Aparıcı zala daxil olur, qonaqları və tədbir iştirakçılarını salamlayır:
Hörmətli qonaqlar və tədbir iştirakçıları, böyük şairimiz Ə. Cavadın 120 illiyinə həsr olunmuş bu tədbirdə hər birinizi salamlayır, xoş gəlmisiniz deyirik.
Dünyada elə böyük sənətkarlar var ki, onların bütün həyatı və yaradıcılığı dərin bir ümmana bənzəyir. İllər keçdikcə bu ümmanlar daha da dərinləşərək milyonları özünə cəlb edir. Bu gün biz məhz belə sənətkarlardan biri, Azərbaycan ədəbiyyatına dəyərli töhfələr vermiş, vətənpərvər şair Əhməd Cavadın yaradıcılığının işığına toplaşmışıq.
Aparıcı:
Xalqımızın müstəqillik ideyalarına bütün həyatı boyu sadiq qalan, Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoyan Ə. Cavad
klassik ədəbiyyatımızda müstəsna rola malikdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair və maarifçi, tanınmış ictimai xadim, Azərbaycanın Dövlət Himninin müəllifi
Ə. Cavadın bu il 120 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Kitabxanalarda yubiley tədbirlərini keçirməkdə məqsəd oxucuları, müasir gəncləri Əhməd Cavad şəxsiyyəti və irsi ilə, keşməkeşli həyat yolu ilə yaxından tanış etməkdən ibarətdir.
Aparıcı:
“İntibah” deyəndə ilkin xatırlanan dahi şairimiz Nizami Gəncəvi olur.
“Məhəbbət” deyəndə birinci Füzulinin adı çəkilir, “Cümhuriyyət” deyəndə isə hər kəsdən əvvəl Əhməd Cavad yada düşür. Üç rəngli bayraq emblemi var tariximizdə,
Üçrəngli poeziya hamıdan əvvəl Ə. Cavadın qələmi ilə həkk olunmuşdur.
Əhməd Cavad bütün poeziyası boyu hər şeydən əvvəl azadlığı və Vətən şərəfini tərənnüm edir.
Dostları ilə paylaş: |