1169) Selikli qişalarda əmələ gələn yerli humoral immunitet nə ilə şərtlənir?
A) İgA
B) İgE
C) İgG
D) İgM
E) İgD
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
1170) Aşağıdakı viruslardan hansı ən böyük ölçüyə malikdir?
A) Təbii çiçək virusu
B) Qrip virusu
C) Dabaq virusu
D) Rabdovirus
E) Poliomielit virusu
Ədəbiyyat: Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
1171) Virionun tərkib hissəsinə nə daxildir?
A) Kapsid
B) Hüceyrə divarı
C) Nüvə
D) Liposom
E) Sitoplazma
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
1172) Aşağıdakı əlamətlərdən hansı viruslara xasdır?
A) Süni qidalı mühitlərdə böyüyürlər
B) Heç bir əlamət xas deyil
C) Yalnız bir nuklein turşusunun olması
D) Nisbi parazitizm
E) Köndələn böyümə yolu ilə çoxalırlar
Ədəbiyyat: Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
1173) Aşağıdakı viruslardan hansı sitoplazmanın hüceyrədaxili əlavələrini törədir?
A) Quduzluq
B) Qrip
C) Qızılca
D) Poliomielit
E) İİV
Ədəbiyyat: Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
1174) Aşağıdakı fazalardan hansı virusun hüceyrə ilə qarşılıqlı əlaqə fazası adlanır?
A) Faqosomun lizosomla birləşməsi
B) Adsorbsiya
C) Ərimə
D) Faqosom əmələ gətirmə
E) Xemotaksis
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
1175) Aşağıdakı növlərdən hansı virionun nukleokapsidinin simmetriyasının tipidir?
A) Girdə
B) Çubuq şəkilli
C) Kub
D) Kokşəkilli
E) Milşəkilli
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
Dostları ilə paylaş: |