Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


SXOLASTİKA VƏ YA KƏLAM ELMİNİN TƏ᾽RİFİ



Yüklə 2,8 Mb.
səhifə2/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   176

SXOLASTİKA VƏ YA KƏLAM ELMİNİN TƏ᾽RİFİ


Şəhid Mütəhhərinin kəlam elmi haqqında söylədiyi tə᾽rif:

Kəlam elmi islamda əqidələr, yə᾽ni bu din baxımından inanılaraq e᾽tiqad bəslənilməsi lazım olan məsələlərdən söz açan bir elmdir. Belə ki:

1. Onları izah edir;

2. Onların barəsində dəlillər gətirir;

3. Onları müdafiə edir.

KƏLAM ELMİNİN VƏZİFƏLƏRİ HAQQINDA


Mürtəza Mütəhhəri «dini mədrəsələrin əsas və müasir vəzifələri» adlı məqaləsində yazır:

«Kəlam elminin iki ümdə vəzifəsi vardır:

1. Üsulidin və füruidini müdafiə edərək onların əleyhinə olan şübhələri aradan qaldırmaq;

2. Üsulidin və füruidin məsələlərini qüvvətləndirərək onları aydınlaşdırmaq».

Bu mətləbləri müqəddimə kimi bəyan etməkdən məqsəd «müasir islam kəlamı» elmini aydınlaşdırmaqdır. Çünki bizim nəzərimizcə, şəhid Mütəhhəri bu elmin əsasını qoyan alimlərdən hesab olunur. O, bu barədə danışdığı söhbətin davamında deyir:

«Müasir dövrdə qədim zamanda olmayan şübhələrlə rastlaşır və elmi tərəqqidən irəli gələn bir sıra yeni məsələlərlə qarşılaşırıq. Həmçinin qədimdə mövcud olan əksər şübhələrin artıq öz aktuallığını itirdiyinin şahidi oluruq. Buna görə də e᾽tiraf etməliyik ki, klassik sxolastika dövri tələblərə cavab vermir və rastlaşdığımız kəlami problemləri həll etmək üçün yeni üslubda bəhs edilən «müasir islam kəlam elmi»nin tə᾽sis olunmasına ehtiyac duyulur.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin