162
asılıdır: amfoter elektrolit olan zülal hissəcikləri turş mühitdə katoda, qələvi
mühitdə isə anoda doğru hərəkət edir.
Zülal molekulunda mənfi və müsbət yüklənmiş hissəciklərin sayı bir-birinə
bərabər olduqda (yəni zülalın elektroneytral vəziyyətində)
onun elektrik
sahəsindəki hərəkəti dayanır. Bütün amfoter birləşmələr kimi, zülal
hissəciklərinin də elektroneytral vəziyyəti mühitin pH-nın
səviyyəsindən
asılıdır; pH-ın müəyyən bir qiymətində zülal molekulunda olan mənfi və
müsbət hissəciklərin sayı bir-birinə bərabərləşir, yəni zülalın izoelektrik
səviyyəsinə müvafiq gələn pH-ın qiyməti həmin zülalda olan sərbəst amin və
karboksil qruplarının sayından asılıdır.
İzoelektrik sahəsində zülal hissəciklərinin hərəkətinin dayanmasına şərait
yaradan mühitin pH-ı izoelektrik nöqtəsi adlanır.
Yuxarıdakı izahatdan aydın olur ki, sərbəst karboksil və amin qruplarının
sayı bərabər olan zülalların izoelektrik nöqtəsi neytral mühitə (pH=7,0) uyğun
gəlməlidir. Suda həll olan zülalların əksəriyyətinin izoelektrik nöqtəsi zəif turş
mühitin pH-na (pH=4-6,9) müvafiqdir (cədvəl 4.10).
Lakin bəzi zülallar
müstəsnalıq təşkil edir. Məsələn, pepsinin izoelektrik nöqtəsi pH=1,0-dir.
Lizosim, ximotripsin, sitoxrom C, ribonukleaza və protaminin izoelektrik
nöqtəsi isə qələvi mühitə müvafiqdir.
Dostları ilə paylaş: