HİKMƏT İNSANLIĞIN YARISIDIR
Keçən bəhslərə əsasən — həkimlərin müsbət və zəif nöqtələrini, eləcə də tövhidə çatmaq məqsədi ilə nəzəri hikmət bəhslərini ortaya atmalarının nəzərə alaraq, bu nəticəyə gəlirik ki, hikmət insanlığın yarısıdır. Çünki hər hansı bir müsəlman insanın həqiqət və insanlığını cisimdə deyil, ruhunda görürsə və ruh cövhərinin paklığını dərk edirsə, yaxşı başa düşür ki, nəzəri-tövhid əməli-tövhidin bünövrəsidir, öz-özlüyündə kamal deməkdir və bu kamal onu Allaha tərəf hidayət edəcəkdir.
«Fatir» surəsinin 10-cu ayəsində buyurulur:
«...İləyhi yəs᾽ədul kəlimut-təyyibu vəl əməlus-salihu yərfəuhu».
«...Pak söz [tövhid kəlməsi, zikr, həmd-səna] Ona tərəf yüksələr və pak sözü də [Allah dərgahına] yaxşı əməl qaldırar. [Allah pak sözü eşidər, saleh əməli də qəbul edər]...».
Hər hansı bir şəxsin insanlığı, onun Allahı nə dərəcədə tanımağından asılıdır. Çünki insanın elm və biliyi heç də ondan ayrı bir şey deyildir. Elm və bilik onun vücudunun əsas hissəsindən biridir. İnsanın varlıqlar və onların mənşəyi haqqında olan mə᾽rifət və biliyi nə qədərdirsə, o qədər də insanlığa çatmış olur. Çünki insanlığın yarısı elm və bilikdir.
Dostları ilə paylaş: |