177
Fosfoproteinlər hüceyrələrdə fosforsuz şəkildə sintez edilir və yalnız
translyasiya prosesindən sonrakı dövrdə fosforlaşırlar. Bu proses spesifik
proteinkinaza fermentlərinin təsiri nəticəsində baş verir. Spesifik proteinkina-
zaların və proteinfosfatazaların təsiri altında keçən fosforlaşma və defosfor-
laşma reaksiyalarının orqanizmdə fosfoproteinlərin miqdarının tənzim edilmə-
sində mühüm rolu vardır. Çünki zülalların tərkibində olan fosfat turşusu qalıq-
ları hüceyrələrin bir sıra mühüm bioloji funksiyalarının
həyata keçirilməsində
iştirak edir. Maddələr mübadiləsində bir sıra mühüm mərhələləri kataliz edən
bəzi fermentlər də fosforlu və fosforsuz formada olur (fosforilaza, qlikogen-
sintaza və s.). Bu fermentlərin fəallığı fosforlaşma və defosforlaşma yolu ilə
tənzim edilir. Bu fermentlər sabit strukturlu fosfoproteinlərdən fosforlaşma
prosesinin müvəqqəti (tənzimlənən) xarakterinə görə fərqlənir.
Dostları ilə paylaş: