174
diprotaminlərdə ya argininlə lizin, ya da argininlə histidin olur; triprotaminlərin
tərkibinə isə qələvi aminturşuların hər üçü (arginin, histidin, lizin) daxildir.
Müasir təsəvvürlərə görə, protaminlər
zülallar qrupuna deyil, peptidlər
qrupuna daxil edilməlidir. Çünki, onların molekul kütləsi 5000-dən artıq olmur.
Müxtəlif balıqlardan alınan protaminlərə həmin balıqların latınca adlarına
müvafiq gələn adlar verilmişdir. Məsələn, lasos balığının protaminləri
–
salmin
, skumbriya balığının protaminləri
–
skumbrin
, siyənək balığının
protaminləri
–
klupein
adlanır. Salminin molekul
zəncirində olan aminturşu
qalıqlarının 85%-i arginindən ibarətdir. Klupeinin birincili strukturu tam
öyrənilmişdir. Bu polipeptidin tərkibində 30 aminturşu qalığı (o cümlədən 21
arginin qalığı) olur. Ümumiyyətlə, müxtəlif mənbələrdən alınan protaminlərin
tərkibində 60%-dən 85%-ə qədər arginin ola bilər.
Protaminlərin tərkibində sistein, triptofan və asparagin aminturşuları
olmur, aromatik aminturşular (fenilalanin, tirozin) isə onların
müxtəlif
növlərindən yalnız bir hissəsində olur. Buna görə, protaminlər zülallara aid
olan bəzi rəngdəyişmə reaksiyaları vermirlər.
Protaminlər suda yaxşı
həll olur, qələvilərin təsirindən isə çökürlər.
Onların izoelektrik nöqtələri pH-ın 10,0-12,5 qiymətlərinə müvafiq gəlir. Bu
polipeptidlər nuklein turşuları və zülallarla asanlıqla birləşib, hidrolitik
fermentlərin təsirinə qarşı davamlı olan komplekslər əmələ gətirir.
Bundan
uzun müddət təsir göstərən dərman preparatları hazırlamaq məqsədilə istifadə
edilir (məsələn, protamin-sink-insulin).
Dostları ilə paylaş: