıqlarıdır. Burada lipidlərin əksəriyyəti
(80%-ə qədər) triasilqliserinlərdən ibarət olur;
2. P r e-
-l i p o p r o t e i n l ə r
–
sıxlığı xilomikronlara nisbətən yüksək,
lipoproteinlərin əksəriyyətinə nisbətən aşağı olur (0,096-1,006). Bunlara
çox
aşağı sıxlıqlı
lipoproteinlər
–
(ÇAS-LP) deyilir; ümumi kütləsinin 80-90%-i
lipidlərdən (əsasən triqliserinlər, az miqdarda fosfolipidlər, xolesterin və onun
efirləri) ibarət olur;
3.
-L i p o p r o t e i n l ə r
–
bunlara
aşağı sıxlıqlı lipoproteinlər
(AS-LP)
də deyilir; sıxlığı 1,006-dan 1,063-ə qədər olur; ümumi kütləsinin 70%-ə
qədərini lipidlər (əsasən xolesterin və xolesteridlər, bundan bir qədər az
–
fosfolipidlər, ən aşağı səviyyədə isə triasilqliserinlər) təşkil edir.
4.
-L i p o p r o t e i n l ə r
–
yüksək sıxlıqlı
(1,063-1,210)
lipoproteinlərdir
(YS-LP); tərkibindəki lipid komponenti ümumi kütlənin 50-
60%-ni təşkil edir və bunlar arasında fosfolipidlərin payı daha artıqdır. Son
vaxtlar
-lipoproteinlərin 2 yarımfraksiyası (
1
və
2
) ayırd edilir. Bunlardan
birincisi
yüksək sıxlıqlı lipoproteinlər
(YS-LP), ikincisi isə
çox yüksək sıxlıqlı
lipoproteinlər
(ÇYS-LP) adlanır.
Lipoproteinlərin təsnifatı şərtidir. Çünki onların tərkibi və sıxlığı lipidlərin
toxumalara nəql olunması zamanı dəyişikliyə uğrayır.
Qan plazmasının lipoproteinləri kürəşəkilli hissəciklərdir. Onların sıxlığı
artdıqca, diametri kiçilir: hissəciklərin nüvəsini qeyri-polyar lipidlər (triasil-
qliserinlər, xolesterin efirləri) təşkil edir; nüvəcik tərkibinə fosfolipidlər, zülal
və sərbəst xolesterin daxil olan qişa ilə əhatələnmiş olur.
4.13-cü cədvəldə qan plazması lipidlərinin xassələrini əks etdirən bəzi
əlamətlər haqqında məlumat verilmişdir. Qanda lipoproteinlərin müxtəlif növ-
ləri arasındakı normal nisbətin dəyişməsi ateroskleroz xəstəliyinin inkişafına
səbəb olan əsas amillərdən biridir.
Qanda aşağı və çox aşağı sıxlıqlı lipoproteinlərin (
- və pre-
-lipopro-
teinlər) artması nəticəsində ateroskleroz törənə bilər. Buna görə lipopro-
teinlərin adı çəkilən fraksiyalarına
aterogen lipoproteinlər
deyilir.
|