170
qrupu iştirak edir.
HOOC
−
CH
−
CH
2
−
CH
2
−
CO
−
NH
−
CH
−
CO
−
NH
−
CH
−
COOH
NH
2
CH
2
-SH
Qlutation (SH-qlutation, reduksiyaya uğramış forma)
Eritrositlərdə, qaraciyərdə, böyrəküstü vəzilərdə başqa toxumalara nisbətən
çox qlutation olur. Toxumalarda qlutationun həm reduksiyaya uğramış (SH-
qlutation), həm də oksidləşmiş (S-S-qlutation) formalarına təsadüf edilir.
Oksidləşmiş qlutationa 2 ədəd reduksiyaya uğramış qlutation molekulunun
disulfid körpücüyü vasitəsilə birləşmiş törəməsi kimi baxmaq olar.
Qlutation bəzi fermentlərin tərkibində hidrogen atomlarının ötürücüsü
funksiyasını daşıyır. Bundan əlavə, qlutation zülalların sulfhidril və disulfid
qruplarına təsir göstərən ağır metal ionları ilə kompleks birləşmə əmələ
gətirərək, onları zərərsizləşdirir. Qlutation heyvan və insan eritrositlərində
autooksidləşmə prosesləri nəticəsində əmələ gələn hidrogen-peroksidin (H
2
O
2
)
və lipid peroksidləşməsi məhsullarının zərərsizləşdirilməsində iştirak edir.
Tərkibinə qlutation daxil olan fermentlərin (qlutation-peroksidaza, qlutation-S-
transferaza) fəallığı sayəsində hüceyrə daxilində
toplanan hidrofob xassəli
maddələr suda yaxşı həll ola bilən birləşmələrə çevrilir və böyrəklər vasitəsilə
orqanizmdən xaric edilir. Beləliklə, qlutation orqanizmin fermentativ
detoksikasiya proseslərində iştirak edir.
Əzələ toxumasında karnozin və anserin adlanan dipeptidlər geniş
yayılmışdır. Onların hər ikisinin tərkibində zülallarda
təsadüf edilməyən
-
alanin aminturşusu qalığı olur.
Karnozin
-alaninin histidinlə
-karboksil
qrupu vasitəsilə birləşməsinin məhsuludur,
anserini
isə karnozinin metilləşmiş
törəməsi hesab etmək olar.
karnozin (
-alanilhistidin) anserin (N-metil-karnozin, (
-alanil-
N-metilhistidin)
Karnozin məməlilərin, anserin isə balıq və quşların əzələlərində olur.
İnsanın skelet əzələlərində yaş toxuma kütləsinin 100 mq%-i qədər karnozin
aşkar edilir. Miokardda və saya əzələ liflərində isə onun yalnız izləri olur.
Karnozin və anserinin bioloji rolu tam aydınlaşdırılmayıb. Bəzi tədqiqatların
nəticələrinə görə, onlar kreatinlə birlikdə fosforlu
birləşmələrin orqanizmin
enerji balansının təmin olunmasında iştirakına şərait yaradırlar. Əzələ toxu-
Глутамин туршусу галыьы
Систеин галыьы
Глисин галыьы
171
masının mitoxondrilərini karnozin və anserin olan məhlulda saxladıqda onlarda
oksidləşmə və fosforlaşma prosesləri arasındakı mütənasiblik sabit qalır.
Karnozin və anserin əzələlərin fiziki yorğunluqla əlaqədar olan vəziyyətinin
aradan qalxmasını sürətləndirir. Görünür bu, adı çəkilən
dipeptidlərin bioloji
oksidləşmə prosesinə təsiri ilə əlaqədardır.
Haqqında məlumat verdiyimiz peptidlərdən başqa, orqanizmdə tsiklik
strukturlu peptidlərə də rast gəlmək mümkündür. Hipofizin arxa payının
hormonları
–
vazopressin
və
oksitosin
bunlara misal ola bilər.
Təbii peptidlərin böyük bir qrupunu təbabətdə müalicə vasitəsi kimi tətbiq
edilən antibiotiklər təşkil edir. Hazırda məlum olan antibiotiklərin 100-ə qədəri
(o cümlədən, penisillin, sefamezin, qramisidin C və b.)
peptid strukturuna
malikdir. Zəhərli göbələklərin toksinləri arasında da peptid strukturlu birləş-
mələr geniş yayılmışdır (amanitinlər, filloidin, muskarin).
Dostları ilə paylaş: