Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Dəmiryol nəqliyyatında svetoforlar



Yüklə 80,73 Kb.
səhifə48/55
tarix10.01.2022
ölçüsü80,73 Kb.
#110484
1   ...   44   45   46   47   48   49   50   51   ...   55
Dəmiryol nəqliyyatında svetoforlar

Dəmiryol nəqliyyatında svetoforlar təyinatına görə giriş, çıxış, keçid, marşrut, çəpərləmə işarələrinə bölünür. Giriş və çıxış svetaforlarının normal vəziyyəti bağlı şəkildə olmalıdır. Bu svetaforlar stansiya növbətçisi tərəfindən açıla və bağlana bilər. Giriş svetoforları stansiyaya icazə və yaxud qadağanedici göstəriş verir, çıxış svetoforları qatara stansiyadan yola düşməyə icazə verir bvə ya hərəkəti qadağan edir. Keçid svetoforu mənzildə bir blok sahədən digərinə keçməyə qatara icazə verir və yavud qadağan edir. Marşrut svetoforu qatarlara stansiyanın bir rayonundan digərinə keçməyə icazə verir və ya qadağan edir. Çəpərləyici svetofor iki dəmir yolunun kəsişməsində, tramvay yolu, trolleybus xətti, açılan körpü və keçidlərdə hərəkəti tənzimləyir. Bundan əlavə xəbərdaredici, manevr, təpə təkraredici və lokomotiv svetoforları da olur.

Dəmiryol nəqliyyatında svetoforların rəngi əsasən qırmızı, sarı, yaşıl olur. Qırmızı rəng dayanma əmri verir, sarı rəng hərəkətə icazə verir və eyni zamanda sürəti azaltmağı tələb edir, yaşıl rəng təyin olunmuş sürətlə hərəkətə icazə verir. Qeyd olunan rənglərdən başqa göy, ağ ay işığı, şəffaf ağ və süd rənglərindən istifadə olunur. Göy rəng manevr svetaforlarında hərəkəti qadağan edir. Ağ ay işığı manevrə icazə verir, giriş svetoforlarında çıxış və manevr svetoforlarında dəvətedici göstərici verir. Şəffaf ağ rəng əl fənərlərində qatar işarələrində, süd-ağ rəng isə yol çəpərləməsində və yol dəyişdiricisinin göstəricisində istifadə olunur.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin