1960–1970-ci illər R.Rzanın satira yaradıcılığında ən məhsuldar dövrlər-dən biridir. Bu dövrdə o, “Sabiranə”, “Sabir sağ olsaydı” və s. qeydlərlə yazdığı şeirlərdə Sabir ənənələrini davam etdirmiş, Sabir janrlarına yeni nəfəs vermişdir. “Qorxuram” şeirinin qəhrəmanı lülqənbər taksi sürücüsündən,zooparkdakı hər cür heyvandan, papağını yan qoyan xuliqanlardan, viranqalmış bağlardan, boşboğaz natiqlərdən “qorxmur”, amma qorxduğu başqa şeydir:
R.Rzanın satiralarında rüşvətxorluğa qarşı mübarizə ən əsas məqsəd-lərdən biridir. Şairin fikrincə, rüşvətxorluq cəmiyyəti dağıdan ən böyük bəlalardandır. R.Rzanın satirik tipləri qalareyasında rüşvətxorla yanaşı, yaltaq, oğru, mərdimazar, əliəyri işçi, yuxucul keşikçi, “mənəm-mənəm” deyən sədr, kəmfürsət briqadir, bacarıqsız nazir, xalturaçı nasir də öz qiy-mətini alır. Şairin satiralarında şeir bülbülləri, həqiqi sənətə yad olan cız-maqaraçılar,-“uydurma qafiyəçilər”, çibin tənqidçilər, paxıl yaradıcılar da
babababababababababababababab
babababababababababababababab
kəskin tənqidə məruz qalır. Müəllifin hələ 1932-ci ildə qələmə aldığı “Rəcəz” şeirində “Talantsız şairlərə” adlı qeyd var. Şeir satirik vurğulu, bədii suallarla başlayır:
Yüz gül açsın, acı soğan qızılgülə tay olarmı?
Yüz gün umsun, qaysavadan əbləhitə pay olarmı?
Gözü tutaq bir bulaqdan, yüz gün axsın çay olarmı?
Min harayla, yaman gündə namərddən bir hay olarmı?
R.Rzanın “Öz-özümlə söhbət”, “Xoş gəldin”, “Birovuz”, “Sözün var,söz danış”, “Qafiyə” və s. şeirlərində istedadsız, ədəbiyyatda və sənətdə yeni bir söz deyə bilməyən, qələmi küt şairlərə acı və kinayəli bir istehza var.
R.Rzanın klassik ənənələrdən faydalandığı faktı birmənalıdır.Onun müasirliyinin əsas sirlərindən biri də bundadır. Şairin ideya və sənətkar-karlıq qaynaqları onun xeyirxahlığından, humanizmindən və vətəndaşlı-ğından su içir. R.Rza satirasının gücünü və sirrini də bu keyfiyyətlərdə ax-tarmaq doğru olar. Şair təkcə onu düşündürən məsələlərdən deyil, bütün cəmiyyəti ağrıdan məsələlərdən söz açır. Onun gülüşü də sirayətedigi gü-lüşdür, təsirli və yandırıcı gülüşdür. Şairin satirik nailiyyətlərindən bəhs edərkən “Bədən üzvləri” və “Rənglər” silsiləlrini xüsusi qeyd etmək la-zımdır. “Bədən üzvləri” dedikdə müəllif qaşları, gözləri, dilləri, dodaqları, qulaqları, əlləri, ayaqları, burunları və s. satirik baxımdan xüsusiləşdirir və fərqləndirir. Şairin təbirincə, ünsiyyətin açarı olan dil “ətdəndir” və buna görədə hər tərəfə “əyilir”, həm yatmış vicdanları oyadır, həm də qiybət və yalanları ilə ilanı yuvasından çıxarır:
Dil var kinə kimidir, acıdır xeyirlidir.
Dil var iynə kimidir; göynədir,
şəfa verir. elə bil sehirlidir.
Dil var ətdən olsa da bir quduz kimi qapır
Dil var bircə sözündən bir il xəstə yatarsan...
Dodaqları yandıran ah Rəsul Rzanın lirikasında satira və lirikanın yanaşı mövcud olması, bəzən fəlsəfi şeirlərində də satiranın özünü göstərməsi şai-rin yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən biridir.
Azərbaycan Ensklopediyasını yaratmaq da elə bu mənəvi tələbatın,
bababbababbababbababbababbaba
bababbababbababbababbababbaba
yanğının bir təzahürü idi. Ümumiyyətlə, R.Rza hansı sahədə çalışıbsa, o sa-hədə əməksevər, qabiliyyətli bir insan kimi tanınıb, ortaya layiqli, səviyyəli işlər qoyub.Elə bu qabiliyyəti də onda ensiklopediyaya olan marağı daha da artırmışdı. R.Rza ensiklopediyaya xalqın tarixi bir salnaməsi, maariflən-dirmə vasitəsi kimi baxdığından ona böyük önəm verirdi. Ona görə də,öm-rünün bir neçə ilini ensiklopediyamızın yaranmasına həsr etdi.R.Rzanın bütün fəaliyyətinin arxasında milli oyanışa, milli tərəqqiyə xidmət bir mə-nəvi tələbat kimi durur. O, bu yolda öz yaradıcılığı ilə yana-şı, gah uşaq ədəbiyyatına diqqəti artıraraq, yeni nəslin daha səviyyəli bö-yüməsi üçün çalışır, gah tərcümə ədəbiyyatına əl ataraq Azərbaycan oxucusunun zöv-qünə təsir etmək istəyir, gah da müxtəlif məqalələr yazırdı.
Dostları ilə paylaş: |