GəNCƏ MƏDƏNİYYƏt və turizm idarəSİ



Yüklə 61,04 Kb.
tarix16.06.2018
ölçüsü61,04 Kb.
#53810


GƏNCƏ ŞƏHƏR MƏDƏNİYYƏT VƏ TURİZM İDARƏSİ

GƏNCƏ ŞƏHƏR MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

MƏRKƏZİ ŞƏHƏR KİTABXANASININ MƏLUMAT BİBLİOQRAFİYA ŞÖBƏSİ




ÖLÜMÜ ÖLDÜRƏN KİŞİ

Milli qəhrəman CAVAD XANIN anım günü münasibətilə tərtib edilmiş

BİBLİOQRAFİK GÖSTƏRİCİ


GƏNCƏ – 2011

Cavad xan 1748-ci il may ayının 20-də Gəncə şəhərində doğulub. O, Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur.

Atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuşdu. Cavad xanın anası Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi. Cavaddan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Heyransa xanım adında üç qızı da vardı. 1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanımla, 1790-cı ildə isə Şəki xanının bacısı Məliknisə (Bəyim xanım) xanımla ailə qurdu. Bu qadınlardan biri 1812-ci ildə, ikincisi isə 1830-cu ildə vəfat etdi. Cavad xanın ikinci arvadı onun ölümündən sonra Şəkiyə, qardaşının yanına getmiş və orada da dünyasını dəyişmişdi. Məliknisə xanımın məzarı da Şəkidədir. Şükufə xanımdan Cavad xanın üç oğlu – Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızı – Tuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim doğulublar. Uğurlu xan 1801-ci ildə Məhəmməd xanın qızı Cahan bəyimlə evlənib. Doğulan uşağa Cavad adı veriblər. Hüseynqulu xan (1784-1804) Şəmşəddinli Nəsib Sultanın qohumu Zeynəb xanımla evlənib.



1786-cı ildən Gəncəni idarə edən Cavad xan gürcülərin Gəncə üzərinə tez-tez baş verən basqınlarından can qurtarmaq məqsədilə öz hərbi hissələrini 1785-ci ildə Tiflis üzərinə yürüşə gedən Ağa Məhəmməd şah Qacarın qoşunlarına qoşur. Qacarın qoşunları geri qayıtdıqdan sonra Cavad xanla II İrakli arasındakı münasibətlər daha da gərginləşir. II İraklinin, Qarabağ xanı İbrahim xanın və onun qohumu Avar Umma xanın dəstələri Gəncəni mühasirəyə alır. Uzunmüddətli mühasirə uğursuzluqla başa çatsa da, onun aradan götürülməsi üçün Cavad xan Tiflisdə əsir aldığı döyüşçüləri geri göndərməli və İbrahim xanın hərbi xərclərini ödəməli olur.

Çar İraklinin ölümündən sonra Cavad xan Nadir şahın vaxtında İrakliyə bağışlanmış BorçalıŞəmşəddin mahallarını geri qaytarmağa çalışır. Lakin ona yalnız Şəmşəddin mahalını azad etmək müyəssər olur. O, öz oğlu Uğurlu xanı da oraya göndərir. II Yekaterinanın sərəncamı ilə 1796-cı ildə Platon Zubovun qardaşı Valerian Zubovun başçılığı altında rus qoşunlarının Qafqaza yürüşü başlanır. Qafqaz korpusu Gəncəyə 1796-cı ilin 13 dekabrında general Aleksandr Rimski-Korsakovun başçılığı ilə gəlir.



Elə həmin ildə II Yekaterina vəfat edir, yeni imperator I Pavel qraf Zubova Zaqafqaziyanı tərk etmək əmrini verir. Rusların gedişindən dərhal sonra İran

hökmdarı Ağa Məhəmməd şah Qacar Azərbaycanın şimalına cəza yürüşünə çıxır. O, Şuşanı tutur və Bakı xanı Hüseynqulunu silah altında buraya gətizdirir. Cavad xan da buraya gəlir. Onlar şaha öz qalalarının müqavimət göstərmədən ruslara təslim edilmə səbəblərini izah etməli idilər. 1797-ci ilin 5 iyun günü şahın öz xidmətçiləri tərəfindən qətlə yetirilməsi xanları mühakimə olunmaqdan xilas edir. 1799-cu ildə rus qoşunları Gürcüstana girir, bir ildən sonra isə Gürcüstanın Rusiyaya birləşməsi haqqında manifest verilir. Gürcü çarı XII Georgi Şəmşəddin mahalının geri qaytarılması məsələsini qaldırır. Cavad xan öz oğlu Uğurlu xanın başçılığı altında oraya qoşun göndərir. Bu zaman gürcü çarının bir vaxtlar Cavad xanla dostluq eləyən xəzinədarı onu xəbərdar edir ki, birləşmiş rus-gürcü qoşunları Gəncə üzərinə yeriyə bilər. O da tamamilə mümkündür ki, həmin məktubla Cavad xanı qorxutmaq və onu qaçmağa məcbur etmək istəmişlər. Rus tarixçisi Olqa Markovanın da yazdığı kimi, “Zaqafqaziyadakı münasibətlərin ən gərgin məsələsi olan Gəncənin tabeçiliyi məsələsi yenidən kəskinləşir.” Qafqazda rus qoşunlarının komandanı rus generalı, gürcü knyazı Pavel Sisianov təyin olunur. General Sisianov Tiflisdən Cavad xana yazdığı məktubunda ondan öz fəaliyyəti haqqında qısa hesabat istəyir, dostluq və sədaqət əlaməti olaraq oğlu Uğurlu xanı onun yanına göndərməsini tələb edir. Cavad xan belə kobud şəkildə qoyulmuş tələbləri yerinə yetirməkdən imtina edir. O, başa düşür ki, bu dəfə rus himayəsi altına artıq xanlığın saxlanması şərti ilə keçmək mümkün olmayacaq. Xanlıq ləğv olunacaq. 1803-cü ilin 22 noyabrında ruslar Tiflisdən Gəncə istiqamətində hərəkət edirlər. Şəhərin yaxınlığında dayanan Sisianov yenidən Cavad xana məktub yazaraq şəhəri təslim etmək barədə ultimatum verir. Cavad xan cavab verir ki, o, Gəncəni döyüşərək müdafiə edəcək. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəyin də yazdığı kimi, Cavad xan öz qoşununu və yaxın adamlarını başına yığaraq, düşmənin üzərinə yeriyir. Döyüş “Quru qobu” adlanan yerdə baş verir. Qüvvələr nisbəti açıq-aydın görünürdü ki, bərabər deyil və buna görə də gəncəlilər ağır itkilər verdikdən sonra geri çəkilərək, qalanın darvazalarını bağlayırlar. Onları təqib eləyən ruslar da şəhərə girərək, qalanı dörd bir tərəfdən mühasirəyə alırlar. Düz bir ay Sisianovun ultimatumlarına Cavad xan birmənalı şəkildə eyni cür cavab verir: “Şəhəri verməyə gəlincə, bu niyyətindən çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür. Sisianov 1804-cü ilin 3 yanvarında qalanı hücumla almaq qərarı verir. İlk hücumda qalanı asma pilləkənlərlə almaq istəsələr də, uğursuzluğa düçar olurlar. Bu hücum qurtarmamış, qalanın o biri yanından hücum başlanır. Gəncəlilərin qəhrəmancasına müqavimət göstərmələrinə baxmayaraq, ruslar qalanın əsas qüllələrini ələ keçirirlər. 1 aydan artıq müddətdə mübarizə zamanı qalanın divarları üzərində açıq döyüşdə Cavad xan 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə, səhər saat 04.00-da düşmən gülləsindən həlak olur. Qala divarları uğrunda

döyüşlərdə onun oğlu Hüseynqulu xan da atasının adına layiq bir şərafətlə həlak olur.



Cavad xan Gəncədə Şah I Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunur. 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası adı altında onun məzarı dağıdılır. Lakin vətənpərvərlər Cavad xanın cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayırlar və artıq 1990-cı ilin 27 martında öz əvvəlki yerində torpağa tapşırılır. Məşədixanım Nemətova arxivdən Cavad xanın qəbrüstü abidəsinin foto-surətini tapır və təcili olaraq, həmin şəkildəki məzarın mərmərdən yonulmuş oxşarı hazırlanır. Onun üzərində gözəl nəstəliq xətti ilə fars dilində aşağıdakı sözlər əkk olunmuşdur:

“Bu məzarda Gəncə bəylərbəyisi, Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur.


Elə ki qara torpaq oldu onların məskəni
İstər miskin dərviş, istərsə şahi-cahan olsun.
Gəncədə bu məqbərəni bina etdi
Mərhum, rəhmətlik Cavad xan.
Kərbəla şəhidlərinin torpağından
O astadan çoxlu torpaq gətirib
Həmin türbəni malaladı.
Öz ölüləri üçün əmin-aman bir ev yaratdı.
Allahı tanıyan cənnətlik Cavad xan min iki yüz on səkkizinci ildə (1804-cü il) öldü.
Ondan sonra bu məqbərədə dəfn olundular
O fatehin nəsli və ailəsi.”

Cavad Xanın həyat və döyüş yollarından Sadıq Şükürov, Nüşabə Məmmədli, Sabir Rüstəmxanlı, Əhməd İsayev və b. bədii və sənədli əsərlər qələmə almışdır. Sabir Rüstəmxanlının «Ölüm Zirvəsi» romanının motivləri əsasında Cavad xanın həyatından bəhs edən film də çəkildi. Quruluşçu Rejissor Rövşən Almuradlının çəkdiyi filmdə baş rola – Cavad xan obrazına isə Nurəddin Mehdixanlı həyat verdi.

Azərbaycanın Milli Qəhrəmanı Cavad xanın anım günü münasibətilə tərtib etdiyimiz bu vəsait 3 hissədən ibarətdir: 1) Cavad xanın həyatı; 2) Cavad xan haqqında kitablarda ; 3) Cavad xan haqqında dövrü mətbuat materialları. Vəsait geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



Cavad xan haqqında kitablarda:

1. Azərbaycan Sovet Ensiklopediyası .- Bakı:Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası, 1987.- 554 s.

2. Azərbaycan tarixi. Yeddi cilddə. IV cild.- Bakı: Elm , 2007.-504 s.

3. Cavad xan məqbərəsi // Gəncənin müasir memarlığı (2003-2008).- Gəncə, 2003.- s .

4. Çingizoğlu Ənvər. Ziyadoğluların nəsil şəcərəsi // Gəncə tarixinin aktual problemləri.- Gəncə : “Elm” nəşriyyatı, 2010.-S.69.

5. Əhmədov Sabir. Azərbaycan tarixindən yüz şəxsiyyət.-Bakı: Ayna Mətbu Evi, 2006.-268s.

6. Əliyev Mübariz. Cavad xanın dövlətçilik fəaliyyətinə dair. // Gəncə tarixinin aktual problemləri.- Gəncə: Em nəşriyyatı, 2010.-s.108-118

7. İsayev Əhməd. Gəncə və gəncəlilər.- Bakı: Çaşıoğlu , 2008.-594 s.

8. Məktəblinin tarix lüğəti.- Bakı: Ayna-Mətbuat Evi , 2004.- 368 s.

9. Məmməd Alim. Gəncə qalasında son döyüş (Tarixi-müasir meydan dramı).- Gəncə, 2009.- 4s.

10. Məmmədli Nüşabə. Cavad Xan .- Bakı: “Adiloğlu” nəşriyyatı, 2005.- 190s.

11. Rüstəmxanlı Sabir. Cavad xan: poema // S.Rüstəmxanlı . Seçilmiş əsərləri.-Bakı: Şərq-Qərb, 2004.-s.160.

12. Rüstəmxanlı Sabir. Ölüm zirvəsi.- Bakı: Qanun, 2007.-554 s.

13. Sənin baban kim olub.- Bakı : Gənclik , 1991 .- 30 s.

14. Şükürov Sadıq. Cavad xanın şəcərəsi // Gəncə tarixinin aktual problemləri.- Gəncə: “Elm” nəşriyyatı, 2010.- s.76-80.

15. Şükürov Sadıq.Gəncə faciəsi.- Gəncə: Əsgəroğlu nəşriyyatı , 2001.- 240 s.

16. Şükürov Sadıq. Gəncəli Cavad xanın hekayəti .- Bakı : Gəncə , 1992 .- 212 s.

17. Şükürov Sadıq. Ol Cavad xan gör necə ad eylədi.- Gəncə: “Elm” nəşriyyatı, 2009.-368s.

Cavad Xan haqqında dövrü mətbuatda:
1. Fərruxə Umarova. Cavad xan ölümü ilə tarix yaradan şəxsiyyətlərdəndir // Gəncənin səsi.- 2010.- 25 sentyabr.-№25.- S.2

2. Hacıyev Sənan. Gəncənin qəhrəman oğlu Cavad xan // Yeni Gəncə.-2010.- yanvar.- s.4


3. Kazımov F. Cavad xanın xatirəsi yad edildi // Gəncənin səsi.-2010.-20 yanvar.-№2-3.- s.1

4.Tanrıverdiyev Y. Gəncəli Cavad xanın xatirəsi anıldı // Respublika.-2010.-14 yanvar.- №08.- s.4


5. Mehdiyev F. Gəncənin sonuncu xanı Cavad xanın ölümündən 206 il ötür.- Gəncəbasar.-2010.-09-16 yanvar.-№62.-s.2


6. Elşad. Ölümü öldürən kişi:”Cavad xan “ filmi haqqında // Mədəni-maarif.-2009.- №8/9.- s.32-33.

7. Babayev Musa. Əqidə bütövlüyü // Ədəbiyyat qəzeti.- 2009.- 28 may.- s.6

8. Cavad xan filmi ictimaiyyətə təqdim olunacaq // Gəncənin səsi.-2009.- 7 fevral.- №4.- s.4

9. Almuradlı Rövşən. “Cavad xan” filmi haqqında filmin rejissoru R. Almuradovla müsahibə /Müsahibəni apardı: Abbaslı T. // Mədəniyyət.-2009.-29 yanvar.-№5.-s.8-9.

10. Tanrıverdiyev Y. Gəncədə Cavad xanın xatirəsi anıldı // Respublika.-2009.-15 yanvar.-№10.-s.6

11. Zümrüd. Sonuncu Gəncə xanının həyatını əks etdirən ekran əsəri // Səs.-2008.-29 avqust.- №160.-s.12

12. Gəncədə Cavad xan anılıb // 525-ci qəzet.-2008.-17 yanvar.- №07.-s.7

13. Azərbaycan Prezidenti İlham Əliyev Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxanı qəbul etmişdir // Respublika, Xalq qəzeti, Azərbaycan.-2007.-12 sentyabr.-№204.-s.1



Rus dilində:

1. Гулиев Фазиль. Последний бой Джавадхана в Гяндже состоялось театр-ализованное представление, посвященное памяти легендарного правителя

// Азербаджанские Известия.- 2009.- 16 января.-№09.-стр.4

2. Гулиев Фазиль. Театрализованное представление умовзоллея Джавад Хана // Новости Гянджи.-2009.-30 января.-№2.-стр.2.



3. Гулиев Вилает. Поколение поборников независимости: Январь 1804 года про Джавад Хана // Зеркало.-2008.-26 июля.-№134.-стр.41.


İnternet saytlarında:

www.google.az

www.gence.az

Tərtib edən: MBŞ-nin müdiri Məmmədova Tamella
Redaktor: TMŞ-nin müdiri Abbasova İradə
Yüklə 61,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin