Neçə şəhidlərin qanını aldın,
Ölməzlik qazandın tarixdə qaldın,
Sənindir əbədi zaman Mübariz
Vermədin düşmənə aman Mübariz..
İbrahimov Mübariz Ağakərim
oğlu
7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. 1994- cü ildə şəhid M. Piriyev adına Əliabad kənd orta məktəbinə getmiş,
2005- ci ildə oranı bitirmişdir. Elə həmin il Biləsuvar Hərbi Komissarlığından ordu sıralarına çağrılmışdı. O, daxili qoşunların xüsusi təyinatlı bölüyündə xidmətə başlayır. Qısa müddətdə çavuş rütbəsi alır. 2007-ci ildə ordudan tərxis olunaraq bir müddət mülki işlərdə çalışır. Lakin Vətən sevgisi hər şeydən üstün gəlir. Könüllü ərizə yazaraq yenidən ordu sıralarına qayıdır. M. İbrahimov bir müddət Silahlı Qüvvələrin təlim-tədris mərkəzinin gizir hazırlıq kursunda təhsil alır. Sonra ehtiyat hərbi hissədə xidmətə göndərilir. Lakin Mübariz həmişə ön cəbhəyə can atırdı . Ona görə də hərbi hissədən ön xəttdə yerləşən bölmələrdən birinə göndəirilməsini xahiş edir və nəhayət bu arzusuna şatır. Gizir Mübariz İbrahimovu ön xəttə gətirən bir amal, bir istək var idi. Vətən, Millət, Torpaq!.. Onun qəlbində bir müqəddəs fikir hakim kəsilməşdi: “Məzlumum dostu, zalımın düşməniyəm”
18 iyun 2010- cu il... Tərtər rayonu yaxınlığında yerləşən Şiştəpə adlanan ərazi.. saat 23-30 - dur. Bir qrup erməni hərbiçisi Atəşkəsi pozaraq mövqelərimizə hücuma keçir. Həmişə səngərdə ayıq-sayıq dayanan Milli Ordunun əsgərləri bu dəfə də düşmənə layiqli cavab verirdi. Gizir Mübariz İbrahimov bu döyüşdə xüsusi ilə fərqlənirdi. O, hücuma keçən erməni yaraqlılarının hamısını dəf edərək təkbaşına düşmənin onlarla canlı qüvvəsini məhv edir. Bu döyüşdə o, qəhrəmancasına həlak olur.
Subay idi.
Azərbaycan respublikası prezidentinin 22 iyul 2010-cu il tarixli fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adı verilmişdir.
Biləsuvar rayonunda adına küçə və orta məktəb var.
Dostları ilə paylaş: |