Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


 ZÜLALLARIN RƏNGDƏYİŞMƏ VƏ ÇÖKDÜRMƏ REAKSİYALARI



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə112/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   137
Biokimyanın əsasları I cild

4.7.7. ZÜLALLARIN RƏNGDƏYİŞMƏ VƏ ÇÖKDÜRMƏ REAKSİYALARI 
Zülalların kimyəvi xassələrini xarakterizə edən bir sıra reaksiyalar məh-
lulun rənginin dəyişməsi ilə və ya reaksiya məhsulunun çöküntüyə keçməsi ilə 
nəticələnir. Belə reaksiyalardan bioloji materialda (məsələn, sidikdə) zülalın 
olub-olmadığını müəyyənləşdirmək məqsədilə istifadə edilir. Haqqında bəhs 
edilən reaksiyaların əksəriyyəti aminturşular üçün də səciyyəvidir, onların bir 
hissəsindən isə zülal molekullarının uc tərəfində yerləşən aminturşuları 
müəyyənləşdirmək üçün istifadə edilir. Onlar haqqında “Aminturşuların kim-
yəvi xassələri” və “Zülal molekulunda aminturşu ardıcıllığının müəyyənləş-
dirilməsi” bəhslərində ətraflı məlumat verilmişdir. Buna görə, həmin reaksiya-
ların zülalların vəsfi analizi zamanı istifadə edilən növlərini qısa şəkildə şərh 
edirik.
 
1.
Biuret reaksiyası (Piotrovski reaksiyası).
Bu reaksiyanı tərkibində 
peptid rabitəsi olan bütün maddələrlə aparmaq mümkündür. Zülallar da 
molekul zəncirlərində olan peptid (

CO

NH

) rabitələri sayəsində biuret 
reaksiyasına girə bilir. Yəni qələvi mühitdə hazırlanmış zülal məhluluna bir 
neçə damcı CuSO
4
məhlulu əlavə edildikdə bənövşəyi və ya qırmızı-bənövşəyi 
rəng alınır. 
2.
Ninhidrin reaksiyası (Ruemann reaksiyası).
Ninhidrinin sərbəst 
aminturşularla və zülallarla reaksiyası zamanı məhlul göy rəngə boyanır. Bu 
reaksiya bütün zülallarla və tərkibində ən azı 1 aminturşu qalığı və 1 karboksil 
qrupu olan bütün birləşmələrlə müsbət nəticə verir. Beləliklə, ninhidrin və 
biuret reaksiyaları təkcə zülallar üçün spesifik olan reaksiyalar deyil. 
3. Ksantoprotein reaksiyası.
Bu reaksiya zülalların tərkibində olan 
(aromatik aminturşu) tirozin, fenilalanin və triptofan qalıqlarının xassələri ilə 
əlaqədardır: zülal məhlulu qatı nitrat turşusu ilə qarışdırıldıqda çöküntü əmələ 
gəlir; bu çöküntü qızdırıldıqda yenidən həll olur və məhlul sarı rəngə boyanır. 
Məhlula qələvi əlavə edildikdə sarı rəng narıncı rənglə əvəz olunur. Reaksiya 
zamanı yuxarıda adı çəkilən tsiklik aminturşu qalıqları aromatik nitrobir-


165 
ləşmələrə çevrilir. Üzərinə nitrat turşusu tökülmüş dəridə də sarı ləkələrin 
əmələ gəlməsi ksantoprotein reaksiyası ilə əlaqədardır.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin