Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika şöbəsi



Yüklə 130,38 Kb.
tarix19.10.2017
ölçüsü130,38 Kb.
#1052


Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika şöbəsi

abbas səhhət – 140

Mənəvi sərvətimiz-Abbas Səhhət
( Şair, dramaturq Abbas Səhhətin anadan olmasıının

140 illiyi ilə əlaqədar - 1874-1918 )

GƏNCƏ - 2014


I bölmə: Həyat və yaradıcılığı .


Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,

Sonra vermiş vətənim nəşvü nüma.

Vətənim verdi mənə nanu-nəmək,

Vətəni məncə unutmaq nə demək?!

Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə may ayının 24-da Şamaxıda müəllim ailəsində anadan olmuşdur.

Azərbaycan şairi ilk təhsilini Şamaxıda almışdır. 1900-cü

Ildə Tehran Universtitetinin Tibb fakultəsini bitirmişdir. Təhsilini bitirdikdən sonra vətənə qayıdan A.Səhhət həkimliklə yanaşı şeir yazmaqla da məşğul olmuşdur. Onun məqalələri və ilk şerləri 1903-cü ildən “Şərqi-Rus” qəzetində çap olunmuşdur. 1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha

sonra ”Poetik nitq”,”Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görmüşdür. A.Səhhət o dövrdə Bakıda nəşr olu-nan bütün jurnal və qəzetlərdə çıxış etmişdir.

1912-ci ildə şairin öz şeirlərindən ibarət “Sınıq saz” və “Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət “Qərb günəşi” adlı toplusu işıq üzü görür.

Şair gənc yaşlarında lirik şeirlər yazmış, romantizmə meyl etmişdir. İctimai-siyasi görüşləri püxtələşdikcə şairin yaradıcılığında realist meyllər artmış, zamanın tələbinə uyğun, habelə uşaqlar üçün də şeirlər yazmışdır. Təbiəti son dərəcə gözəl təsvir etməklə, onu əkinçi məişəti ilə əlaqələndirərək mərdliyi, əməyi, zəhməti vəzf etmişdir. Abbas Səhhət 1916-cı ildə yazdığı “Şair, şeir pərisi və şəhərli” poemasında şairlər qarşısında... “Əgər sən şairsənsə qalx ayağa, xalqın içində axtar, ara, onların qəlbinin içindən qopar, ətrafın ilə ildırımlar saçacaq fırtınalar icad et” deyirdi.

Abbas Səhhət uşaqlar üçün yazılmış “Yay”, “Ata və oğul”,“Quşlar” və onlarla başqa şeir, mahnı, təmsillərin müəllifidir. O, tərcüməçi kimi də fəaliyyət göstərmişdir. A.S.Puşkinin, M.Y.Lermontovun, İ.A.Krılovun, V.Hüqonun, V.Götenin və bir sıra başqa xarici şair və yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Həkimlik A.Səhhətin həyatında xüsusi yer tuturdu.

Xalqına mənən xidmət etmək yolunda fədakarlıq göstərən bir şair, ona cismani cəhətdən də yardım etməkdən imtina edə bilməzdi. Çox çəkmir ki, A. Səhhət həkim “Abbasqulu” adı ilə məhşurlaşır, öz qayğıkeşliyi, təmənnasız səmərəli müalicələri, mehribanlığı ilə həmyerlilərinin sevimlisinə çevrilir. Şairin “Səhhət” təxəllüsünü seçməsi də təsadüfi deyildir. O, şerlərində “Səhhət”kəlməsini bəzən həm təxəllüs həm də şəfa, sağlamlıq mənasında işlətmişdir.

A.Səhhət yaradıcılığının məhsulu içərisində “Əhmədin qeyrəti” poeması, “Neft fontanı” pyesi kimi əsərləri də vardır. XX əsr Azərbaycan ədəbiyyatında “Əhmədin qeyrəti” poeması fəhlə mövzusunda yaranan ən gözəl nümunələrdən biridir. Bu poemada Bakı fəhləsinin sinfi dövrün çox aktual məsələsi qələ-mə alınmışdır. Əsərdə göstərilir ki, Bakının “Çorni qorod” adını daşıyan rayonundakı zavodda işləyən Əhməd, bu əliqabarlı fəhlə “vətəni müdafiə üçün” İran Azərbaycanına gedərək “əlində al bayraq” azadlıq mübarizəsində bir fədai kimi iştirak edir. Belə bir mövzuya müraciət A.Səhhətin müsbət qəhrəman axtarışlarında içəriyə doğru bir addım idi.

Azadlıq mövzusu A.Səhhətin romantik poeziyasında maarif mövzusunun ayrılmaz bir hissəsi kimi tərənnüm olmuşdu. Bu poeziyanın ətinə-qanına hopmuş, bütün ruhuna nüfuz etmiş, onun ideya-estetik mahiyyətini təşkil edən bir mövzu idi. “Hüriyyət” pərisinin 1905-ci ildəki müvəqqəti cilvəsini tərənnüm edərkən şair azadlığı, bəşəriyyətin ən böyük mənəvi tələblərindən biri , cəmiyyətin insan mənəviyyatının ən yüksək nemətlərindən biri kimi qiymətləndirir:


A hüriyyət! A münfərid əməlim!

İştə sənsən səadəti bəsərin!
A. Səhhət azadlığı təkcə öz xalqı üçün yox, bütün xalqlar üçün də tələb edirdi. Onun fikrincə, insan yaşadığı cəmiyyətdə hər cür təzyiqdən, mərhumiyyətdən azad olmalıdır. Cəmiyyət bərabərlik əsasında qurulmalıdır, orada “bütün insanlar məsud yaşamalıdır” Ancaq azad cəmiyyət özü azad insan problemini həll edə bilər.

A.Səhhət Azərbaycan ədəbiyyatında çox gözəl, real mənzərələri yaradan yazıçılardan sayılır. XX əsr Azərbaycan ədəbiyyatında təbiət təsvirləri sahəsində A.Səhhət qədər müvəffəq olan ikinci bir şair demək olar yoxdur.

Azərbaycan tarixinə nəzər salsaq görərik ki, A.Səhhət öz ünvanı, öz mövqeyi olan tanınmış sənətkarlardan biridir. Onun ədəbi yaradıcılığı rəngarəng və həm də çox maraqlıdır.

A.Səhhət öz mənalı ömrünü doğma vətəninin xoşbəxtliyi uğrunda mənəvi mübarizələrdə, fədəkarlıqla başa vurmuşdur . Fədəkarlıq onun həyat və yaradıcılıq yolunun başlıca xüsusuyyətidir. Onun fikrincə, ədəbiyyat xalq üçün mərifət və ibrət dərsi olmalıdır. Xalqın həyatını, dərdlərini, əməllərini tərənnüm etməyən ədəbiyyat süni, sönük və faydasızdır.

Maarif xadimi Abbas Səhhət 1918-ci ildə Gəncədə yatalaq xəstəliyindən vəfat etmişdir. Bir sıra küçə, məktəb, kitabxana, mədəniyyət ocağı və uşaq bağçaları onun adını daşıyır.

Abbas Səhhətin həyat və yaradıcılığının

əsas tarixləri

1874 Abbas Səhhət may ayının 24-da Şamaxıda

müəllim ailəsində anadan olmuşdur.



1881 – 1893 Şamaxıda məhəllə məktəbində

təhsil almışdır.



1894 Məşhəddə (İran) məktəbdə təhsil

almışdır.


1898 – 1900 Tehranda Tibb Universtitetində oxumuş

dur.
1901 Şamaxıda həkim işləmişdir


1904 Onun ilk şeiri “Şərqi – Rus” qəzetində

çap edilmişdir.


1906 – 1918 Şamaxıda realnı məktəbində

Azərbaycan dili müəllimi işləmişdir.


1912 Şairin öz şeirlərindən ibarət “Sınıq saz”

və Avropa şairlərindən etdiyi tərcümə

lərdən ibarət “Qərb günəşi” adlı şeirlər

toplusu işıq üzü görür.


1909 - 1914 “Yeni məktəb”, “Türk ədəbiyyatına ilk

qədəm”dərsliklərini yazmışdır




1912 Tərcümələri “Məğrub günəşləri adlı

kitabında çap olunmuşdur


1912 M.Ə.Sabirin “Hophopnamə” kitabının

işıq üzünə çıxarılması A. Səhhətin həm

şair, həm vətəndaş, həm də yaxın dost

kimi ən böyük uğuru olaraq ədəbiyyat

tariximizdə qalacaqdır.
1912 “Kəlniyyət” jurnalında şairin bir sıra

satirik şeirləri nəşr olunmuşdur.


1914 “Əli və Aişə” romanını tamamlamışdır.

1916 Şairin “Muza və şəhərli” adında

romantik poeması nəşr olunur.


1915-1916 “Açıq söz”, “İqbal”, “Sovqat qəzetlə

rində və digər kütləvi informasiya

vasitələrində bir sıra hekayə və

məqalələri çap olunmuşdur.


1917 “Açıq söz” qəzetində “Şamaxıdan”

sərlövhəsi altında silsilə məqalələri nəşr

olunmuşdur.

1918 Gəncə şəhərində vəfat etmişdir.
1947 Şairin məzarı şəhərin axar-baxarlı “Sahil

bağı”na köçürülmüş, onun şərəfinə abidə

ucaldılmışdır.

Elm və mədəniyyət xadimlərinin Abbas Səhhət

haqqında fikirləri
A.Səhhət uşaq ədəiyyatımızın yaradıcıları arasında fəxri yerlərdən birini tutur.

Əbdül Əzizov

Filologiya elmləri namizədi

Tərcümə edəndə də, orijinal əsərlərini yaradanda da Abbas Səhhət, ədəbiyyatı xalqa, onun tərəqqisinə xidmət etməyə yönəltmək məqsədi güdmüşdür. Böyük şair bütün yaradıcılığı ilə qarşısına qoyduğu bu nəcib vəzifəni doğrultmağa çalışmışdır



Məryəm Axundova

Fililogiya elmləri namizədi.
Abbas Səhhət realist həyat lövhələrinin böyük sənətkar kimi təsvir edir. O, şair – rəssamdır.

Səməd Vurğun (Xalq şairi)

Abbas Səhhət xoşsima, xoşsöhbət, xoşəxlaq bir insan idi.

Söz söyləyərkən daim kiçik, parlaq gözləri ilə gülümsərdi.

O, gözəl natiq, həm də elə bir kəskin hafizəyə malik idi ki, bir dəfə oxuduğu mənzuməni əzbərlərdi. Yazmış olduğu bütün şeirləri hafizəsində idi... Onun o qədər gözəl şeir oxuması var idi ki, ən zəif ən cansız bir şeir onun ağzından çıxdığı zaman canlanırdı.



Abddulla Şaiq (Xalq şairi)

Şair hər şeydən əvvəl, öz ruhuna yaxın olan şeirlər seçmə-

yə çalışmış və eyni zamanda rus poeziyasının xarakterik cəhətini nəzərdən qaçırmamışdır və buna görə də Səhhətin tərcümə etdiyi əsərlərdə əsas motiv ictimai motivdir.

Məmməd Arif (ədəbiyyatşünas)

II. Yubiley tədbirlərinin keçirilməsi.

İstedadlı uşaq şairi, gözəl tərcüməçi Abbas Səhhətin bu il 140 illik yubileyi qeyd olunur. Bu münasibətlə respublikamızın bir çox təhsil ocaqlarında , məktəblərdə, gimnaziyalarda, kitab-xanalarda Abbas Səhhətin ədəbi irsinin geniş təbliği üçün bir sıra tədbirlər planı hazırlanmışdır. Tədbirlərin keçirilməsində məqsədimiz Abbas Səhhətin yaradıcılığını oxucular arasında geniş təbliğ etməkdən ibarətdir. Kitabxanaçılar qarşısında duran ən əsas vəzifələrdən biri Abbas Səhhətin yazmış olduğu gözəl uşaq şeirlərini, əsərlərini geniş oxucu kütləsi arasnıda təbliğ etməkdir. Kitabxanalarda A. Səhhətin irsini təbliğ etmək üçün kitab sərgiləri tərtib olunmalı, oxucu konfransı, sual-cavab gecələri və viktorina, ədəbi-bədii gecə və s. bu kimi tədbirlər keçirilməlidir. Sərgidə şairin portreti qoyulmalı, görkəmli şəxsiyyətlərin onun haqqında dedikləri fikirlərdən stat kimi istifadə olunmalıdır. Sərgilərdə şairin kitabları və haqqında yazılmış matereallarla bərabər, dövrü mətbuatda A. Səhhət haqqında olan materiallarından da istifadə oluna bilər. Belə sərgilər oxucuları kitabxanaya daha çox cəlb edir, mütaliəyə çağırır, onlara mütaliə mədəniyyəti aşılayır və eyni zamanda kitabxananın fondunu oxucular qarşısında açmaqda mühüm rol oynayır.


Şairin yubileyi ilə bağlı sərginin nümunəsini təqdim edirik.



Abbas Səhhət Şərqin və Qərbin şairi


https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:and9gcscxxmjwetkchfduc0j0qbjjs0qkgdr_jbuqn6ykbnyzn-xlf4hba






















sitat









sitat









sitat




Qəzet, jurnalda çıxan məqalələr


Sərgidə veriləcək Sitatlar:

Mən müəllimlik etməklə öz xalqımın ən ağır xəstəliyini, onun savadsızlığını müalicə edirəm.



Abbas Səhhət

A.Səhhət uşaq ədəiyyatımızın yaradıcıları arasında fəxri yerlərdən birini tutur.



Əbdül Əzizov

Filologiya elmləri namizədi.

Böyük şair bütün yaradıcılığı ilə qarçısına qoyduğu bu nəcib vəzifəni doğrultmağa çalışmışdır



Məryəm Axundova

Fililogiya elmləri namizədi.

Abbas Səhhət realist həyat lövhələrinin böyük sənətkar kimi təsvir edir. O, şair – rəssamdır.



Səməd Vurğun (Xalq şairi)

Abbas Səhhətin yubileyi ilə bağlı kitabxanalarda keçirilən ən maraqlı tədbirlərdən biri də şeir gecəsidir.


Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.”

adlı şeir gecəsinin şsenarisini sizə təqdim edirik:


Tədbirin keçirildiyi zalda A. Səhhətin əsərlərindən ibarət

sərgi tərtib olunmuşdur. Aparıcı səhnəyə daxil olur:


Aparıcı:_Səhhətin_yaradıcılığı_haqqında_məlumat_vermək_üçün_sözü_qonağımıza_verək:__Aparıcı'>Aparıcı:


Əziz və hörmətli qonaqlar, tədbir iştirakçıları XX əsrin gözəl şairlərindən biri olan Abbas Səhhətin anadan olmasının 140 illik yubileyi münasibətilə təşkil etdiyimiz bu tədbirdə hər birinizi xoş gördük.

Şərqin və qərbin şairi adlandırılan Abbas Səhhət 1901- ci ildə Tehran Universitetində tibb təhsilini bitirərək Şamaxıya qayıdır. Burada həkimlik və müəllimliklə məşğul olur.

1905-ci il inqilabı milli ədəbiyytın ümumi inkişafına oyadıcı təsir göstərdiyi kimi, A. Səhhətin də yaradıcılığının inkişafının genişlənməsi üçün münbit şərait yaratmışdır. Onun ilk mətbu şeiri 1905 ildə “Şərqi-rus” qəzetində dərc olunmuşdur.



  1. Səhhət ilk şeir məcmuəsini “Sinıq saz” adlandırmışdı.

Bu həqiqətən romantik şairin sınıq, incik qüssəli qəlbinin həzin sədaları idi, onun narahat könlünün fəryadları idi.

Səhhət yanıqlı bir dillə şikayət edib oxucularda emosional təsir oyatmaqla, onları mütəəssir etməklə xalqı irəliyə, xoşbəxtliyə doğru aparmaq istəyirdi. Bir sözlə zəmanədən şikayət motivləri Səhhət poeziyasının əsas əlaməti olmuşdu.
I Oxucu:

Nə idin dün, nə olmusan, əfsus!

Gec oyandın bu qəmli röyadən.

Yoxsa tutmuş məgər səni kabus?!

Açıl, ey sübh, leyli-yeldadən!

Nə idin dün, nə olmusan halə?

Gül kimi bir zaman açıl, çiçəyim.

Dövr elə əzmi-ovci-istela,

Xəlqimdən budur mənim diləyim.

Nə idin dün, bu gün nə olmusan sən?

Hürr ikən əbdi-natəvan oldun.

Niyə bəs qönçəlikdə soldun sən?

Ey baharım, nə tez xəzan oldun?

Aparıcı:
Səhhətin yaradıcılığı haqqında məlumat vermək üçün sözü qonağımıza verək:

Aparıcı:

Ədəbi yaradıcılığı ilə bərabər pedaqoji işə ciddi əhəmiyyət verən A. Səhhət məktəblilərin dərsliyə böyük ehtiyacını nəzərə alaraq M. Mahmudbəyovla birgə 1909-cu ildə “Yeni məktəb” dərsliyini tərtib edir.

Şairin vətən, doğma yurd, el-oba, xalq məhəbbətinə həsr olunmuş şeirləri, dövrü mətbuatda müntəzəm olaraq nəşr olunurdu. Bununla şair uşaqlarda və yeniyetmələrdə kiçik yaşlarından vətənə, xalqa məhəbbət hissi aşılayır, onlarda gözəl və nəcib duyğular tərbiyə etməyə çalışırdı. Vətənə həsr etdiyi şeirlərində zəngin təbiətli qəhrəmanlar yurdu olan ana vətənin gözəllikləri əks olunur, gənclərin qəlbi vətən sevgisi ilə qanadlandırılırdı.
II Oxucu:
Könlümün sevgili məhbubu mənim,

Vətənimdir,vətənimdir, vətənim.

Məni xəlq eləmiş əvvəlcə xuda,

Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü nəmək,

Vətəni, məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə onu.

Südüdür kim dolanıb qanım olub,

O mənim sevgili cananım olub,

Saxlaram gözlərim üstə onu mən.

Ölərəm əldən əyər getsə vətən.

Vətənin neməti nisyan olmaz,

Naxəxəflər ona qurban olmaz.

Vətən - əcdadımızın mədfənidir,

Vətən – övladımızın məskənidir.

Vətəni sevməyən insan olmaz,

Olsa, ol şəxsdə vicdan olmaz.



Aparıcı:
Vətən adlı ikinci şeirində də Səhhət Vətənə məhəbbəti yüksək sənətkarlıqla tərənnüm etmiş, onun ictimai mənasını açmışdır. Vətənin əsrarəngiz gözəlliklərindən, yaşıl çəmənlərin dən, qalın meşələrindən, sərin bulaqlarından, uca dağlarından, barlı-bəhrəli bağlarından danışmış, oxucularını hər küncündə bir xəzinə yatmış ölkəmizi sevməyə çağırmışdır:


I Oxucu:

O yerdə kim, qara quşu, tərlanı

Adlanmışdır Qaf dağının sultanı.

O yerdə kim, vardır qalın ormanlar,

Dağlarında gəzir vəhşi ceyranlar.

O yerdə kim, göyün üzü şəffafdır,

Çeşmələri qayət sərindir, safdır.

Şəfalıdır lətif abi havası,

Ürək açar lacivərdi səması.

Buludlara dəyir uca dağları,

Cənnət guşəsidir gözəl bağları.

Göllərində bitər əlvan çiçəklər

Fərəhlənər bütün tutqun ürəklər.
Hər küncündə bir cür xəzinə yatmış,

Torpağını xaliq qızıl yaratmış.

Bu cür gözəl məmləkəti kim sevməz?

Bunca firavan neməti kim sevməz.



Aparıcı:
Sözü qonağımıza verək:...

Aparıcı:
1906-1907-ci illərdə digər ziyalılar və əziz dostu Sabirlə birlikdə Şamaxı şəhərində kitabxananın yaradılması işində Səhhət yaxından iştirak etmiş, öz şəxsi kitabxanasından götürdüyü bir neçə qiymətli əsəri bu yeni mədəniyyət ocağına bağışlamış, onun açılışı mərasimində kitabxana işinin xalqın tərəqqisində roluna dair parlaq bir nitq söyləmişdir. Vətəninə canı, qanı ilə bağlı olan şair millətinin savadlanması, elm, mərifət sahibi olması üçün əlindən gəldiyincə çalışırdı.

Abbas Səhhət XX əsrin əvvəllərində ən gözəl uşaq şeirlərini yazan şairlərdən idi. Onun uşaq şeirləri ahəngdarlığı, səmimiliyi və axıcılığı ilə fərqlənir.

I Məktəbli:

Quşlar, quşlar, a quşlar!

Qaranquşlar, a quşlar!

Cəh-cəh vurun burada,

Gah yerdə, gah yuvada.

Qonun bu tək budağa,

Çox getməyin uzağa.

II Məktəbli:

A quşlarım getməyin,

Məni qəngin etməyin.

Quşlar neçin gedirsiz?

Yoxsa ki, seyr edirsiz?

Quşlar uçdu əkildi,

Vay səsləri kəsildi .

Aparıcı:

Şair bərəkətli, bol nemətli Vətən torpağını hər şeydən uca tutur, onun gözəlliyini sadə dillə, lirik boyalarla qələmə alır.

Yaz şeirində baharın güllü-çiçəkli təravəti duyulur. Yazın ilıq nəfəsi ilə uşaq da, cavan da, qoca da gümrahlaşır. Bahar günəşdir, bahar həyat və bərəkətdir. Bu gözəlliyi şair poetik dillə belə tərənnüm edir:
I Məktəbli:

O gün ki, fəsli yaz olur,

Gecə gündüz taraz olur.

Havanın artır istisi,

Daha soyuqlar az olur.

Ərir dağın çölün qarı,

Axır dərələrə sarı.

II Məktəbli:

Gurultu ilə sel gələr,

Salar sədaya çayları.

Qaranquş ol zaman gələr,

Yenə tikər yuvasını,

Qonar yaşıl ağaclara,

Oxur gözəl havasını.

Aparıcı:
Abbas Səhhətin uşaqlar üçün yazdığı şeirlər XX əsr Azərbaycan uşaq ədəbiyyatının gözəl nümunələri kimi qiymətləndirilmişdir. İndi də məktəblilərin ifasında güllərin bəhsi şeirini dinləyək.

Qızılgül:

Mən şahıyam qönçələrin güllərin,

Ən gözəl istəklisi bülbüllərin.

Mən hamıdan yaxşı yaraşıqlıyam,

Sevməliyəm, ətrə bulaşıqlıyam.

Fəxr edirəm halətimə, həngimə

Qırmızı yarpaqlarıma, rəngimə

Bağı tutar ətri dəhanım mənim,

Eybi nədir varsa tikanım mənim?!

Ağ zanbaq:

Əldə mənim ağ qədəhim vardır,

Ağzınadək ətr ilə şərşardır.

Var arıdan ötrü qızıl tək tozum,

Boyda, buxunda da qəşəngəm özüm.

Gərçi uzundursa mənim yarpağım

Yoxdu yenə lovğalığım, azmağım.

Haf, kəpənək, xırda qarışqa yenə,

Gündə gələrlər,sığınarlar mənə

Şəbbu:

Gər yox isə sevməli rəngim mənim,

Şux deyildirsə həngim mənim,

Ətrim uzaqdan bürüyür aləmi,

Valehi heyran eləyir adəmi.

Xalq deyər çün hamı şəbbu mənə,

Fəxr üçün, əlbəttə yetər bu mənə

Mən üməralar bağının malıyam,

Güllər arasında tamaşalıyam.

Aparıcı:

Səhhət gözəl təmsillər müəllifi kimi də tanınır. Zəngin şifahi xalq ədəbiyyatından, müdrik xalq məsələləri, əfsanə və rəvayətlərindən, klassik Şərq şeiri ənənələrindən bəhrələnən A. Səhhət eyni zamanda böyük Rus təmsilçisi İ.A. Krılovun da təmsillərindən məharətlə istifadə edirdi. Şairin təmsilləri həm mövzu, həm də onun bədii baxımından daha həyati səciyyə daşıyır. İndi məktəblilərin ifasında “Sərçə və qırğı” təmsilini dinləyək:



I Məktəbli: Sərçəni bir qırğı edərkən şikar,

Bir tələyə oldu qəzadan düçar.

Cütçü görüb tutdu onu ol zaman.

Qırğı gəlib naləyə etdi fəğan,

Söylədi: “Rəhm yelə, qıl xilas,

İcz ilə səndən edirəm iltimas.

İstər idim ovlamağa sərçəni,

Sən niyə nahaq yerə tutdun məni?

Verməmişəm mən ki, xəsarət sənə

Sən də dəxi vermə əziyyər mənə.



II Məktəbli:

Cütçü baba böylə deyib qeyznak,

Eylədi ol qırğını ol dəm həlak.

Xalq ilə hər kəs necə rəftar edər,

Haqq onu ol dərdə giriftar edər,

Yaxşılığa yaxşı cəzalar alar,

Pisliyə həm dürlü əzalar alar.

Sən elə əxlaqını qıl xübtər,

Xülqi - həsən sahibi ol ey pəsər.

Aparıcı:
Səhhət dövrünün məşhur şəxsiyyətlərindən biri idi . Bir maarifçi kimi xalqı üçün xeyirli işlər görmüşdür. Bu istedadlı, insanpərvər şairin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

İndi də sözü MKS – direktoru Elmira xanıma veririk və bununla da tədbirimiz başa çatır.


SON
İstifadə olunmuş ədəbiyyat:


  1. Qara Namazov. Azərbaycan uşaq ədəbiyyatı.

Ali məktəb üçün dərslik. B. Bakı Universiteti

nəşriyyatı, 2007, 444 səh.



  1. A. Səhhət. Seçilmiş əsərləri. B, “Lider nəşriyyatı”,

2005 , 456 səh.

  1. Fikrin karvanı (Görkəmli Azərbaycan tənqidçi və ədəbiyyatşünasları), B, Yazıçı, 1984, 348 səh.

  2. Kamal Talıbzadə . Azərbaycan ədəbi tənqidinin

tarixi, monoqrafiya, B, “Maarif”, 1984, 328 səh.

  1. Əbdül Əzizov. Uşaqların sevimliləri, B, “Gənclik”

1978, 124 səh.

  1. Əflatun Məmmədov. Azərbaycan Uşaq Ədəbiyyatı,

B, “Elm” nəşriyyatı, 1977, 160 səh.

  1. A. Səhhət. Əsərləri, iki cilddə İI cild, “Azərbaycan

Dövlət nəşriyyatı”, B, 1978, 312 səh.

  1. A. Səhhət . Əsərləri iki cilddə I cild, “Azərbaycan

Dövlət Nəşriyyatı”, B, 1975, 313 səh.

  1. Kamal Talıbzadə. XX əsr azərbaycan tənqidi,

Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı,

B, 1966, 534 səh.


İnternetdə:

www. gooqle. az.

www. anl.az.

www.google.com

Bizim ünvan: Gəncə şəhəri Nizami küçəsi-81.

E-mail mks kitabxana @mail.ru

Saytımız: www.gencekitab.az.

www.ganja.cls. az.



http://bakupost.az/images/articles/2014/02/14/thumb320_20140214072328688.jpg


Tərtib edənlər:
Əhmədova Şahnaz

Metodiki işlərin təşkili şöbəsinin

böyük metodisti.
Əsgərova Rahilə

metodist.
Redaktorlar:
İformasiya Resurs şöbəsinin müdiri

Məmmədova Tamella
Metodiki işlərin təşkili şöbəsinin müdiri

Abbasova İradə.


http://3.bp.blogspot.com/-jt9jy5-nstm/ug6nqylyxbi/aaaaaaaaakg/epew-9wjx1u/s400/1347542436_kitab-05541_azmus.jpg
Yüklə 130,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin