Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə113/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   137
Biokimyanın əsasları I cild

4.
 
Millon reaksiyası. 
Bu,
 
tirozin molekulunun fenol qalığı üçün spesifik 
olan reaksiyadır: zülal məhluluna Millon reaktivi (civənin bir və ikivalentli 
nitrit və nitrat duzlarının nitrat turşusu məhlulu ilə qarışığı) əlavə edilərək, 
qızdırıldıqda məhlul qırmızı-kərpici rəng alır. 
5.
Hopkins-Adamkeviç reaksiyası.
Bu reaksiya mürəkkəb maddələrin 
tərkibində indol qrupunun olmasından asılıdır və buna görə tərkibində triptofan 
qalığı olan zülallar üçün spesifikdir. Reaksiyanı aparmaq üçün zülal məhlulunu 
qlioksil turşusu ilə qarışdırıb, üzərinə ehtiyatla (laylaşdırma üsulu ilə) qatı 
sulfat turşusu əlavə edirlər. Bu zaman sulfat turşusu nazik təbəqə şəklində 
birinci məhlulun səthində qalır. Məhlulda zülal olduqda iki təbəqə arasında 
bənövşəyi zolaq görünür. Tərkibində tirozin və triptofan olmayan zülallar 
(məsələn, jelatin) Millon və Hopkins-Adamkeviç reaksiyaları vermir.
Klinik və analitik laboratoriyalarda zülalları təyin etmək üçün bəzi 
çökdürmə reaksiyalarından
da istifadə edilir. Zülalları qızdırmaqla və ya spirt
-
dən, ağır metal duzlarından və hiqroskopik maddələrdən istifadə etməklə çök-
dürmək olar. Spirt prolaminlər (bitki zülalı) müstəsna olmaqla, bütün zülalları 
koaqulyasiyaya uğradır. Bu xassəsinə görə, spirtdən dezinfeksiyaedici kimi 
istifadə edirlər (spirt mikroorqanizmlərin zülallarını denaturasiyaya uğrat-
maqla, onlara məhvedici təsir göstərir). Dərini sterilləşdirmək üçün spirtin 
70%-li məhlulundan istifadə etmək məsləhət görülür. Çünki, duru spirt məh-
lullarının çökdürücü xassəsi zəif olur, qatı məhlullar isə dərinin dərin qatlarına 
daxil ola bilmir.
Klinik laboratoriyalarda sidikdə zülalın olduğunu aşkarlamaq üçün çox 
vaxt 
sulfosalisil 
və 
nitrat
turşularının çökdürücü təsirindən istifadə edilir. 
Ağır metalların (civə, gümüş, qurğuşun və s.) duzları da zülallara çökdü-
rücü təsir göstərir. Bu duzların həzm sisteminə düşməsi zəhərlənmə ilə nəticə-
lənir. Belə zəhərlənmələrin müalicəsində çökdürmə reaksiyalarının əhəmiyyəti 
böyükdür. Bu zaman xəstəyə zülalla zəngin olan süd, qatıq, yumurta ağı kimi 
maddələr içirildikdə zəhərli maddələrin mədədə qalan hissəsi zülallarla birlə-
şərək, çöküntü əmələ gətirir. Bundan sonra zəhərlənmiş şəxsin mədəsini 
yumaqla, ağır metal ionlarının sorulmasının qarşısını alırlar.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin