Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə109/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   137
Biokimyanın əsasları I cild

4.7.4. ZÜLALLARIN OPTİK XASSƏLƏRİ 
Zülallar 

optik-fəal maddələrdir. Bu xassə həm zülalların tərkibində olan 
aminturşu qalıqlarından, həm də polipeptid zəncirlərinin spesifik spiralabənzər 
strukturundan asılıdır. Kimyəvi cəhətdən təmiz halda olan bütün zülallar 
polyarizasiya müstəvisini müəyyən dərəcədə sola fırladır. Zülalların optik 
fəallığı mühitin pH-dan asılı olaraq dəyişir; lakin izoelektrik nöqtəsində hər bir 
zülal növünün optik fəallığı sabit kəmiyyətdir. Hidrogen rabitələri pozulduqda 
(məsələn, denaturasiya zamanı) zülalların optik fəallığı kəskin dəyişikliyə 
uğrayır.
Zülal məhlulları 
opalessensiyaedici 
xassəyə malikdir. Yəni bu məhlullara 
bir tərəfdən işıq şüası düşdükdə məhlulun içərisində konus və ya zolaqşəkilli 
işıqlanan sahə görünür. 
Tindal effekti
adlanan bu əlamət zülalların qatı məhlul-
ları üçün səciyyəvidir. Tindal hadisəsinin mexanizmi belə izah edilir: zülal 
molekullarının ölçüləri işıq şüalarının dalğa uzunluğundan artıq olduğuna görə, 
onlar, kiçik güzgülər kimi, işıq şüalarını müxtəlif istiqamətlərdə səpələyirlər. 
Bunun sayəsində məhlulun içərisində işığın keçdiyi yol görünür. Məhlulda olan 
zülalların işıq şüalarını səpələməsindən onların miqdarını müəyyənləşdirmək 
məqsədilə istifadə edilir. Bu prinsipə əsaslanan miqdari analiz metodu 
nefelometriya
adlanır: məhlulun işıq şüalarını nə dərəcədə səpələdiyini xüsusi 
cihaz (nefelometr) vasitəsilə ölçüb, alınan nəticəni standart məhlulun nefelo-
metrik göstəricisi ilə müqayisə edirlər. 
Bütün zülallar spektrofotometriya zamanı ultrabənövşəyi şüaların dalğa 
uzunluğunun 3 zonasına uyğun gələn dalğaları udur. Uzunluğu 250 nm-dən 
280 nm-ə qədər olan şüaların udulması zülalların tərkibində olan aromatik 
aminturşularla (fenilalanin, tirozin, triptofan) əlaqədardır. Zülalların tərkibində 
aromatik aminturşu qalıqlarından əlavə, atsiklik aminturşu qalıqlarının, hidro
-
gen rabitələrinin və 

-spiral strukturlarının olması sayəsində, 210-250 nm 
uzunluqlu dalğalar udulur; 190 nm-ə yaxın zonada dalğaların udulması isə 
əsasən zülallarda olan peptid rabitələri ilə əlaqədardır. Sonuncu zonada şüaların 
udulma intensivliyi 

-spiralların miqdarından asılı olaraq dəyişikliyə uğrayır.
Zülalların miqdari analizi üçün istifadə edilən spektrofotometriya metodu 
onların ultrabənövşəyi şüalara göstərdiyi uducu təsirə əsaslanır. Bu tədqiqat 
zamanı uzunluğu 280 nm olan işıq dalğalarının udulma intensivliyi ölçülür və 


161 
alınan nəticəyə görə, məhlulda zülalın miqdarı haqqında nəticə çıxarılır. Lakin 
bu üsulun dəqiqlik səviyyəsi o qədər də yüksək deyil. Çünki ultrabənövşəyi 
şüaları əsasən triptofan və tirozin qalıqları udur; onların miqdarı isə müxtəlif 
zülalların tərkibində böyük hüdudda fərqli ola bilər. Zülalları spektrofotomet-
riya üsulu ilə tədqiq edərkən spektrofotometrin 280 nm-lik zonasında 1 optik 
sıxlıq vahidi (küvetin qalınlığı 1 sm olan şəraitdə) şərti olaraq 1mq/ml zülala 
ekvivalent hesab edilir. Bu metod tam dəqiq olmasa da, müasir dövrdə geniş 
tətbiq edilir. Çünki, spektrofotometriya kifayət qədər sadə tədqiqat üsuludur
olduqca az vaxt tələb edir və bu üsulla aparılan tədqiqat zamanı bioloji material 
dəyişikliyə uğramadığına görə, ondan başqa analizlər üçün də istifadə etmək 
mümkündür.
Zülal məhlulları həm də flüoressensiyaedici xassəyə malikdir. Yəni onlar 
elektronların həyəcanlanmış vəziyyətdən adi vəziyyətə keçməsi zamanı kvant 
şüaları buraxır. Zülalların bu xassəsindən flüoressent spektroskopiya üsulunda 
istifadə edilir. Flüoressensiya spektri həmişə yerini uzundalğalı şüaların 
udulma spektrinə nisbətən dəyişmiş vəziyyətdə olur. Çünki, elektronlar 
həyəcanlanmış vəziyyətdən adi vəziyyətə keçərkən molekullar enerji itirir. 
Zülalların flüoressensiyası əsasən triptofan, tirozin və fenilalanin qalıqlarının 
xassələri ilə əlaqədardır. Lakin mürəkkəb zülalların tərkibində başqa 
flüoressensiyaedici maddələr də ola bilər.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin