180
proteoqlikanlar yerinə yetirir. Onurğalı heyvanların və insanın birləşdirici
toxumasının ara maddəsini təşkil edən proteoqlikanlar bu toxumaların struk-
turunun formalaşmasında mühüm rol oynayır. Bundan əlavə, dəridə, sümük-
lərdə, oynaq kisələrinin sinovial mayesində, gözün buynuz qişasında və şüşə-
yəbənzər cismində, vətərlərdə, bağlarda, ürək qapaqlarında
və digər toxu-
malarda olan proteoqlikanların da bu toxumaların strukturunun təşkilində və
mexaniki möhkəmliyinin təmin edilməsində böyük əhəmiyyəti vardır. Onlar
həmin toxumalara elastiklik və möhkəmlik verirlər.
Karbohidrat komponentləri hialuron turşusundan ibarət olan proteoqlikan-
ların məhlulları özlü (suvaşqan) olmalarına görə fərqlənir. Bu zülallar bakteri
-
yaların toxumalara daxil olmasının qarşısını alır. Tərkibinə hialuron turşusu və
xondroitinsulfat A daxil olan proteoqlikanların məhlulları oynaq səthlərini
sürtünmənin və mexaniki yükün zədələyici təsirindən mühafizə edir.
4. M ü ə y y ə n m a d d ə l ə r i “ t a n ı m a q ” və o n l a r a s p e s i f i k
t əs i r g ö s t ə r m ə k f u n k s i y a s ı (reseptor funksiyası). Hüceyrələrin
səthi membranlarında olan reseptor sistemlərin əsasını qlikoprotein strukturlu
zülallar təşkil edir. Onların hər bir növü özünə
müvafiq gələn kimyəvi bir-
ləşməni (neyromediator, hormon və s.) spesifik surətdə tanımaq və həmin
maddələrlə birləşmək xassəsinə malikdir. Hormonların hədəf-hüceyrələrlə
spesifik surətdə birləşməsi bu hüceyrələrin səthində olan qlikoprotein tərkibli
hormonal reseptorların xassələri ilə əlaqədardır. Məsələn, hepatositlərdə,
limfositlərdə və piy toxumasının hüceyrələrində insulinlə birləşə bilən resep-
torlar olur. Qabaqcadan molekul zəncirinin uc hissələri dəyişikliyə uğradılmış
hormonlar bu reseptorlarla birləşə bilmir və nəticədə belə hormonlar orqanizmə
yeridildikdə hormonal dəyişiklik baş vermir. Antigen (yad) xassəli irimolekullu
maddələri və hüceyrələri də orqanizmdə olan faqositlər (yad maddələri udmaq
və zərərsizləşdirmək qabiliyyətinə malik olan hüceyrələr) immun sistemin
hazırladığı spesifik
mühafizə vasitələrinin
–
immunqlobulinlərin (anticisim-
ciklər) köməyi sayəsində “tanıyır”. İmmunqlobulinlərin antigenləri spesifik
surətdə tanımasında bu zülalların karbohidrat komponentlərinin böyük əhəmiy-
yəti vardır. İmmunqlobulinlərdən qeyri-spesifik təsir xassəsinə malik olmaları
ilə fərqlənən mühafizəedici amillər arasında da qlikoproteinlərə təsadüf edilir.
Lizosim və interferon bunlara misal ola bilər. Müxtəlif bioloji mayelərin (ağız
suyu, göz yaşı, qan serumu və s.) tərkibində olan l i z o s i m polisaxaridlərin
qlikozid və N-asetilmuramin rabitələrini hidroliz edən fermentdir. Bəzi
mikroorqanizmlərin qılaflarında olan polisaxaridlər lizosimin təsiri nəticəsində
parçalanır; bu isə mikroorqanizmin həyat fəaliyyətinin pozulmasına səbəb olur.
İ n t e r f e r o n isə müxtəlif virusların nukleoproteinlərinin sintezini
pozmaqla, onlara məhvedici təsir göstərir.
Yuxarıda göstərilənlərdən başqa, qlikoproteinlərin bir sıra əlavə funksiya-
ları da vardır. Məsələn, fibrinogen, protrombin və qanın laxtalanmasında iştirak
edən bəzi başqa zülallar qlikoproteinlərin nümayəndələridir.
Karbohidrat komponenti qlikoproteinləri yüksək və aşağı temperaturun
təsirinə qarşı dözümlü edir. Antarktida sahillərinin yaxınlıqlarında həyat sürən
balıqların qan serumunda antifriz xassəli qlikoproteinlər aşkar edilmişdir. Bu
zülallar balıq orqanizmini donmadan mühafizə edir. İsti su bulaqlarında məs-
181
kən salan mikroorqanizmlərin qılaflarında isə yüksək temperaturun təsirinə
davamlı olan qlikoproteinlər vardır. Birləşdirici
toxumada olan bəzi proteo-
qlikanlar özlərində böyük miqdarda su saxlamaq xassəsinə malikdir. Karbo-
hidrat komponenti xondriotinsulfatdan ibarət olan bu zülallar orqanizm üçün su
deposu funksiyası daşıyır. Yumurta ağında olan
avidin
zülalı da qlikoproteinlər
qrupuna aiddir. Avidin biotinlə (H vitamini) kompleks birləşmə əmələ gəti-
rərək, onun bağırsaqlardan sorulmasının qarşısını alır.
In vitro
təcrübələrdə avi-
dindən tərkibinə biotin daxil olan fermentlərin inhibitoru kimi istifadə edilir.
Dostları ilə paylaş: