Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


Və həsbukə daən təbitə bibitnətin



Yüklə 2,8 Mb.
səhifə93/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   89   90   91   92   93   94   95   96   ...   176
Və həsbukə daən təbitə bibitnətin

Və hovləkə əkbadun təhinnu iləl qiddi
Mə᾽nası:
Sənə təkcə bu dərd bəsdir ki, sən tox qarınla yatasan,

Amma ətrafında ac qarınlar olsun.
Xalqın dərdini çəkmək buna deyərlər. İnsanlıq me᾽yarı, daha düzgün desək, dəyərlərin ikinci anası budur. Əli (ə) söhbətinin davamında belə deyir: Mən Əmirəl-minin, xəlifə abadlıqların çoxunu əhatə etmiş islam ölkələrinin başçısı ləqəb xitabına qane olub özümü minlərin ağası adlandırım, amma çətinliklərdə onlarla şərik olmayım?!

Diqqət edəndə görürsən ki, burada, bütün sözlər başqalarının dərdlərini duymaqdan gedir.


İSLAM TARİXİNDƏN BİR NÜMUNƏ


Peyğəmbərin səhabələri necə olublar? «Kafi» kitabında nəql edilmiş və Mövlananın nəzmə çəkdiyi məşhur hədis, doğrudan da çox maraqlıdır. Bu hədis həm şiə və həm də sünni mənbələrində nəql edilib. Hədisdə deyilir ki, Peyğəmbər (s) bir gün səhər tezdən dan yeri söküləndə Suffə sakinlərinin yanına getdi. Suffə sakinləri arasında gözü bir gəncə sataşdı. Peyğəmbər həmin gəncin qeyri-adi halda olduğunu müşahidə etdi. O, sağa-sola aşırdı, gözləri çuxura düşmüş və rəngi solmuşdu. Peyğəmbər (s) ona yaxınlaşaraq soruşdu: Səhəri necə açdın? Gənc dedi: Yəqinliyə çatmış halda səhərə çıxdım; yə᾽ni sənin dilinlə qulağımıza dediyin şeyləri mən bəsirət gözümlə gördüm. Peyğəmbər (s) ondan söz almaq üçün belə buyurdu: Hər şeyin əlaməti var; sən ki, yəqin əhlindən olmağını iddia edirsən, yəqinliyə çatmağının əlaməti nədir? Gənc belə cavab verdi: Mənim yəqinliyimin əlaməti budur ki, o, məni gecələr yuxusuz, gündüzlər isə susuz saxlayır. Yə᾽ni, gecə yuxusuz qalmağım və gündüz oruc olmağım mənim yəqinliyə çatmağımın əlamətidir. Mənim yəqinim, gecə balışa baş qoymağa və gündüz yemək yeməyimə icazə vermir. Peyğəmbər (s) buyurdu: Bunlar bəs deyil, başqa şeylər de; səndən, bunlardan artıq əlamət istəyirəm. Gənc, peyğəmbərin cavabında belə dedi: Ey Allahın peyğəmbəri! İndi bu dünyadayam, amma sanki o dünyanı görürüm, oranın səslərini eşidirəm. Behiştdən behişt əhlinin, cəhənnəmdən isə cəhənnəm əhlinin səslərini eşidirəm. Ey Allahın peyğəmbəri, əgər icazə versən səhabələrinin bir-bir behiştlik və ya cəhənnəmlik olmalarını deyərəm. Peyğəmbər barmağını dodağına yaxınlaşdıraraq buyurdu: Sakit! Danışma!

Peyğəmbər sonra ona belə buyurdu: Gənc, arzun nədir? Nə arzulayırsan! Gənc belə dedi: Ey Allahın peyğəmbəri, Allah yolunda şəhid olmaq arzusundayam.

Qur᾽an doğrudan da çox qəribə sözlər deyir: «Səbr etmək namaz qılmaqla kömək diləyinTəfsir alimləri səbrdən məqsədin oruc olmasını və ya heç olmasa səbrin növlərindən birinin oruc olduğunu bildiriblər. Qur᾽an, mö᾽minlərə namaz və səbrdən kömək diləməyə əmr edib. Biz namazdan necə kömək diləyə bilərik? Allaha ibadətdən necə yardım ala bilərik? Allaha ibadətin özü yardım və köməkdir. Ümumiyyətlə hər bir yardımı buradan almaq olar. Əgər siz cəmiyyətdə həqiqi müsəlman və güclü mücahid olmaq istəyirsinizsə xalis, saf və əsil namaz qılan olmalısınız.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin